BİZ ÖZ ƏRAZİMİZDƏ AZADLIQ UĞRUNDA DÖYÜŞÜRDÜK ...

Məlum olduğu kimi , 18 fevral 2023 - cü il tarixində Münxendə " Dağları aşmaq ? Cənubi Qafqazda təhlükəsizliyin qurulması " mövzusunda plenar iclas keçirilmişdir . Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir .
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında münaqişənin tarixindən , Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT ) nəzdində fəaliyyət göstərmiş keçmiş Minsk Qrupunun işindən danışmışdır. Cənubi Qafqazdakı hazırkı geosiyasi vəziyyətə dair bir sıra fikirlər səsləndirmişdir . İlham Əliyev münaqişə ilə bağlı tarixi faktları və reallıqları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır . Həmin fikirlər aşağıdakı həqiqətləri özündə ehtifa edir :
- ATƏT - n Minsk qrupu bizimlə 1992 - ci ildən 2020 - ci ilədək , 28 il danışıqlar apardı . Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik , bu danışıqlar daha 28 il davam edəcəkdi .
- Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil .
- Kağız üzərində qalan həmin qrupun sabiq həmsədrlərinin vəziyətə təsir etmək üçün bəzi vasitələri mövcuddur . Buna görə də biziim ABŞ , Rusiya və Avropa İttifaqı tərəfindən təşkil edilən bir neçə platformamız var .
Bu platformalardan biri Brüssel formatıdır .
- Fransa höküməti birtərəfli ermənipərəst mövqeyi səbəbindən , artıq orada yoxdur .
- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə bu prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik . ABŞ Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik .
- Artıq hamı başa düşür ki : bu yalnız Avropa İttifaqı ( Aİ ) , Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır .

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında aparılan ll Qarabağ müharibəsi haqqında danışarkən real hadisələri özündə əks etdirən fikirləri də toplantı iştirakçılarına xatırladıb :
- Ermənistandan fərqli olaraq biz işğalçı müharibə aparmırdıq .
- Biz öz torpaqlarımız uğrunda azadlıq mübarizəsi aparırdıq . Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər yox idi . 44 gün ərzində hər bir əskərimiz qəhrəmanlıq göstərdi . Ermənistan ordusundan isə 11 min nəfər fərari oldu . Nə üçün ? Ona görə ki , ermənilır işğalçı idilər . Onlarda Vətənpərvərlik RUHU yox idi .

Azərbaycan prezidinti gecə - gündüz müxtəlf Beynəlxalq qurumlar və nüfuzlu siyasətçilərlə intensiv danışıqlar aparır . Cənubi Qafqazda Sülhün bərqərar olmasına çalışır .
Lakin bir çox güclər öz geosiyasi maraqlarını təmin etmək üçün inadkarlıq göstərirlər .
Belə ki : Avropa Birliyi Ermənistana öz müşahidə missiyasını göndərməkdə israrlı görünür . Hətda almanlar Cənubi Qafqaza fransızlardan iki dəfə çox " missioner " yerləşdirməyi nəzərdə tutub .
Məlumatlaran görə 2023-cü il fevralın 20-dən etibarən Avropa İttifaqı Ermənistanda 100 - 200 nəfərlik yeni müşahidə missiyası yerləşdirməyə hazırlaşır.
Bu , Avropa İttifaqının iki il davam edəcək ikinci missiyasıdır.
Missiyada fransızlardan daha çox alman “missionerlər” yer alıb. Məlumdur ki , Fransa Ermənistanda əsas nüfuz sahibi sayılır.
Lakin ysyılan
informasiyalara görə hələlik missiyaya fransız jandarmından çox , alman polisi daxil edilib. Görünür , Avropanın aparıcı dövlətlərindən sayılan Almaniya Avropa İttifaqında aparıcı rolunu möhkəmləndirmək istəyir .
Məlumdur ki , Almaniya , Fransa, Böyük Britaniya və Polşa arasında Avropada əsas SÖZ sahibi olmaq üğrunda gizli rəqabət gedir .
Düşünürük ki : Geosiyasi məkanlar uğrunda amansız mübarizə getdiyi zamanda oyaq olmalı , Dövlətimizin yanında dayanmalıyıq .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

21:22