ZƏNGƏZUR DƏHLİZİ AÇILMALIDIR !

16 mart 2023 - cü il tarixində Ankara şəhərində Türk Dövlətləri Təşkilatının növbəti ZİRVƏ SAMMİTİ keçirildi . Tədbir iştirakçəları türk dövlətlərinin uğurları , problemləri və gələcəkdə görüləcək işləri haqqında müzakirələr apardılar . Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türk dövlətləri ilə davam edən münasibətlərdən və Respublikamızın nailiyyətləri , ölkəmizin qarşısında duran məsələlərin həlli yollarından danışdı . Dövlət başçısı çıxışında Ermənistanın "çoxüzlü" siyasətini bir daha tənqid edərək əsasən aşağıdakı fikirləri səsləndirdi :
- Ermənistan xoşluqla dinc qonşuluq davranışı münasibətlərinə əməl etmək istəmir ;
- imza atdığı 10 noyabr 2020 - ci il tarixli üçtərəfli Moskva BƏYANNAMISİNİN müdəalarına əməl etmir ;
- silahlı qüvvələrini Qarabağdan çıxartmır ;
- Ermənistandan Qarabağa , hərbi texnika , silah , mina daşıyırlar ;
- Rusiya " Sülhməramlı " Kontingentinin arxasında gizlənən seperatçı ermənilər azərbaycanlılara qarşı təxribatlar törədirlər ;
- cinayətkar hərəkətlər nəticəsində hərbiçilırimiz şəhid olur , yaralanır ;
- Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək ZƏNGIZUR dəhlizinin açılması tələbinə əməl etmirlər ; -əksinə , buna müxtəlif bəhanələrlə mane olurlar .
Əslində isə
Ermənistan 2022 - ci il Soçi və Praqa görüşlərində Azəebaycanın suveren ərazi bütövlüyünü qəbul etmişdir . Onlar bu tələblərə əməl etməlidirlər . Çünki , məlum BƏYANNAMINİN tələblərində açıq aşkar yazılıb ki : " Ermənistan Respubkikası , Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında , hər iki tərəfə əhalinin , yük və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təşkilini öhdəsinə götürür . Bu nəqliyyat yolları üzərində NƏZARƏTİ Rusiya Sərhəd Xidmətinin Federal Təhkükısizlik Xidməti ( FTX - ФСБ ) həyata keçirir .
Razılaşmaya görə tərəflər : ( Azərbaycan və Ermənistan ) Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən nəqliyyat , kommunikasiya xətlərinin tikintisini həyata keçirməlidirlər .

Lakin qəribədir , Ermənilər Azərbaycan Respublikasının ərazisindən keçən - Laçın dəhlizindən isdədikləri kimi istifadə edirlər . Zəngəzur dəhlizinin açılmasına isə min bir bəhanə ilə mane olmağa çalışırlar .
Onlar ( ermənilər ) unudurlar ki , Laçın dəhlizi də həmin yola MÜVƏQQƏTİ nəzarət edən Rusiya Sülməramlı Kontingent ( RSK ) də qüvvədə olan Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən Azərbaycanın SUVEREN ərazisindədir . Bu ərazilərdəki vəziyyətə də Azərbaycan dövlət orqanları nəzarət edir .
Laçın dəhlizi , 10 noyabr 2020 - ci il tarixli Moskva BƏYANNAMƏSİNƏ görə RSK - nin nəzarətinə ( 2020 - 2025 - ci il ) müvəqqəti verilib . BU MÜDDƏT ƏBƏDİ DEYİL !!!
1948 - ci ildə qəbul olunmuş BMT - nın İnsan hüquqları haqqında müddəaların 13 - cü maddəsinə əsasən İNSAN istənilən ölkəyə hərəkət edə bilər . Lakin bütün hallarda ərazisindən keçdiyi ölkənin VİZA , GÖMRÜK və SƏRHƏD KEÇİD - NƏZARƏT qaydalarına mütləq əməl etməlidir .
Bu reallıqları Ermənistan da nəzərə almalıdır . Laçın dəhlizində Azərbaycanın qanunlarına əməl edilməlidir .
Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən yol , nəqliyyat , kommunikasiya xətləri inşa edilməlidir .
ZƏNGƏZUR DƏHLİZİ AÇILMALIDIR !

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

00:41