Keniyanın nüfuzlu televiziya kanalında Azərbaycanın uğurlarından danışılıb
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “TV 47” ictimai-siyasi televiziya kanalının “Daily Report” adlı canlı verilişinin qonağı olub.
Ölkəmizin Keniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir müsahibəsində Azərbaycanın dövlət quruluşu, tarixi, yerləşdiyi coğrafi ərazi, turizm potensialı, ölkəmizin nailiyyətləri haqqında aparıcının suallarını cavablandırıb. Səfir Vətən müharibəsinin tarixi nəticələrini qeyd edərək, postmünaqişə dövründə Azərbaycan ərazilərində bərpa, yenidənqurma və minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər barədə ətraflı danışıb. O, ölkəmizin regionda sülh və əməkdaşlığın möhkəmlənməsi üzrə fəaliyyətini vurğulayıb.
Eyni zamanda, Azərbaycanın Keniya ilə münasibətlərindən, səfirliyin fəaliyyətindən, səfirlikdə viza xidmətlərinə başlanılmasından, müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarından, Afrikada ətraf mühit sahəsində lider ölkələrdən biri olan Keniya ilə bu sahədə səmərəli işbirliyinin əhəmiyyətindən söz açılıb.
Səfir Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi və bu istiqamətdə görülən işlərdən də bəhs edib. COP29-la əlaqəli səslənən məlumatlar maraqla qarşılanıb. Diplomat, həmçinin izləyicilərə “Formula 1” Azərbaycan Qran-prisi barədə də məlumat verib.

15:42
Digər xəbərlər