21 avqust istedadlı qələm ustası RƏŞAD MƏCİDİN doğum günüdür ...

Şair , yazıçı, jurnalist , Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini , Azərbaycan Mətbuat Şurasının sədri , Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Müseyib oğlu Məcidov 21 avqust 1964 - cü ildə anadan olmuşdur .
Rəşad Məcidin yaradıcılığı zəngindir .
Onun müxtəlif illərdə :
"Hələ ki vaxt var" (şeirlər). Bakı: 1993
10 sentyabr (hekayələr). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004, 408 səh.
"Əlvida və salam." Bakı: Təhsil, 2009
10 sentyabr (hekayə) 11 dildə. Bakı: Mütərcim, 2010
"Dəlicəsinə". Bakı: Təhsil, 2014
"Roman (sevgi seirləri)." Bakı: Qanun, 2014
"Çiyələk qadın." Bakı: Yazıçı, 2014
"Bir də gəlməyəcək…" Bakı: Təhsil, 2015
"You love me (selected poems)." (ingiliscəyə çevirəni: Kamran Nəzirli) Baku: Mutarjim Publisher, 2017
"Qələmsiz yazılanlar." Bakı: Qanun, 2019
"Səbəbi sənsən" (sevgi şeirləri). Bakı: Mütərcim, 2019
"Не пером написанные" (ruscaya çevirəni: Nərgiz Əfəndiyeva). Bakı: Mütərcim, 2021 kitabları çap olunub .
Bunlardan əlavə Rəşad Məcidin xarici ölkələrdə də aşağıdakı əsərləri dərc olunub və yayılıb :
"Bir də gelmeyecek" (şiirler, çevirəni Seyfəddin Altaylı). Ankara: "Bengü" yayın evi, 2014
La Donna! (rakkolta poetika) (çevirənlər Mais Nuriyev, Davide Gualiteri). Milan: "Treditre editori", 2015
Delicesinə (denemeler, çevirəni M. Rıza Goçi) Ankara: "Tulpars" yayınları, İLESAM, 2017
Kalemsiz yazılanlar (esse ve denemeler, çevirəni İmdat Avşar) İstanbul: Türk Edebiyyat Vekfi, "Turay" kitab yayınçılıq, 2019
Tbilisi yağışı (gürcücə şeirlər, çevirən İmir Məmmədli). Tbilisi: 2021
İstedadlı qələm ustası Rəşad Məcid aşağıdakı mükafatlara layiq görülüb :
1 .Türk Ədəbiyyatı Vəqfinin "Türk Dünyasına Üstün Xidmət" mükafatı (2021) ;
2 .Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvinin 880 illiyi" xatirə nişanı (dekabr, 2021) ;
3 .Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı (1996) ;
4.Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2005) ;
5.Beynəlxalq Rəsul Rza mükafatı (2006) ;
6. "Bakı Dövlət Universitetinin dostu" mükafatı (2011) ;
7. Azərbaycan Mətbuat Şurasının "Ali Media Mükafatı" (2012);
8. TÜRKSOY-un ünlü qırğız şairi, ozan Toktogul Satılganovun 150 illik yubileyi ilə bağlı diplomu (2014);
9 .TÜRKSOY-un Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə təsis etdiyi yubiley medalı (2017) ;
10 . Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq elminə dəstək" diplomu (2017) ;
11 .Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat İnstitutunun dostu" diplomu (2018) ;
12 ."Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018) yubiley medalı (2019) ;
13 . "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019) Azərbaycan Respublikasının yubiley medalı (2019) ;
14 . Türk Ədəbiyyatı Vəqfinin "Türk Dünyasına Üstün Xidmət" mükafatı (2021) ;
15 . Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı .
Görkəmli Ziyalımız Rəşad Məcidi DOĞUM GÜNÜ münasibətiylə TƏBRİK edirəm .
Möhkəm Can sağlığı , uzun ömür , firavanlıq , fəaliyyətində yeni - yeni uğurlar arzulayıram !!!

Hörmətlə : Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

10:11