Azərbaycansız müzakirə yolverilməzdir ...

4 İyul 2023 - cü il tarixində İran , Rusiya və Hindistanın rəsmi nümayəndələri Tehran şəhərində bir araya gəliblər .
Görüşdə
" Şimal - Cənub " beynəlxalq nəqliyyat dəhlizi layihəsi müzakirə olunub .
Məlumdur ki , Ukrayna müharibəsi fonunda Rusiya küncə sıxışdırılıb .
Çox güman ki , Tehran görüşü altermativ çıxış yolu axtaran Rusiynın təşəbbüsü ilə baş tutub . Lakin " Simal - Cənub " dəhlizinin qovşağında yerləşən Azəfbaycan bu görüşə dəvət olunmayıb .
Bu reallıq çox düşündürücüdür.
Çünki , indiki mərhələdə Rusiya iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın dəsdəyinə daha çox möhtacdır .
Azərbaycanın bu müzakirələrdən kənarda saxlanmasının səbəbləri nə ola bilər ..?
Düşünürük ki :
1. İranla bağlı .
1.1. II Qarabağ müharibəsində Azərbaycan Ermənistanı ağır məğlubuyyətə uğratdı . İran bu reallığı həzm edə bilmir .
1.2. Azərbaycan səfirliyində törədilmiş terror aktından sonra iki qonşu dövlət arasında münasibətlər daha da gərginləşdi .
2 . Rusiya ilə bağlı .
2.1. Rusiya Sülhməramlı Kontingenti ( RSK ) 10 noyabr 2020 - il Moskva BƏYANNAMƏSİNİN şərtlərinə əməl etmir . Erməni silahlı dəstələrini Qarabağdan çıxartmır . Əksinə separatçı erməniləri silahlandırır .
2.2. Bu səbəbdən Azərbaycan Qarabağda yerləşdirilən
" Rusiya Sülməramlı Kontingentin " destruktiv fəaliyyıtinə görə Moskvadan narazıdlr .
3. Hindistanla bağlı .
3.1 . Hindistan Ermənistanı müdafiə edir , erməniləri silahlandlrır .
3.2. Geosiyasi müstəvidə Hindistan Rusiya və Ermənistanla bir düşərgəni bölüşür .
Sadaladığımız səbəblərdən əlavə hər gün inkişaf edən Azərbaycan Türkiyə birğə gücü rəqibləri qıcıqlandırır .
İran hələ də Azərbaycanın güclənən mövqeyi ilə barışa bilmir .
Ümumi uzunluğu 7200 kilometr olan Hindistan , İran , Rusiya nəqliyyat marşurutu üzərində yerləşın və coğrafi baxımdan İran ərazisinə aid olan Cabahar dəniz limanı Şimal - Cənub marşurutuna üstün imkanlar yaradır .
Lakin unutmaq olmaz ki , Azərbaycan da
" Şimal - Cənub " Beynəlxalq Nəqliyyat Dəhlizinin qovşağında yerləşir .
Bu ilin may ayında bir hissəsi Azərbaycandan keçən Rəşt - Astara dəmir yolunun tikintisinə 1.6 milyard avronun ayrılması haqqında Moskva ilə Tehran sənəd imzalamışdı .
İndi isə İran çalışır ki , " Şimal - Cənub " nəqliyyat matşurutu Azərbaycandan yox , Türkmənistan ərazisindən keçsin . Bu matşurut isə əslində daha başa gəlir .
Necə deyərlər : şərhə ehtiyac yoxdur , bu açıq aşkar İranın bizə qarşı " dost - qardaş ' mövqeyidir .
Düşünürük ki , bu reallıqlar fonunda Azərbaycan daha ayıq olmalıdır .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

16:21