Pafosla danışmaq Vətəni hamıdan çox sevmək anlamına gəlmir.

Dünyada o cümlədən Regionumuzda ( İranda , Cənubi Qafqazda ) gedən siyasi proseslər göstərir ki : son zamanlar Respublikamıza qarşı bəzi dövlətlər ( İran , Ermənistan , Fransa Rusiya və s . ) tərəfindən təhlükəli addımlar atılır .
Elə -- obaya umumi təhlükə yarananda daxilimizdəki umu küsünü , incikliyi , narazılığı müvəqqəti kənara atıb , birləşməliyik . Toparlanmalı
bir mərkəzdən idarə olunan gücə çevrilməyi bacarmalıyıq .
İndiki vəziyyətdə siyasi uzlaşmaya getmək , cəmiyyətin
resurslarını səfərbər etmək çox vacibdir .
Bəli , Azərbaycan hökümətini idarə edənlər xalqı çox incidir . Ölkədə insan haqqları tez - tez pozulur ; Nəqliyyat kommunal xərclər çoxalır ;
Ərzaq mallarl demək olar ki , hər gün artır .
Bütün bu neqativ hallar Əhalinin sosial vəziyyətini ağır duruma salıb .
Ölkə daxilində aparılan yarıtmaz siyəsətin fonunda xarici təhlükələrin artması Respublikamızı və xalqımızı ağır keçid dövrünə yaxınlaşdırıb .
İndi vəziyyət elə həddə çatıb ki , günahkar axtarmağa vaxt yoxdur .
Məlumdur ki , xalqın ağır durumda yaşamasının məsuliyyətini mövcud iqtidar daşımalıdır .
Lakin Dünyada , Reğionumuzda baş verən hadisələrin fonunda Azərbaycanımızı xarici hücumlardan ancaq və ancaq iqtidar xalq birliyi qoruya bilər .
Dövlətçiliyimizi itirməmək üçün tarixin bu sınağından da çıxmağı bacarmalıyıq .
İranda aləm qarışıb .
Orada yaşayan xaqlar azadçıq tələbləri ilə üsyan edir . Molla rejimi də mövcudluğunu qorumaq üçün əlaltınan Rusiya , Fransa , Ermənistanla birləşib Dövlətimizi hədələyir .
Müstəqil Azərbaycan Dövlətimizin sərhədləri yaxınlığında İran hərbi təlimlər keçirir , erməniləri hər gün silahlandırırlar .
Azərbsycan dövlət başçısı son zamanlar Fransaya , İrana eləcədə Soçi görüşündə
Rusiyaya ciddi mesajlar verdi . Bütün bunlar dövlətimizin müstəqilliyinin qorunması əzminin göstəricisidir .
Düşünürəm ki , belə bir tarixi keçid dönəmində
vətənini sevən hər kəs : siyasi partiyalar ,
şərhçilər , kütləvi informasiya vasitələri ( TY - lər , Sosial şəbəkələrdə çıxış edən blogerlər , jurnalistlər və s . ) xalqmızı dövlətçilik naminə birliyə səsləməlidir .
Müşahidələr göstərir ki ,
Ölkəmizdəki sabitliyi qoruya bilsək ; cənublu , şimallı azərbaycanlılar bir birinə dəstək olsa , dost ölkələrin xüsusi ilə qardaş TÜRKÜYƏNİN yardımı ilə qısa zamanda xarici təsirləri yox edəcəyik .
AZƏRBAYCANIMIZIN şimalında dövlətçiliyimizi qoruyacaq həm də Arazın o tərəfində Müstəqil Cənubi Azərbaycan Respublikasının qurulmasına nail olacağıq .

Müəllif : Qəvami Sadıqbəyli , Jurnalist -- politoloq .
06 . 11 . 2022 - ci il .

Xudaferin.eu

22:27