İRANDA ZƏLZƏLƏYƏ MƏRUZ QALMIŞ SOYDAŞLARIMIZA TƏCİLİ YARDIM OLUNMALIDIR ...

Bu  günlərdə  Güney  Azərbaycanın   Xoy  şəhərində  və  ətraf  ərazilərdə    5,9   bal  gücündə  zəlzələ   baş  vermişdir .   Nəticədə  bir  neçə  nəfər  ölüb , 500  nəfərə  yaxın  insan  xəsarət  almışdır .  Yüzlərlə  ev  dağılıb ,  soyuq  qış  fəslində  adamlar  çöldə  qalıb . Körpə - uşaq ,  yaşlı - qoca , xəstə  insanlar  əziyyət  çəkir . Günlər  ötür  lakin  fəlakətə  məruz  qalmış ,  zərərçəkən  əhali  köməksiz  qalmışdır .

 Sosial , şəbəkələrdə  göstərilən  videolentlərdən , ötürülən  telefon  xəbərlərindən  belə  məlum  olur  ki ,  İran  İslam  Respublikası  adlanan   dövlət    zərərçəkən soydaşlarımıza   kömək  etmir .  Əksinə ,  dövlət  adından  hərəkət  edən  hərbi  geyimli  şəxslər  kənardan  göndərilən  yardımların  ünvanına  çatmasına  mane  olurlar .  Məsələn ,  Türküyə  " Qızıl  Aypara "  Cəmiyyətinin ,  eləcədə    Respublikamızın  zəlzələ  nəticəsində ağır  vəziyyətə  düşmüş  insanlara  humanitar  yardım  ğöndərmək  təkliflərinə  qarşı  çıxıblar .
   Sanki ,  azərbaycanlılardan   qisas  alınır .
  İran  hakimiyyəti  təbii  fəlakətə  məruz  qalmış   soydaşlarımıza  sahib   çıxmır.  Zərərçəkənlər şaxtalı   havada  çöldə  - bayırda   , əziyyət  çəkirlər . 
 Evsiz - eşiksiz  şaraitdə  qalan   ana - bacılarımız   :  "Allahdan qorxun"   kimi   ifadələr səsləndirməklə  molla  rejiminə  üsyan  edir .
Güney  Azərbaycanın  Xoy  şəhərində  təbii  fəlakətdən  əziyyət  çəkən  soydaşlarımızın   ağır  durumuna  görə  pərişan  olduğumuzu bildiriririk .
 -  İran  hökümətinin  zərərçəkən   soydaşlarımıza  olan  ögey    mübasibətinə    görə  təsüfümüzü  ifadə  edir ; 
 -Ağır vəziyyətə   düşən azərbaycanlıların   həyatına  edilən   ədavətli    hərəkəti              ' soyqrım  "   kimi  qiymətləndiririk .
İran   İslam  Respublikasının   rəsmi  şəxslərindən    zəlzələdən  əziyyət  çəkən  insanlara   yardım  olunmasına  şərait  yaradılmasını   tələb   edirik .

 Qəvami  Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

17:15