Türkiyə müstəqil və balanslı siyasətini davam etdirir .

   4  sentayabr  2023 - il  tarixində   Rusiya  Fedarasiyasının   Soçi  şəhərində   Ərdoğan-Putin görüşü  vaş  tutdu . 

  Ermənilər Soçi görüşündən sonra  Laçın yolunun açılmasına nail ola  biləcəklərinə  ümüd  bəsləyirdilər .
 Ermənistan parlamentinin deputatı Tiqran Abramyan  deyirdi  ki, Ərdoğan-Putin görüşündə Qarabağ ətrafındakı proseslər də müzakirə ediləcək və nisbi həll yolu tapılacağı ehtimalı var.
Lakin   ermənilərin  bu  ümidləri  də  puç  oldu .
Məsələ  burasındadır  ki , Paşinyanın  Qarabağı  Azərbaycanın  tərkib  hissəsi  kimi  tanımasından  sonra  Rusiya  diplomatik  müstəvidə  Ermənistana  kömək  edə  bilmir .
 İndi  Moskva  da   Laçın yolunun açılmasını Ağdam-Xankəndi marşrutunun açılmasına paralel şəkildə     qəbul  edir . Rəsmi Bakı da  bunu dəstəkləyir.   Təbii  ki , Ərdoğanla   Putin  Soçidə  Qarabağda baş verənləri  də  müzakirə   ediblər .
  Lakin  humanitar  dəhlizin   ermənilərin istədiyi kimi yox, daha çox Laçın və  Ağdam yolunun  paralel açılması ətrafında  ola bilməsi  variantına  üstünlük  verdikləri  üçün  məsələni  mətbut   konfransına  çıxartmadılar .
   Həm  Türkiyə  həm  də  Rusiya  Ermənilərə  əlavə  bəhanə  verməmək  üçün  Qarabağ  problemini   açıq - aşkar  müzəkirə  etməyi  lazım  bilmədilər . 
    Türkiyə  Azərbaycanın  prinsipial  mövqeyini  sona  qədər  dəstəkləməkdə  davam  edir .
   Soçi  görüşü  başa  çatdıqdan  sonra  mətbuat  nünayəndələri  qarşısında  çıxış  edən  Putin  Qərbi  və  Ukraynanı   qınayaraq  bildirdi  ki :
 --  " onlar   ( Ukrayna  və  Qərb  dövlətləri )  Rusiyadan  Türkiyəyə  yönəlmiş   " Türk  axnı "   və   " Mavi  axın "  qaz   boru  kımərlərinə  hücum  edib  iqtisadi  xəttləri   sıradan  çıxartmaq  istəyirlər .
  Rusiya  bu  kəmərlər  vasitəsitlə  Türkiyəyə  qaz  ötürür .  Yaxşı  ki , bizim  hərbi  gəmilərimiz  bu  kəmərləri  mühafizə  edir .
--  Qərb  bizim  ( Rusiyanın ) şərtlərimizi  qəbul  etdikdən  sonra   Ukraynadan  "Taxılın  Daşınması"  məsələsinə  baxa  bilərik .
-- Biz  Türkiyə  ilə  iqtisadiyyatın  müxtəlif  sahələrində  əməkdaşlıq  edirik .
- Rusiya  Türkiyədə  böyük  "  Ağquyu"  Atom  Elektruk  Stansiyası  tikir."
  Məlumat  üçün  xatırladırıq  ki , Qərb  dövlətləri  Rusiya  Banklarına  və  kənd  təsərüfatı  üçün  nəzərdə  tutulmuş  mineral  gübrələrin  ixracına  sanksiya  tətbiq  edib .  Bu  sanksiyalar  nəticəsində  Rusiya   yüz  milyardlar  miqdarında  dollar  itirir .
   Məhz  bu  səbəbdən  Rusiya   bu  ilin  yay  aylarında  "  Taxıl  Sazişi " ndən  çıxdı .  
   Doğrudur   R. T. Ərdoğan  Soçi  görüşündə  Putini  "Taxıl  sazişinə " qayıtmasına   çalışıb .  
 Lakin  bu  məsələ  hələ  ki ,  açıq  qalır .
  Ukrayna  Taxılının  xarici  ölkələrə  daşınması  probleminə  toxunan  Almaniyanın  Xarici  İşlər  Naziri  xanım Annalena  Berbak  bu  məsələdə  tutduğu   humanist  mövqeyə  görə  Türkiyə  Prezidenti  Ərdoğanı  tərifləyib .
   Taxıl  sazişi mövzusunda  inadkarlıq  etdiyinə  görə  isə  Rusiya  Fedarasiyasının  Prezidenti  Putuni  tənqid  edərək  deyib  ki :
  " Taxıl  razılaşması  məsələsində   Putinin  oyunu  yolverilməzdir".
  Türkiyə  Respublikasının   Prezidenti  R.T. Ərdoğan  və  Rusiya  Fedarasiyasının  Prezidenti  V. Putinin  sentyabrın  4-də  Soçidəki   görüşünu  təhlil  edərkən  bu  qənatə  gəlmək olur :
1.  Türkiyə  Azərbaycanın  prinsipial  mövqeyini  sona  kimi  qoruyur .
2 . Ermənilərə   əlavə  bəhanə  verməmək  üçün  Qarabağ  mövzusunu  qabartmadılar . Bununla  da  ermənilərin açılacağını  ümüdlə  gözlədiyi
"Laçın  Dəhlizi" bağlı  qaldı .
3 . Türkiyə  "Taxıl  razılaşmasını"  bərpa  etməyə  çalışmaqla  dünya  xalqlarına  münasibətdə  humanist  mövqeyini  bir  daha  ortaya  qoydu .
4 . Türkiyə  Rusiya  ilə  energetika , nəqliyyat , ticarət , turizm  və  digər  başqa  sahələrdə   əməkdaşlığını  davam  etdirir .
5 . Ukrayna  və  Qərb  dövlətləri  ilə  də  əlaqələri  qüvvədə  saxlayır . 
  Türkiyə  Beynəlxalq  arenada qürurunu  qoruyur ,  müstəqil  və   balanslı    siyasətini  davam  etdirir .
 
 Qəvami  Sadıqbəyli. Jurnalist - politoloq .
Xudaferin.eu

13:51