İRAN KOMANDANININ YALANI TƏSÜF DOĞURUR ...

Bu günlərdə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana qarşı çirkin , iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.
K.Heydəri bildirmişdir ki : guya Azərbaycanda “sionist” qüvvələr vardır . 44 günlük Qarabağ müharibəsində Azərbaycan Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etmişdir . Onların bir hissəsi hələ də Azərbaycandadır. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyərək bizi hədələyib .
Bu cəfəng iddialara cavab olaraq bildiririk ki : Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
K.Heydəriyə xatırladırıq ki , Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır . Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi . Lakin İran tərəfi bu 30 il müddətində bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdi . Əksinə , bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdi. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqindən biri Fransa, ikinci isə İrandır.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır . Dövlətlərin daxili işlərinə qarışmır.
44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu cür iddialar bizə qarşı cəfəng ittihamdır və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi yalan və böhtandlr .
Hesab edirik ki : İran İslam Respublikası Ordusunun Quru Qoşunlarlnın Komandanı Kiomərs Heydəri tərəfindən səslənən bu fikirlər Xalqımızı , Dövlətimizi qorxuzmaq və İranın Respublikamıza əzələ nümayiş etdurmək istəyidir .
Bildiririk ki : Azərbaycanın özünün qüdrətli Ordusu vardır . Bizi heç bir qüvvə qorxuza bilməz . Çünki Azərbaycan xalqı hər zaman Şanlı Ordumuzun və Dövlətimizin yanındadır .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

15:16