UNUTSAQ UDUZARIQ ...

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Bu soyqırımın nəticəsində on minlərlə azərbaycanlı amansızcasına öldürülmüş, minlərlə insan itkin düşmüşdür.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınları diri-diri divara mıxlamışdılar . Ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanası yandırılmışdı .
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Erməni zabiti Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı qürrələnərək demişdi : Ermənilər rusların yardımı ilə öz məqsədlərinə çatmdır .Təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlı qətl edilmişdir .
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdür . Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmişdir . 50000 ( əlli min ) nəfər azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-c i illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir .
2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən kütləvi məzarlıq tapılmdər . Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın kənarında yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tədqiqatı nəticəsində məzarlığın 1918-ci ilə aid olduğu müəyyən edilmişdir .
Arxiv
sənədlərindən məlum olub ki, 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, erməni Hamazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfəri qətlə yetirib . Ümumilikdə 167 kənd dağıdıb talan edilmişdir . Məzarlıqdan tapılan qalıqlar araşdırılarkən məlum olub ki , həmin dövrün qurbanları sırasında azərbaycanlılarla yanaşı , yəhudi əsilli insanlar da olmuşdur .
Soyqırıma məruz qalmış qurbanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik .
Biz bu faciələri unuda bilmərik .
Unutsaq uduzarıq .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

15:14