Zəngəzur məsələsində İranı narahat edən səbəb nədir ...?!

Yaxın günlərdə Tehranda Türkiyə və İran Xarici İşlər Nazirləri Hakan Fidan ilə Hüseyn Əmir Abdullahian arasında görüş olmuşdu.
Söhbət zamanı H.Ə.Abdullahian
demişdi ki :
" İran Azərbaycanla Ermənistan arasında sülh sazişini və sülh proseslərini dəstəkləyir, lakin şərtimiz var .
Biz sərhədlərin heç bir geosiyasi və ərazi bütövlüyünün dəyişdirilməsini qəbul etməyəcəyik. Bura Zəngəzur dəhlizi də daxildir".
İran XİN rəhbəri bildirib ki, Ermənistanın sərhədləri “qorunub saxlanılsa”, geosiyasi sərhədlər heç bir dəyişikliyə məruz qalmasa, İran Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olacaq .
Yəni , İran özü üçün tranzit marşurut hesab etdiyi yolların onların ixtiyarında olmasını istəyir .
Məlumdur ki , Çar Rusiyası ilə İran arasında 12 oktyabr 1813 - ci il tarixində
" Gülüstan " müqaviləsi imzalanmışdı .
Razılaşmaya əsasən Azərbaycan 2 ( iki ) yerə bölünmüşdü .
Sonralar Rusiya imperiyası işğal etdiyi Azərbaycan ərazilərində erməniləri yerləşdirdi .
Sovet hakimiyyəti də XX əsrin əvvəllərində həmin ərazilərdə haylara özünün vassalı olan Ermənistan dövlətini yaratdı .
Daha sonralar 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu .
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan
K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə Zəngəzurun taleyi həll olundu .
Nəticədə : Zəngəzur qəzasının 6.742 kv metrlik ərazisinin 3.637 kv. metrlik hissəsi Sovet höküməti tərəfindən hədiyyə olaraq Ermənistana verildi .
Sonralar Sovet illərində bu ərazilərdən də azərbaycanlıların bir neçə dəfə qovulması həyata keçirildi . Sonuncu dəfə isə 1988-ci ildə Zəngəzur , Göyçə, Dərələyəz , İrəvan, Vedi – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular.
Nəticədə Naxçıvanla Azərbaycanın Qərb rayonlarını birləşdirən Zəngəzur dəhlizi ermənilərin əlinə keçdi .
İran ermənilərlə əlbir olub bu dəhliz vasitəsilə Gürcüstana , oradan Qara dənizə , Avropaya və Rusiyaya çıxış əldə edir .
100 ( yüz ) ildir bu yolla xarici ölkələrlə istədiyi kimi alver edir .
Məlum səbəblərə görə Azərbaycan öz halal - tarixi torpaqları olan Zəngəzura daxil ola bilmir .
Lakin ll Qarabağ müharibəsindən sonra vəziyyət tamamilə dəyişib .
Prezidentlər İlham Əliyev və R.T. Ərdoğanın :
"Zəngəzur dəhlizi açılmalıdır " bəyanatı İranı təlaşa salıb .
Məlum olduğu kimi ll Qarabağ müharibəsində arxalarında böyük güclərin ( Rusiya , Fransa , İran ) durmasına baxmayaraq , Azərbaycan Prezidenti İlham Əliyevin müdrük siyasəti , Milli Ordumuzun əskərlərinin qəhrəmanlığı və qardaş Türkiyənin siyasi dəsdəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi .
Hazırda reğionda əsas söz sahibi Azərbaycan dövlətidir .
Yəni , indi İran Zəngəzur dəhlizindən istifafədə etmək üçün Azərbaycandan icazə almalıdır.
Bu reallığı qəbul etmək İranın siyasi rəhbərliyinə ağır gəlir . Çünki , İran bundan əvvəl , 100 ( yüz ) bu torpaqları ( Zəngəzuru ) ayaqaltı edib , özünü ermənilərə böyük qardaş kimi sırımışdı .
Zəngəzur dəhlizinə nəzarəti itirsə , İranın reğionda siyasi nüfüzu sıfıra enir . İqtisadiyyatı isə müəyyən mənada Azərbaycandan asılı vəziyyətə düşür .
Məhz bu səbəbdən İran
bu yolun itirilməsi reallığından təşviş keçirir .
Buna görə İran XİN - i Hüseyn Əmir Abdullahian
" ŞƏRT " irəli sürərək deyir ki :
" İran Zəngəzur dəhlizinin açılmasına Ermənistanın sərhədlərinin qorunub saxlanması halında dəstək verəcək”.
Lakin Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Təyyub Ərdağanın səsləndirdiyi :
"Zəngəzur dəhlizi açılmalıdır " birgə bəyanatı qüvvədədir .
Hazırda bu istiqamətdə ( həm siyasi həm də faktiki ) ciddi iş görülür.
Bu səbəbdən :
-- İranın "qarınağrısı "
tutub , "şərt" irəli sürür .
-- Fransa başda olmaqla bəzi QƏRB dövlətlətləri isə öz
" missionerlərini " təcili Cənubi Qafqaza göndərərək , reğiona "nəzərət etmək" istəyində çabalayırlar .
Azərbaycan indi çox ciddi - tarixi geosiyasi mərhələdən keçir . Reğionumuzda münaqişə və lokal hərbi toqquşmalar davam edir .
Hesab edirik ki, belə gərgin şəraitdə Vətəni sevən vətəndaşlarımız , xüsusiylə : siyasi partiyalar , ictimai təşkilatlar , media nümayəndələri Dövlətimizə dayaq olmalıdır .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .

Xudaferin.eu

01:46