24 fevral 2022 - ci il tarixində Rusiya Ordusu ağır silahlarla Ukraynaya təcavüz etdi .
Bununla da İkinci Cahan müharibəsindən sonra dünyaya yenidən nəzarət uğrunda qanlı savaş başladı .
O zaman , Rusiya siyasi rəhbərliyi eləcə də dünyanın əksər ekspertləri elə zənn edirdi ki , uzağı 3 - 5 günə Rusiya Ukraynanı işğal edəcək .
Rus generalları tezliklə Kiyev şəhərində qələbə paradı keçirəcəklərinə arxayın idilər .
Lakin Ukrayna xalqının qətiyyətli müqaviməti bütün proqnozları alt - üst etdi . Ukraynalıların bu cəsarəti bütün dünyanı , eləcə də avropalıları heyran etdi .
Rus hərb maşınından qorxan Avropa dövlətləri və ABŞ Ukraynaya hərbi texnika , maliyyə və informasiya dəstəyi verməyə başladı .
Təbii olaraq Ukraynaya yardım kompaniyasının başında Rusiyanın ən böyük RƏQİBİ ABŞ dayandı . Bu proses bu gün də davam edir .
Artıq müharibənin başlamasından iki ilə yaxın vaxt keçir .
Öz iradələri və göstərilən yardımlar hesabına Ukrayna Rusiyaya qarşı bu gün də qətiyyətlə müqavimət göstərir .
Nəticə etibarı ilə hər gün yüzlərlə insan həlak olur . Müşahidələrə görə hər iki tərəfdən ölənlərin sayı yarım milyon nəfərə çatıb . Hər iki tərəfdən milyardlarla dollar dəyərində hərbi texnika sıradan çıxıb .
Ölüm , qırğın , səfalət isə davam edir .
Ukraynada baş verən fəlakət davam etdiyi zamanda indi də Yaxın Şərqdə qanlı Fələstin - İsrail müharibəsi başlayıb . Burada da hər gün yüzlərlə insan həyatını itirir . Münaqişə ocağı gün - gündən alovlanır , dəhşətli xarakter alır .
Dünyanın müxtəlif reğionlarında və bölgələrində amansız savaş gedir .
Ukrayna müharibəsi dünya iqtisadiyyatının inkişaflna mane olur .
Yaxın Şərqdə İsrail - Fələstin qarşıdurmasının alovlanması dünya dövlətlərinin qütblərə bölünməsinə , parçalanmasına səbəb olur .
Gözlər önündə Planetimiz yeni ağır tarixi mərhələyə qədəm qoyur .
[ Fələstin + ona dəstək olan dövlətlər ] və İsrail + [ İsrailə arxa duran dövlətlər ] arasında davam edən müharibənin ətraf bölgələrə yayılma təhkükəsi artmaqdadır .
Bu isə yaxın gələcəkdə nəinki reğiiona , hətda Avropanın mərkəzinə sıçraya bilər .
Avropa dövlətlərinin uzun illər ( xüsusiylə , Fransanın ) Afrikada və Yaxın Şərq ölkələrində apardıqları imperialist - sümürgəçi siyasət nəticəsində həmin bölgələrdən milyonlarla qaçqının ( Bumeranq effekti ilə )
Avropada məskunlaşmasına səbəb olub .
Avropa Birliyi dövlətləri özlərini perespektivdə Rusiya təhlükəsindən qorumaq üçün Ukraynaya yardım etməyə məhkumdurlar .
Onlar Ukrayna müharibəsinin təsiri altında narahatlıq keçirirlər .
Bu müharibənin maliyyə-iqtisadi ağırlığı Avropa ölkələrinin qəddini əyməkdədir .
Müharibə isə bitmək əvəzinə davam edir .
Təcrübəli siyasi ekspertlərin proqnozuna görə Ukrayna - Rusiya müharibəsi hələ bir il də uzana bilər . Bu üzücü müharubənin maliyyə yükünü təmin etmək qorxusu Avropa Birliyini təşvişə salır .
Hazırda Ukrayna müharibəsinin maliyyə yükü altında əzilən Avropa Birliyinə
Yaxın Şərqdə davam edən İsrail - Fələstin toqquşmasının fəsadlarının əlavə olunması da gözlənilir .
Çünki, Yaxın Şərq münaqişəsi uzanarsa bu reğionu on minlərlə insanın tərk edəcəyi şübhə doğurmur .
Müharibənin dəhşətindən qaçan çarəsiz insanlar ordusu bu gün hələ ki , sakit və sabit görünən Avropaya ciddi baş ağrısı gətirə bilər .
Nəticə etibarı ilə Avropa Birliyinin aşağıdakı fəsadlarla üzləşməsi ehtimal olunur :
1. Enerji böhranı daha da dərinləşəcək ;
2 . Kütləvi qaçqın dalğası Avropa ölkələrində sosial - maliyyə böhranı yaradacaq ;
3. Qaçqınların sayının həddindən çox olması gəlmələrlə yerlilər arasında toqquşmanı qaçılmaz edəcək .
Müşahidələr göstərir ki , son illər Avropa ölkələrində millətçilik meylləri sürətlə artır .
Yaxın Şərqdən gələ biləcək potensial qaçqın ordusu isə şovinist - millətçilərin qıcıqlanmasına səbəb ola bilər .
Gözlənilən fəsadların təhlükəli həddə çatması Avropanın tənazülünü sürətləndirə bilər .
Baş verən bu qlobal hadisələr göstərir ki ,
yaşadığımız indiki dövrdə dünyanın yenidən dizayn olunması prosesi gedir .
Bu prosesdə ABŞ + Avropa Birliyi ilə Rusiya Fedarasiyası məkan olaraq Ukraynada və Yaxın Şərqdə ( bu yaxınlara kimi Cənubi Qafqazda da ) qanlı savaş aparır .
Çin və Türk dövlətləri isə siyasətlərində diplomatik savaşa üstünlük verirlər . Silahlı toqquşmalardan yayınmağa çalışırlar .
Kimin düz , kimin səhv siyasət yürütdüyünü isə zaman göstərəcək .
Düşünürük ki , hazırda siyasi proseslər müstəvisində ölkəmizin durumu belədir :
1. Azərbaycan dünyada baş verən hadisələrin təsir dairəsindədir .
2. Respublikamız siyasi proseslərin iştirakçısıdır .
3. Azərbaycan Türk Dövlətlər Təşkilatının üzvü olaraq etibarlı müttəfiqlərlə əməkdaşlıq edir .
4 . Dövlətimiz güclü Orduya sahibdir .
5. Azərvaycan iqtidarı dünya ölkələri ilə düşünülmüş , ( diplomatik ) balanslı siyasət yürüdür .
Hazırda Dünya düzəninin yenidən dizayn edilməsi prosesi davam edir .
Azərbaycan dövləti dünyada gedən siyasi proseslərə həssas yanaşır .
Belə çətin , mürəkkəb mərhələdə hər bir vətəndaşımız dövlətimizin yanında olmalıdır .
DÜNYA YENİDƏN DİZAYN OLUNUR ...

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .
Xudaferin.eu
15:54