MİLLƏT ADAMI -- VAHİD ƏHMƏDOV .

Vahid Qazməmməd oğlu Əhmədov 2 aprel 1947 ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində çoxuşaqlı ailədə anadan olub .
Mühasib vəzifəsində işləyən atası uşaqlarını halal zəhməti ilə böyüdüb .
Orta məktəbi qızıl medalla bitirib və Politexnik İnstitunu başa vuraraq mühəndis - energetik ixtisası üzrə Ali təhsil alıb .
Leytanant Şimit adına zavodda ( sonralar Səttərxan adına zavod ) fəhlə , usta , sex rəisi vəzifələrində işləyərək savadlı bacarıqlı mühəndis və rəhbər kadr kimi formalaşıb .
Artıq böyük zavod direktoru olmasına baxmayaraq
1988 ci ildən başlayan Milli Azadlıq Hərəkatının aksiyalarına dəstək olib .
"Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında 6 bina tikdirib , hamısını ehtyacı olan fəhlələlərə. paylayıb . Həmişə İşçilərinə qayğı ilə yanaşıb , bacardığı qədər köməklik göstərib .
Həmin insanlar indi də Onun hörmətini saxlayırlarlar .
1992 ci ildən 1994 cü ilə kimi Baş Nazirin 1-ci müavini işləyib .
Müstəqilliyin ilk illərində ən çətin dövrlər olduğu üçün Ölkənin Taxıl ehtiyatı tükənmişdi . Belə kritik məqamda Vahid müəllim öz şəxsi nüfuzu və əlaqələri sayəsində Qazaxstandan Azərbaycana Taxıl gətizdirməyə nail oldu . Bunu ancaq MİLLƏT ADAMI edə bilərdi .
Vahid Əhmıdov 1992-ci ildə müstəqil Azərbaycanın ilk nümayəndə heyətinin üzvü kimi ATƏT-in Helsinki sammitində iştirak etmiş və ilk dəfə Müstıqil Azərbaycanı dünyada təmsil etmişdi .
Bu böyük hadisə idi. Azərbaycan nümayəndə heyətinin gərgin zəhməti sayəsində BMT-də işğal olunmuş torpaqlarımızla bağlı 4 qətnamə qəbul olundu . ( O vaxtkı Xarici İşlər Naziri Tofiq Qasımovu və dövlət müşaviri Vəfa Quluzadəni də unutmaq olmaz ) .
Həmin anlar nümayəndə heyətimiz Çox böyük qürur hissi keçirmişdilər .
Bəli , ölkənin ən ağır günlərində Vahid müəllim Əhmədov siyasi proseslərin mərkəzində olmuş , nə etmişsə özünün deyil , millətimizin xeyri üçün etmişdir .
Vahid Əhmıdov indi də Milli Məclisin deputatı kimi ölkədəki siyasi vəziyyətilə əlaqədar sözün düzünü deyən , xalqın mənafeyinə xudmət edən təkliflərlə çıxış edən azsayli Milliət Vəkillərindın biridir .
Məhz bu keyfiyətlərinə görə Xalqımız Onu sevir və Millət Adamı adlandırlr .
İnanırıq ki , zaman ötdükcə , Vahid Əhmədovun adı Görkəmli Dövlət Xadimi kimi Azərbaycan tarixinə rəgbət və hörmətlə yazılacaq .
Jurnalist - politoloq : Qəvami Sadıqbəyli

Xudaferin.eu

18:51