İlham Əliyev ermənilərə və onların havadarlarına göz dağı çəkdi .

Erməni yalanları dünyanı çaşdırmaqda davam edir ....
Son günlər informasiya şəbəkələrində yeni şaiələr tirajlanır .
" Politico " nəşrində anonim məlumat yayılıb . Həmin məlmata görə guya ABŞ Dövlət katibi Antoni Blinken deyib ki :
"Azərbaycan yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirəcək” .
Lakin bu günlərdə Amerika hökümətinin rəsmi nümayəndəsi Metyu Miller
" Arnenpress " informasiya agentliyinə şərhində bildirib ki : ABŞ Dövlət katubi A. Blinkenin adından yayılan bu məlumat səhvdir .
Metyu Miller erməni nəşrinə əlavə olaraq bildirib ki : ABŞ Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir . Biz (ABŞ ) sadəcə qeyd etmişik ki :
"Ərazilərin və suverenliyin pozulması ciddi fəsadlara səbəb ola bilər ".
Göründüyü kimi
Blinkenin dilindən ortaya atılan "Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirmək planı” haqqında ortaya atılan iddia təxribat xarakteri daşıyır .
Mahiyyət etibarı ilə bu yalan informasiya son günlər
Zəngəzur dəhlizi və sülh danışıqları ətrafında aparllan danışıqları pozmağa xidmət edir .
Açıq aydln hiss olunur ki , bu şaiələri yayan erməni diasporu və lobbisidir .
Onların məqsədi rəsmi Bakıya qarşı yeni beynəlxalq cəbhənin açılmasına nail olmaqdır .
Bütün bunlarla yanaşı Metyu Millerin məlum açıqlaması da təsüf doğurur .
Bu açıqlama göstərir ki , ABŞ
Dövlət Departamentinin Azərbaycan və Ermənistan münasibətlərinə olan mövqeyi konkret deyil .
ABŞ - n bu münasibəti ikili xarakter daşıyan diplomatik gedişdir .
Blinkenin adından yayılan yalan şaiə və ABŞ Dövlət Departamentinin Zəngəzur məsələsinə sərgilədiyi ikili mövqeyi göstərir ki , ABŞ başda olmaqla Qərbin Cənubi Qafqazla bağlı özəl planları var .
Bu plana görə :
1. Əvvəlcə yalan məlumat və şaiə yaymaqla dünya ictimayətini Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu işğal etməyə hazırlaşdığına inandırmaq ;
2. Ermənistan ərazisini işğaldan qorumaq üçün
" öz köməyini"( maddi , hərbi , informasiya və s .) göstərmək ;
3 ."İşğalçının" ( Azərbaycanın ) qarşısını almaq üçün ona təsir ( sanksiyalar tətbiq ) etmək .
Məlumdur ki , Sülh danışıqlarında Fransanın təşəbbüsü ələ almaq cəhdləri boşa çıxdı .
Prezident İlham Əliyev Qranada görüşündən imtina etməklə onların "tələsinə" düşmədi .
Əksinə , siyasi iradəsi və qətiyyətli addımı ilə Qarabağda erməni separatizmini ləğv etdi .
Rəsmi Bakı kommunikasiyalarnın açılması və sərhədin delimitasiyası tələblərini irəli sürdü .
10 noyabr 2020 - ci il Moskva BƏYANATINDA qeyd olunan Naxçıvana maneəsiz keçidin verilməsi üçün – Zəngəzur dəhlizi – öhdəliyinin icrasını Ermənistandan tələb etdi .
Sülh danışıqlarında Gürcüstanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan – görüşünün keçirilməsini təklif etdi .
Lakin ABŞ və Avropa Birliyi ( Fransa ) bu şərtləri öz xeyirlərinə dəyişmək istəyir .
Ermənistanla Azərbaycan arasında
vasitəçilik təşəbbüsünün region ölkələrinə, xüsusilə Rusiya və Türkiyəyə keçməsinin qarşısını almağa cəhd edirlər .
ABŞ Dövlət Departamentinin nümayəndəsi Lui Bononun Bakı və İrəvan səfərindən geri qayıdarkən, Paris və Brüsselə baş çəkməsi də bu planın icrasına yönəlmiş siyasi addım idi .
Müşahidələr göstərir ki , QƏRB vasitəçilik üzərindən geosiyasi maraqlarını təmin etməyə çalışır .
Məhz bu səbəblərdən əvvəlcə Blinkenin adından Azərbaycanın Ermənistanın cənubunu işğal etməyə hazırlaşır " şaiəsi ortaya atıllb .
Yayılan şaiələr , ABŞ - ın rəsmi nümayəndələri Netyu Millerin açıqlaması, Lui Bononun Bakı və İravandan sonra Parisə , Brüselə səfərləri Cənubi Qafqaz uğrunda ABŞ , AB , Rusiya və Türkiyə arasında qarşıdurmanın davam etdiyini göstərir .
Bütün bu şaiələrə , şantajlara və təzyiqlərə baxmayaraq , Azərbaycan öz strateji maraqlarını icra etməkdə israrlıdır .
Sevindirici reallıq budur ki , başda Prezident İlham Əlyev olmaqla Azərbaycan iqtidarı mövqeyində siyasi iradə nümayiş etdirir .
Oktyabrın 15 -də Azərbaycan Respublikasının Prezizidenti , Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqımızın uzun illər gözlədiyi həsrətə son qoydu .
İlham Əliyev Azərbaycanın dövlət bayrağını
Xankəndi şəhərində qaldırdı . Bununla da ermənilərə və onların havadarlarına göz dağı çəkdi .
Dövlətimizin və xalqımızın maraqları qətiyyətlə qorunur .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .

Xudaferin.eu

16:08