7 noyabr 2022 ci il tarixində ŞƏKİ şəhərində ll Qarabağ müjaribəsində erməni faşistləri üzərimdə əldə olunan QƏLƏBƏYƏ həsr olunan tədbir keçirilib .
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan “Zəfərimiz qürurumuzdur” adlı ədəbi-bədii kompozisiya yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb .
Şəhər İcra Hakimiyyətinin və Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Zəfər tariximizə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Mərkəzin akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Vətən müharibəsində qazanılmış tarixi Qələbədən söz açıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ali Baş Komandan 17 illik Prezidentlik fəaliyyətinin və gərgin əməyinin nəticəsi olaraq, Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunub. . Şəkidə ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.
Sonra “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup müharibə iştirakçısına medalların təqdimatı mərasimi keçirilib.
Təqdimatdan sonra 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəyə həsr olunmuş “Zəfər Tarixi” adlı film nümayiş etdirilib.
Sonda tədbir iştiirakçılarına SƏRDAR ŞƏRİFOVUN rəhbərliyi və təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələrinin konsert proqramı təqdim olunub.
Materialı hazırladı : Qəvami Sadıqbəyli
07 . 11 . 2022 - ci il
ZƏFƏRİMİZ QÜRURUMUZDUR

Xudaferin.eu
12:09