İLHAM ƏLİYEV İRANIN YENİ SEÇİLMİŞ PREZİDENTİNİ TƏBRİK EDİB ....

İranın növbəti prezidentini müəyyən etmək üçün seçkilər 2025-ci ildə keçirilməli idi .
Lakin İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması ilə ələqadar ; növbədənkənar prezident seçkiləri bu il iyun ayına
təyin olunmuşdu .
Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, birinci turda heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün
5 iyul 2024 tarixində ən çox səs almış : Məsud Pezeşkiyan və Səid Cəlili arasında seçkilərin ikinci turu keçirilmişdir. Seçkilərin nəticələrinə görə Məsud Pezeşkiyan qalib gəlmişdir.
Milliyyətcə - azərbaycan türkü olan Məsud Pezeşkian ölkəsində “korrupsiya və qohumbazlıqdan uzaq” birisi kimi tanınır.
İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında rəsmi diplomatik münasibətlər başlamışdır.
Lakin İran rəsmilərinin Ermənistanın işğalını dəstəkləməsi səbəbindən iki ölkə arasında münasibətlər həmişə gərgin olub.
Bu müddət ərzində İran həmişə Ermənistana hərbi, iqtisadi və siyasi dəstək verib. Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra İran bir neçə dəfə Azərbaycanı hərbi əməliyyatlarla hədələyib.
İranın rəsmi orqanları erməni ərazilərinin və ermənilərin təhlükəsizliyini özlərinin qırmızı xətti adlandırıb.
"İslam dini" pərdəsi altında gizlənən İranın siyasi xadimləri Azərbaycanda ifrat şiəliyi təbliğ edərək dövlətimizi zəiflətməyə çalışıb.
Azərbaycan işğal olunmuş ərazilərini azad etdikdən sonra İran silahlı qüvvələri Azərbaycan Respublikası sərhədində bir neçə hərbi təlim keçirib.
Lakin İranı idarə edənlər Azərbaycan Ordusunun qüdrətindən və qardaş Türkiyənin reaksiyasından qorxaraq təhdidlərindən geri çəkilməyə məcbur olmuşdurlar .
Məlumatlara görə İranın yeni seçilmiş prezidenti -- Məsud Pezeşkian islahatlar tərəfdarıdır .
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana TƏBRİK MƏKTUBU göndərib.
AZƏRTAC xəbər verir ki, iranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayaraq bildirib ki :
“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”.
Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

15:17