CƏNUBİ QAFQAZDA MÖVQELƏR SAVAŞI ...

Ukrayna Rusiya müharibəsinin uzanması , qlobal dünya siyasətində dalğaların çəkilib qabarmasını xatırladır . Bu canlanma geosiyasi müstəvidə Ukraynadan sonra ən çox reğionumuzda , yəni , Cənubi Qafqazda daha çox hiss olunur .
Belə ki , Ukraynada ciddi hərbi , siyasi , iqtisadi uğursuzluğa düçar olan Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməkdə davam edir .
QƏRBİN "uşağı" olan Nikol Paşinyanın Ermənistan hökümətinin rəhbərliyinə gətirilməsi ilə başlanan antirusiya prosesi sənğimək bilmir. Bu "vəziyyətdən" qəzəblənən Putin Qarabağda zorla məskunlaşdlrdığı seperatçı ermənilərin həyatını " qorumaq " üçün müxtəlif senariləri sınaqdan çıxarır . Ğah " Sülhməramlılar " adı altında öz hərbiçilərini " Laçın dəhlizində " yerləşdirir ;
Gah da Ruben Vardanyan kimi " ASALA " terror təşkilatı sevdalısı olan azərbaycan - türk düşmənini Xankəndinə göndərir .
Lakin yenə Paşinyanı Baş Nazir postundan uzaqlaşdırmaqda çətinlik çəkir . O ( N.P.) isə QƏRBİN istəklərini addım - addım yerinə yeriməkdə israrlı görünür . Rusiyanın Gümrüdəki hərbi bazasını qovmaq , Ermənistanı " KTMT "( Kollekriv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ) dan çıxarmaq istəyir . Bu prosesin belə davam etməsinin əsas səbəbi isə Paşinyanın komandasının qərbyönümlü olması və arxasında Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin dayanmasıdır .
Məqsəd :
1. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq ;
2. Avropa İttifaqının " missonerlərini " Cənubi Qafqazda yerləşdirmək ;
3 . Qarabağda destabilizasiya zonası yaratmaq :
4 . Azərbaycanın xarici və müdafiə siyasətində suveren qərarlar qəbul etməsinə mane olmaq ;
5. Respublikamızın milli təhlükəsizlik məsələlərində yürütdüyü müstəqil sitasətdə əl - qolunu bağlamaqdır .
Beləliklə : Avropa İttifaqı dövlətləri Fransanın dirijorluğu ilə Çin , Orta Asiya , Rusiya və Türküyənin iqtisadi - siyasi maraqlarına xidmət edəcək "" BÖYÜK ORTA DƏHLİZƏ "" nəzarəti ələ keçirmək istəyir . Məhz bu geosiyasi maraqlar Fransanı və diğər Avropa ölkələrini " ərköyün ermənilərin " nazı ilə oynamağa vadar edir .
Bu sadaladığımız strateji niyyətləri həyata keçirə bilmək üçün , reğionumuzda aranı qarışdırmaq məsələsində Fransa və bəzi Avropa dövlətləri maraqlı görünür . Bu baxımdan Fransanın və Ermənistanın strateji müttəfiqi olan İran İslam Respublikasnın paytaxtı TEHRAN şəhərində Azərbaycanın səfirliyində ölümlə - qanla müşahidə olunan terror AKTININ törədilməsi təsadüf sayıla bilməz .
Bütün bu təzyiqlərə baxmayaraq , Respublikamızın prezidenti İlham Əliyev Dövlətimizin maraqlarına xidmət edən müstəqil siyasətini qətiyyətlə davam etdirir .
- Harada törədilməsindən asılı olmayaraq bütün terror aktlarını lənətləyir ;
- Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımızı ayıq - sayıq olmağa çağırır ;
- Avropa dövlətlərini Beynəlxalq hüquqa və münasibətlərə hörmət etməyə səsləyir ;
Regionumuzda mövcud olan bu çətin - gərgin , mərhələdə bütün Vətənpərvər insanlarımızı Dövlətimizin yanında olmağa dəvət edirik .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

19:08