GÖRKƏMLİ ALİM,BÖYÜK PEDOQOQ .

Kənd təsərrüfatı elmləri doktoru , AMEA - nın müxbir üzvü İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub . 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub .
1979-cu ildə 1985 - ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutununun "Bitki mühafizəsi" fakültəsini bitirib . 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.
13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarın ilə Ona kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib .
1993-cü ildən 2002-ci ilədək Azərbaycan Dövlət Aqrar Unversitetində Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib .
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə İbrahim müəllimə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.
İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunub .
Bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru vəzifələrində işləyib .
6 sentyabr 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib .
6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Hazırda həmin institun rəhbəri kimi fəaliyyətini davam etdirir . professor, AMEA-nın müxbir üzvü İbrahim Həsən oğlu Cəfərov , 100-dən artıq elmi məqalə, 3 dərs vəsaitinin 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir .
150 - ə yaxın elmi əsəri çap olunub . . Bu əsərlərdən 43-ü xaricdə, 13-ü Beynəlxalq səviyyəli jurnallarda dərc edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
İbrahim Həsən oğlu Cəfərov Görkəmli alim , böyük pedoqoq kimi uzun illərdir Dövlətimizə və Xalqımıza sədaqətlə xidmət edir .
Alicənab , Sadə , Xeyirxah İnsan kimi də cəmiyyətdə hörmət sahibidir .
İbrahim müəllimi qazandığı uğurları münasibətiylə TƏBRİK edirik .
Möhkəm Can sağlığı , uzun ömür , fəaliyyətində yeni - yeni uğurlar arzulayırıq .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .

Xudaferin.eu

13:04