FRANSIZ SİYASITÇİLƏRİ ÖZ XALQINA ZƏRBƏ VURURLAR ...

Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.
Məlumat üçün bildiririk ki ,
Azərbaycanın İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında 2015-ci ildə qarşılıqlı dostluq və əməkdaşlıq xartiyası imzalanmışdır .
Xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb .
Parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.
Lakin Evien - lö Bən merinin qərarına əsasən
" Azərbaycan parkı" kimi qeyd olunan yazılar da yığışdırılmalıdır .
Son vaxtlar Fransanın Cənubi Qafqaz siyasətində Azərbaycana qarşı xoşagəlməz addımlar atılır .
Bu siyasət Evian - lö Bən şəhərinəki "Azərbaycan parkına" da yönəldi .
Natavanın heykəlinin götürülməsi və Azərbaycanca olan yazıların silinməsi ilə
guya Fransa hakimiyyəti Azərbaycana təzyiq göstərir .
Lakin bu məsələdə [ heykəlin götürülməsi ]
Evuan - lö Bən şəhərinin meri ilə, bu şəhərin merinin müavini arasında narazılıq var .
Məlumatlara görə Mer - Jozian Ley təkidlə Xurşidbanu Natavanın heykəlinin yığışdırılmasını tələb edir .
Lakin merin müavini bunun əlehinədir .
Fransada başqa xalqa aid azad bir qadının, azad bir şairənin heykəlinin olması fransız xalqına və dövlətinə ancaq hörmət və başucalıq gətirir .
Bunun əksi - yəni , heykəlin sökülməsi məsələsi isə mədəni irsə və mədəniyyətə qarşı vandalizm hərəkətinin göstəricisidir .
Bu bir daha Fransa prezidenti Emmanuel Makronun qeyri - humanist və savadsız siyasətçi olduğunu sübut edir .
Fransız siyasətçiləri bu hərəkətləri ilə guya ermənilərlə həmrəy olduqlarını göstərir və Azərbaycana qarşı addım atırlar .
Əslində isə məqsədləri seçkilər öncəsi ermənilərin yanında olduqlarını göstərməkdən ibarətdir.
Lakin bu addımı atanlar unudurlar ki , şəxsi maraqlarına görə mədəniyyət irsinə və mədəniyyətə qarşı siyasət yürütməyin özü MƏDƏNİYYƏTSİZLİKDİR .
Belə hərəkətlər dünya ictimayyəti tərəfindən yaxşı qarşılanmır .
Əslində BMT və UNESCO bu məsələyə öz nünasibətini bildirməlidir .
Müxtəlif ölkələrin şəhərləri qardaşlaşıbsa və bir birinin mədəniyyətinin təbliği ilə məşğul olursa , bu ancaq alqışlanmalı və bu istiqamətdə fəaliyyət diğər ölkələrə nümunə göstərilməlidir .
Lakin görünən budur ki , Fransanı idarə edən indiki " dövlət xadimləri " Cənubi Qafqazda öz məkirli siyasətlərini yürütməkdə israrlıdırlar .
Fransa Ermənistanı silahlandırır , oraya "mülki missiyaçılar" adı altında kəşfiyatçılar göndərir .
Məlumdur ki , belə hərəkətlər Azərbaycana qarşı yönəlmişdir . Fransa bu addımları ilə ölkəmizə təzyiq göstərməyə çalışır .
Bütün bunlara baxmayaraq , Azərbaycan heç bir dövlətdən çəkinmədən özünün müstəqil siyasətini yürüdür.
Fransanı idarə edən indiki siyasətçilər isə mədəniyyəti ilə öyünən fransız xalqına tarixi zərbə vururlar .
Belə siyasət böyük mədəniyyət xəzinəsinə malik fransız xalqını hörmətdən salır .

Jurnalist - politoloq ,
Qəvami Sadıqbəyli .

Xudaferin.eu

16:56