Amerikanın əsil niyyəti ...

Özbəkstanın SƏMƏRQƏND şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 22 ci sammiti öz siyasi əhəmiyyətinə görə bütün dünya ölkələrinin diqqətini cəlb etdi .
Belə ki , bu Sammittdə iştirak edən ölkələrin sayı ( Çin , Hindistan , Pakistan , Rusiya , Belarusiya , Qazaxstan , Özbəkstan , Türkmənstan , Qırğızstan , Tacikstan , İran , Türküyə , Azərbaycan
və s . ) öz masştabına ğörə Avroasiyanı demək olar ki , tamamilə əhatə edirdi .
Bundan əlavə ŞƏT nın Səmərqənd sammitimdə müzakirəyə çıxarılan məsələlər və qəbul olunan qərarlar bəzi dövlətləri xüsusiylə Amerikanı çox , həm də lap bərk narahat etdi . Çünki , ŞƏT nın bu dəfəki toplantısında qəbul olunan qərarlar ABŞ nın iqtisadi - siyasi maraqlarına uyğun gəlmirdi .
Belə ki ,
- Təşkilatın sıralarının artması ;
- Avroasiya coğrafiyasında baş verən hadisələrə ŞƏT nın müdaxilə imkanlarının böyüməsi ;
- Çindən Avropaya ( Hind okeanından Atlantik okianına qədər ) olan məsafənin -- Çəkilməsi nəzərdə tutulan ZƏNGƏZUR dəhlizi vasitəsiylə maksimum qısaldılması ;
- Bu dəhizdən Rusiyanın da istifadə etmək imkanı əldə etməsi və s .
Amerikanın Dünya ölkələri üzərində Ağalıq etmək niyyətlərinə mane olacaq .
Məhz bu kimi səbəblərdən
Ermənistana gedən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi saxta erməni soyqrımına həsr olunan Memerial Kompleksi ziyarət edərkən " TİMSAH GÖZ YAŞLARI " axıdaraq erməniləri gipnoz etməyə çalışdı .
Xanım Pelosi məqamdan istifadə edərək əslində ABŞ - n əsil niyyətini ermənilərin əli ilə həyata keçirmək üçün zəmin hazırladı . YƏNİ : Azərbaycanın , Rusiyanın , KTMT- nın ünvanına kəskin ifadələr işlədərək əslində azərbaycanlılar və erməniləirin
qanlı yaralarını qaşıdı . Faktiki olaraq Cənubi Qafqazda yeni müharibəyə başlamaq üçün separatçı və radikal ermənilərə ürək - dirək verdi . Ermənistanın hücum etmək hüququnun olduğunu bəyan etdi .
Məlumdur ki , ağlını itirmiş şovinist erməni
radikallar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini yenidən işğal etmək arzusundadırlar.
Nensi Pelosi də Bayden kimi antisovetçidir .
Onun qalmaqallı bəyanatları Rusiyanı , Türkiyəni və İranı bir biri ilə Cənubi Qafqaz uğrunda genişmiqyaslı müharibəyə başlamağa hədəflənib .
Bəllidir ki , bu ölkələrin ABŞ-la, özünəməxsus problemlıri mövcuddur .
ABŞ - n bu planl baş tutsa hərbi əməliyyatlarla yanaşı, Avrasiyanın mühüm hissəsinin - Hind okeanından Atlantik okeanına qədər - iqtisadiyyatının inkişafı üçün yeni təmələ çevrilə biləcək Zənğəzur dəhlizi ilə baş tuta biləcək layihənin həyata keçirilməsinn qarşısı alınmış olacaq . Və nəticə etibarı ilə ABŞ bu taktiki gedişi ilə , Çinin Yeni İpək Yolunun fəaliyyətə başlamasını ənğəlləycək .
Xanım Nensi Pelosun Yerevanda səsləndirdiyi fikirlər əslində Amerikanln
SİYASİ NİYYITİNİN təxahürüdür .
Güman etmək olar ki : Bu niyyətləri reallaşdırmaq və aranı qızışdırmaq üçün ABŞ Ermənistanı silahlandırmağa çalışacaq .
Lakin bir az ağılları olsa Ermənistan Azərbaycanla SÜLH yolunu tutar .
Bunun üçün də ilk növbədı özünün hökümət üzvlərinin təcrübəli siyasətçilərlə əvəzləyər .
Əgər həqiqətən vətənpərvərdirlərsə bu siyasətçilər fəaliyyətlərində xalqlarının maraqlarını rəhbər tutaraq Ermənistan dövlətinin gələcəyini düşünməlidirlər . Bunun üçün də Azərbaycanla lənğimədən SÜLH müqaviləsi imzalamalı , qonşuları ilə sıx əməkdaşlıq etməyə üstünlük verməlidirlər . Rifah və təhlükəsizlik vəd edən əlaqələrin formalaşdılmasında fəal iştirak edərək həm başıbəlalı xalqlarının canını qanlı müharibələrdən qurtarar həm də kövrək Dövlətlərini yox olmaqdan hifz edə bilərlər .
Lakin çox təəssüf ki, bu gün Ermənistan rəhbərliyində şovinist , illuziyaçı , nağıllara inanan şəxslərin üstünlük təşkil etdiklərini müşahidə edirik .
Onlar unudurlar ki , Ermənistan Ukrayna , ermənilər də qəhrəman ukrynalılar deyil .
Yəni , onlar ABŞ - n təhrikinə uysalar , çox tezliklə Qafqazla vidalaşmalı olacaqlar .

Müəllif : Qəvami Sadıqbəyli , Jurnalist - politoliq .
20 sentyabr 2022 ci il

Xudaferin.eu

13:57