AZƏRBAYCANIN ENERJİ SEKTORUNDA UĞURLARI DAVAM EDİR ...

17 fevral 2023 - cü il tarixində Avropada Münxen konfransı çərçivəsində " Boru kəmərlərinin məqsədi : gələcəyin enerji təhlükəsizliyi ." mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir .
Tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak etmişdir .
Dövlətimizin başçısı çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhvələrdən bəhs etmişdir . Ötən il Azərbaycandan Avropa qitəsinə qaz təhcizatının artıırılmasını bildirmişdir . Qısa , orta və uzunmüddətli perspektivıər üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsini qeyd etmişdir . Azərbaycan prezidenti 2027 - ci ilədək TAP - la qaz nəqlini indiki 11 milyard kybmetrdən 20 milyard kubmetrə , TANAP -la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılmasının nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır .
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memerandumunun imzalandığını xatırlatmşdır . Bu sənədə uyğun olaraq Azərbaycanla Avropa İttifaqının əməkdaşılığının müsbət xətt üzrə inkişaf etdiyini bildirmişdir .
Qaz - neft sahəsində mövcud əməkdaşlıqdan əlavə Azərbaycanla Avropa arasında bərpaolunan enerjinin də təchizatının mümkünlüyünü qeyd etmişdir .
Prezident İlham Əliyev tədbir iştirakçılarına artıq 25 qiqavat enerji istehsalı ilə bağlı sənədlərin imzalandığı barədə də məlumat vermiş ; Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakçılarla yanaşı , Avropaya da ixrac ediləcəyini ; qitənin orta və uzunmüddətli enerji təhlükəsizliyinə töhvə verəcəyini xüsusi vurğulamışdır .
Konfarasda çıxış edənlər də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını , enerji təhlükəsizliyinə verdiyi töhvəsini yüksək qiymətləndirmişlər .
Ölkəmizin enerji sektorunda irəliləməsi təqdirəlayiqdir . İqtisadi sahədə inkişaf , Respublikamızın siyasi müstəvidə də söz sahibinə çevrilmısinə töhvə verir . Hesab edirik ki : əldə olunan uğurlar Dövlətimizin doğru siyasət apardığının nəticəsidir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu
21:37