Azərbaycan oyaqdır , millət ona dayaqdır .

İranda baş verən son hadisələr reğionumuzda " qazanın qaynadığından " xəbər verir .
Hələ : 1920 ci ildə Rusların birbaşa köməyi ilə kürd və ermənilərdən ibarət silahlı dəsdələr 21 fevral 1921 ci ildə Təmiz Azərbaycan Türklərindən ibarət olan QACARLAR sülaləsinin axırıncı hökmüdarı Əhməd Şahı istefa verməyə məcbur etmişdi .
Rzanın qurduğu hakimiyyət mahiyətcə Pəhləvilər ismində yeni monarxiya idi .
Bu mahiyyəti öz xeyirlərinə dəyişmək üçün İnğilislər və Ruslar yeni yaradılmış ŞAH rejiminə nəzarət uğrunda yarışa girdilər .
Böyük Britaniya Rza Pəhləviyə çoxlu silah və döyüş sürsatl verdi . Əvəzində Rusların İranı tərk etməsini istədi . Çünki İngilislər Hindistan üzərində müstəmləkəlik məsələsində Rusları özlərinə təhlükəli rəqib olaraq görürdü .
Nəticə etibarı ilə ruslar İranı tərk etdi .
İnğilislər isə öz növbəsində əvvəl Rza Şahı , 1941 ci ildən sonra isə Onun oğlu Məhəmməd Rza Pəhləvini 1979 cu ilə kimi müdafiyə etdi . Təbii ki , bunun əvəzində İranın Neft - Qaz sərvətlərinə şərik oldu .
1979 cu ildə Fransanın dəsdəyi ilə baş verən İnqilab nəticəsində indiki İran İslam Respublikası yaradıldı .
Lakin " mollalar " rejimi öz hərəkətləri ilə mahiyyətcə antiiinsani - satanist xislətə malik olduğunu ortaya qoydu . Vətəndaşların şəxsi , özəl həyatına birbaşa müdaxilə edirdilər .
21 əsrdə yaşayırıq . Bütün dünya insanları komputet , internet vasitəsiylə bir - biri ilə təmasda olur yenliklərlə tanış olur , öz zövqünü inkişaf etdirir .
Bu rejim isə xalqa rahat nəfəs almağa imkan vetmir .
Xüsusiylə qadınların həyatını məhv edib .
Çadra bağlamağa məcbur etməklə guya qadınların namusunu qoruyurlar .
Unudurlar ki : təsir əks təsirə bərabərdir . Yəni , nəyi zorla qadağan edərsən əksi baş verər .
Məhz bu səbəbdən İran İslam Respublikası adlanan məmləkətdə saxta mollaların " SİĞƏ " qaydasından istifadə edərək əxlaqsızlıqla məşğul olan qadınların sayı günü - gündən çoxalıb .
Belə idarəetmə rejimin tükənmısinə səbəb oldu .
İndi İranda " molla " rejimi çürüyür , can verir ...
İran ABŞ və Avropa dövlətləri üçün YAXIN ŞƏRQ bölğəsinə nəzarət etmək üçün qapalı lakin faydalı ( platforma ) adadır .
Çürüməkdə olan bu platformanı t ə m i r etmək , təzələmək gərəkdir .
Buna ğörə də ABŞ və Aİ dövlətləri İranı " çalxalayır "
Mahiyyəti saxlaylb yeni Adları hakimiyyətə gətirməyə tələsirlər .
Bəli . Buna görə ABŞ və Avropa İttifaqının siyasi dairəlıri
İranı daha çox sözəbaxan -- kiçik dövlətlərə ( Fars , Kürd , və s . ) bölmək istəyirlər .
Hamısının qorxduğu Güney Azərbaycanın Müstəqillik əldə etməsi və tezliklə BÜTÖV AZƏRBAYCAN DÖVLƏTİNİN qurulmasıdır .
Çünki , DÖVLƏTÇİLİK TARİXİMİZİ bizdən yaxşı bilirlər .
Hadisələr bu istiqamətdə cərayan edir . Belə gedişatın qarşısını almaq üçün QƏRB ideoloqları müxtəlif senarilər hazırlayıblar . Bu senarilərdən biri də Pəhləvi sülaləsinin varislərini yenidən iqtidara gətirməkdir .
Məhəmməd Rza şahın övladları əsasən ABŞ da məskunlaşıb . Və deyilənə görə Güney Azərbaycandan talayıb apardıqları sərvət 240 ( iki yüz qırx ) milyard dollara bərabərdir . Bu qədər pula bir neçə kiçik dövləti satın almaq olar .
Varislərdən əlavə 1979 cu ildə baş vermiş inqilabdan sonra ŞAH rejiminin əksər məmurları ölkəni tərk edib ABŞ və Avropaya qaçmışdılar . Hazırda da oralarda yaşayırlar .
Təxmin edilir ki :
Şahın övladları SİYASİ SÜKANA sabiq məmurların varisləri isə
ĞÜC strukturlarına rəhbərlik etməli və İranda hakimiyyəti ələ almalıdırlar .
Bu niyyətləri baş tutsa İranda yaşayan xalqlar , xüsusiylə də azərbaycanlılar yenidən ZÜLM altına düşəcəklər .
Yaxın tarixdən məlumdur ki : Şah rejimi hakimiyyıtləri dövründə on minlərlə güneyli qardaş və bacımızı məhv edib .
Millətimizə qarşı qurulan bu tələni sındırmalıyıq .
Çarəsi varmı ....?!
Düşünürəm ki : VAR !!!
Dövlətimizin və Xalqımızın gələcək taleyi ilə bağlı məsələlərdə Vətənini sevən , özündə güc hiss edən insanlarımız fəal iştirak etməlidir .
Millətimizin içində söz sahibi olan Ağsaqqalarımlz , iti qələmli jurnalistlərimiz , incəsənət , ictinai və dövlət xadimlərimiz , Siyasi partiyalar , imkanlı - varlı iş adamlarımız , döyüş təcrübəsi olan hərbiçilərimiz , savadlı Millət Vəkillərimiz , məmurlarımız , qeyrətli hüquq və mühafizə işçilərimiz , diplomatlarımız çoxsaylı sadə lakin Vətənpərvər insanlarımız var .
Hər kəs özünün bacardığı sahədə fəaliyyət göstərməlidir .
YƏNİ :
İdeoloqlar : yol ğöstərməli ;
Siyasətçilər : yolun xəritəsini hazırlamalı VƏ XALQI TƏŞKİLATLANDIRMALI ;
Diplomatlarımız haqqı - hüququ tapdalanan millətimizin SƏSİNİ beynəlxalq tribunalardan dünyaya hayqırmalı ;
İmkanlılar Vətənin Xoşbəxt gələcəyi üçün çalışanları maliyələşdirməli ;
Məqamı çatanda , zərurət yaranarsa hərbiçilərimiz hadisələrə müdaxilə etməli dir .
Vətənini , sevən sağlam düşüncəli hər bir Şəxs Xalqımızın xoşbəxt ğələcəyinə töhvə verməlidir .
Gecikmək , biğanə qalmaq vicdan məsələsidir .
Millət birləşəndə güclü olur və rəqib tanımır .

Müəllif : Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
27 sentyabr 2022 ci il .

Xudaferin.eu

23:56