Jurnalist-politoloq Qəvami Sadıqbəyli (Həmzəyev Qəvami Sadıq oğlu)

20 iyun 1955-ci ildə Gəncə yaxınlığındakı Qarayeri qəsəbəsində anadan olub.
1963-cü ildə ata-anası özü də daxil olmaqla 5 (beş) qardaş və 2 (iki) bacısı ilə birlikdə Bakı yaxınlığında yerləşən Mehdiabad qəsəbəsinə köçüblər.
1973-cü ildə Mehdiabad orta məktəbini əla qiymətlərlə bitirib. Həmin il o vaxtkı M.Əzizbəyov adına Neft və Kimya institunun əyani şöbəsinə (İndiki Neft Akademiyasına) daxil olub.
1978-ci ildə həmin Ali məktəbi bitirərək "Faydalı qazıntıların işlənməsi" ixtisası üzrə "Dağ mühəndisi" statusunda diplom almışdır.
1978-1980 ci illərdə Özbəkstannın Namanqan vilayətinin Pap rayonunda, daha sonra Daşkənd vilayətinin Anqren şəhəri yaxınlığında yeraltı qızıl mədənlərində növbə rəisi, dispeçer vəzifələrində işləmişdir.
1980-ci ildə Azərbaycana qayıtmış, Bakı Metropolitenində əvvələr yeraltı tunel qazıntıısında növbə rəisi, sonralar "Tikilməkdə olan obyektlərin Müdüriyyəti"ndə böyük mühəndis vəzifəsində çalışmışdır.
1983-cü ildə Moskvada, 1986-cı ildə Leninqrad (indiki Sankt Peterburq) şəhərində Dəmir yolu nəqliyyatı institutlunda, 1991-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali idarəetmə institutunda ixtisas artırma kurslarında təhsil almışdır.
1983-1987ci illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin "Qafqazdəmiryollayihə" institunda, 1987-1988 ci ildə "Azərkimya" Birliyində böyük mühəndis vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur.
1989-1991 ci ildə Bakıda "Əlvan metalların tozvarı işlənməsi" zavodunda Texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1991-ci ildən 1995-ci ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarələrində aparıcı mütəxəssis, maliyyə-təsərüfat şöbəsinin müdürü, direktor müavini vəzifələrində çalışmışdır.
1988-ci ildə Azərbaycanda başlayan Milli Azadlıq Hərakatına qoşulmuş, ilk günlərdən fəallarından biri olmuşdur. 1989-cu ildə hələ Sovet hakimiyyəti zamanında Sabunçu (o vaxt Lenin) rayonunda ,Bakıxanov (o vaxt Razin) qəsəbəsində "Əlvan Metalların Tozvari İşlənməsi" zavodunda Texniki nəzarət şöbəsinin rəisi vəzifəsində işləməsinə baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin (AXC) yerli zavod dayaq dəsdəsini yaratmış və ona rəhbərlik etmişdir. Həmin il, yəni 1989-cu ildə AXC Sabuncu Rayon Təşkilatının Məclisinin üzvü olmuşdur.
1990-cı ilin 20 yanvar hadisələrində AXC rəhbərliyindən gələn tapşırıqlara əsasən yerlərdə vəziyyəti öyrənmək məqsədiylə rəhbərlik etdiyi bir qrup şəxslə Bakının ayrı-ayrı məntəqələrində olmuşdur. O vaxtkı "11 ci Qızıl Ordu" (İndiki 20 yanvar metro stansiyası) meydanında sovet-rus əsgərlərinin odlu silahdan açdığı atəşlərə məruz qalmış, təsadüf nəticəsində sağ qalmışdır.
On il AXC Sabuncu RT-nın sədri olmuşdur. Dəfələrlə təkid edilməsinə baxmayaraq, müxalifət düşərgəsini tərk etmədiyi səbəbindən ƏƏSMN-nin idarələrindən birində işlədiyi direktor müavini vəzifəsi qəsdən ixtisara salıımış və o vaxtdan işsiz qalmışdır.
Öz fərdi qabiliyyətinə güvənərək sərbəst şəkildə jurnalistika fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Yazdığı məqalələr əvvəlcə yerli "Müxalifət", "Cümhuriyyət", " Boz qurd", "525-ci qəzet", "Azad söz" və s. qəzetlərdə dərc olunur.
1997-ci ildə həmyerlimiz, vətənpərvər ziyalı Elman Mustafazadə Qəvami Sadıqbəylini Avropada təsis etdiyi beynəlxalq səviyyəli "Xudafərin" jurnal-dərgisi ilə əməkdaşlıq etməyə dəvət edir. Və o öz yazıları ilə "Xudafərin" dərgisində çıxış etmətə başlayır.
Qəvami Sadıqbəyli eyni zamanda Azərbaycanda nəşr olunan yerli mətbuatda məqalələri (əsasən siyasi-analitik), yazıları ilə çıxış edir.
Evlidir. 28 yaşında Elnur adında oğlu, 23 yaşında Günay adında qızı var.
Hazırda Bakının Buzovna qəsəbəsində yaşayır.
Tərcümeyi-halın yazıldığı tarix: 08 fevral 2021 ci il

Xudaferin.eu

18:11