Böyük ədib Mircəlal Paşayev

Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Əndəbil kəndində doğulmuşdur.
Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 
1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış , Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1924 ildə Gəncə Darülmüəlliminə ( Gəncə müəllimlər İnstitutu ) daxil olmuş , 1928 ci ildə təhsilini başa vurduqdan sonra  Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.

1929-1930 illərdə 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.

1930 - 1932 ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 
1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur .
“Gənc işçi” qəzetlndə şöbə müdürü işləmişdir.
Həmin illərdə “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır.

Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı həm də müəllimlik etmişdir (1932-1935). ( 1940 cı ildə "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası , 1947 ci ildə "Azərbaycanda ədəbi məktəblər " mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Mircəlal Paşayevin ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri" mövzusunda yazdığı məqalələri, monoqrafik tədqiqatları, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır .
1932 - 1935 ci illərdə AMEA nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur .
Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmiş , 1961 ci ildən BDU nin Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir .

Dövrün tələblərinə uyğun olaraq 1935 ci ildə Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz — Baltik kanalında yaradıcılıq ezamiyyətində olmuşdur . 1940 , 1950 ,1960 cı illərdə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir . SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) nümayəndə olmuşdur. 
Mir Cəlal Paşayev Azərbaycan Ədəbiyyat Tarixinə böyük töhvələr vermiş ən məhsuldar yazıçılarımızdandlr .
Onun yazdığı oçerk , hekayə , povest , romanları bu gün də sevilə - sevilə oxunur .
" Sağlam yollarda " ( 1932 ci il ), " Boy " (1935 ) , " Dirilən adam " (1936 ) , " Bir gəncin manifesti " ( roman ) , "(1940 ) , " Fizulinin poetik xüsusiyyətləri " (1940 - elmi monoqrafiya ) , " İsrafil " (1942) , " Vətən yaraları " (1943 ) , " Həyat hekayələri " , (1945) , " Təzə şəhər " (roman - 1951) ,
" Klassiklər və müasirləri ) (1973) , " 20 əsr Azərbaycan ədəbiyyatı " - (Ali məktəblər üçün dərslik - 1974) , " Yaşıdlar " (roman) , "Ədəbiyyatşünaslığın əsasları " ( dərs vəsaiti ) və digər çoxsaylı əsərləri xalqlmızln mariflənməsində mühüm rol oynayır .

Böyük ədibimuz Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur .
Ruhu şad olsun .
Yazını qələmə aldı :
Qəvami Sadıqbəyli

Xudaferin.eu

19:28