ŞUŞA TÜRK DÖVLƏTLƏTİNƏ EV SAHİBLİYİ EDİR ...

Məlum oldiğu kimi 15 iyun 2021 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində təkbətək görüşündən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında
""ŞUŞA BƏYANNAMƏSİ"" imzalanmışdı .
Azərbaycan və Türkiyə arasında imzalanan bu TARİXİ SİYASİ SƏNƏD ; türk ölkələrinin yaxınlaşması üçün siyasi müstəviyə çevrildi .
Bunun ardınca Azərbaycan da daxil olmaqla digər türk dövlətləri biri- buri ilə ikitərəfli qaydada strateji sənədlər imzaladılar .
Daha sonra Türk Şurası ; Türk Dövlətləri Təşkilatına ( TDT ) çevrildi .
Bu hadisədən sonra türk dövlətləri birliyinin gücləndirilməsi istiqamətində inamlı addımlar atılmağa başladı.
Indi , 6 iyul 2024 - cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının qeyri- rəsmi zirvə toplantısı keçirilir.
Tədbirdə Qazaxıstan, Özbəkistan , Qırğızıstanın prezidentləri və digər yüksək vəzifəli şəxslər iştirak edir .
Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edir.
Zirvə Toplantısında TDT-nın müşahidəçi ölkələrinin : Türkmənistan, Şimali Kipr Türk Respublikası (ŞKTR) və Macarıstanın başçıları da iştirak edir.
Sammitdə liderlər ORTA DƏHLİZ - lə yanaşı ; digər nəqliyyat əlaqələrinin gücləndirilməsi və Azərbaycanın noyabrın 11-22-də ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatı yanında ""İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası""-na aid olan Beynəlxalq Konfransa ( COP 29 ) hazlrlıq məsələlərini də müzakirə edəcəklər .
Türk dövlətləri rəhbərlərinin Şuşada bir araya gəlməsi
TDT -nın birliyi istiqamətində
yeni tarixin başlandığını göstərir .
TDT- nın Zirvə Toplantısına ev sahibliyi faktı isə Prezident İlham Əliyevi təkcə Azərbaycanın yox, həm də bütün türk dünyasının önündə gedən SİYASİ LİDERLƏRDƏN biri olduğunu təstiq edir.

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

15:18