AZƏRBAYCANIN YENİ İQTİSADİ DÜZƏNDƏ YERİ ...

Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda dünya iqtisadiyyatının yendən formalaşması zərurətə çevrilib . Hazırda qlobal iqtisadi düzənlənmə prosesi yeni mərhələyə qədəm qoyub . İndi dövlətlər arasında ticari əlaqələr yenidən qurulmaqdadır . Bu prosesin iştirakçısı olan ölkələrin əksəriyyəti münasibətlərin tərəfi olmağa çalışır .
Yeni marşrutların və yeni yolların keçdiyi mərkəzlərə qoşulmağa cəhd edir .
Azərbaycan isə təbiətən belə əlverişli coğrafi ərazidə yerləşəir .
Ölkəmiz Şərqdən Qərbə doğru Rusiyadankənar keçən marşrutların ən uğurlu məkanındadır . Dünyanln yeni ticarət əlaqələrinin qurulması xəritəsində Bakı Şərq-Qərb , Şimal - Cənub ticarət yolunun əsas həlqələrinin qovşağındadır . Bu qovşaq politoloğiya terminində şərti olaraq " Orta Dəhliz " də adlandırılır . Hazırda həm Avropa İttifaqı , həm Çin , həm də Orta Asiya ölkələri bu dəhlizdən yararlanmağa çalışır . Xoşbəxtlikdən Azərbaycan potensial baxımdan Asiyadan Avropaya və əks istiqamətdə
daşınan yüklərin əsas tranzit ölkəsidir . Respublikamız eyni zamanda həm də Avropanın əhəmiyyətli enerji təchizatçısına çevrilməkdədir . Böyük enerji ixracatçısı hədəfinə çatmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev mühüm strateji xarakterli addımlar atmaqdadır.
Dünyanın ən nüfuzlu Davos iqtisadi forumunda iştirak edən Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində rəsmi Bakının qlobal iqtisadi-ticari proseslərdə tutduğu mövqelərə aydınlıq gətirməsi bu reallığı təsdiq edir .
Qlobal ticarət-iqtisadi münasibətlərin əsas tərəfdaşı olan Çinlə əməkdaşlığın zərurətini qeyd edən prezident İlham Əliyev bu böyük ölkə ilə ticari əlaqələrin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətlərə çatdırdı . Prezidentimiz bildirdi ki , Çin və Azərbaycan dost ölkələrdir və yeni iqtusadi - ticari müstəvidə bərabərtərəfli münasibətləri , hər iki tərəf üçün faydalı hesab edirlər .
Hadisələr gödtərir ki , Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “ Bir kəmər, bir yol ” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması heç də təsədüf deyil . Hszırda Çinlə Azərbaycan arasında əməkdaşlıq istiqamətində dayanıqlı siyasi platforma yaradəlıb . Bu platforma üzərində 30 il ərzində siyasi münasibətlər davam edir . İndi demək olar ki , bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostluq əlaqələrimiz var . Beynəlxalq təsisatlar çərşivəsində çox yaxşı əməkdaşlıq edirik . Bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik .
İqtisadi - ticari əməkdaşlıq əlaqələrimiz durmadan artır . Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir . Dövlətimiz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşdur .
Azərbaycan hələ Ukraynada müharibə başlamazdan illər öncə Asiyadan Avropaya tranzit yükdaşımaların mühüm bir hissəsini öz üzərindən ötürmək üçün zəruri infrastrukturu yaratmağa başlayıb. Prezident İlham Əliyev nüfuzlu Davos uqtisadi forumunda Çinin “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edərək , bu layihənin çox böyük coğrafiyanı əhatə etdiyini bildirdi .
Prezident İ. Əkiyevin təşəbbüsü ilə Azərbaycan hələ 10 il bundan əvvəl Orta Dəhliz layihələri çərçivəsində infrastrukturun yaradılmasına investisiya yatıraraq , Xəzər dənizindən gəmiıər vasitəsiylə daşınan yükləri qəbul etmək üçün Gəmiqayırma zavodu tikmiş , Böyük Ələt Limanı inşa etmişdi .
--Azərbaycanın Çinin " Bir kəmər , bir yol " iqtisadi - ticari təşəbbüsünə qoşulmasını düzgün hesab edir ;
-- Xəzər dənizi sahilində Gəmiqayırma zavodunun , Ələt limanının inşa edilməsini əhəmiyyətli iqtisadi addım kimi dəyərləndirir ;
--Azərbaycanın Xəzər dənizi üzərindən gələn və getdikcə artmaqda olan yüklərin dəmiryolu ilə ötürülməsinin işsizlik problemleminin həllinə müsbət təsir edəcəyinə inanır ;
-- Orta Dəhlizdən tranzit nəqliyyat xətti kimi istifadənin , ölkəmiz üçün iqtisadi divident baxımından faydalı olacağını bildirir ;
Dünyanın Qlobal Yeni İqtisadi Düzənində Azərbaycanın əhəmiyyətli yer tutması üçün vətəndaşlarımızı Dövlətimuzə dəstək verməyə çağırırıq .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

22:50