TƏBİİ HAQQLARIMIZI TƏLƏB EDİRİK ...

Bizimlə   əməkdaşlıq   edən    dövıətlər  yaxşı  bilir  ki  :   Azərbaycan  Respublikası   tərəfdar  çıxdığı   dövlətlərarası  müqavilələrə   sadiqdir .  Müasir  dövrdə   Dövlətimizin   həyatını   beynəlxalq  inteqrasiyadan  kənarda  təsəvvür  etmək  mümkün  deyil .

Məlum  oldiğu  kimi  
Azərbaycan  bu  günlərdə   Beynəlxalq   Arbitraj   Məhkəməsinə  müraciət   edib   və  Ermənistana   qarşı    dövlətlərarası   arbitraj   prosesini   başladıb .
Azərbaycan    Arbitraj    bildirişində   1991-ci ildən   2020-ci ilə  qədər  Ermənistanın ərazilərimizin   30   ilə yaxın   müddətdə  işğal  altında  saxladığını  qeyd  etmişdir .  Qanunsuz   işğalı dövründə Azərbaycanın   enerji resursları   üzərində suveren   hüquqlarını pozduğuna  görə Ermənistandan təzminat   və   maliyyə kompensasiyası   tələb etmişdir . 
  Ermənistanın    hərbi güc   yolu   ilə   Respublikamızı  Qarabağ   bölgəsindəki enerji   resurslarından istifadədən     məhrum etməsini   vurğulamışdır .     Ermənistanın  Azərbaycana  aid   enerji   ehtiyatlarını   öz xeyrinə   istismar etdiyini  təsdiq  edən  sənədləri   Beynəlxalq  Arbitraj    Məhkəməsinə  təqdim  etmişdir  .  
 Ermənistan  tərəfindən    Enerji   Xartiyası Müqaviləsinin   çoxsaylı   müddəalarının   və    beynəlxalq   hüququn   fundamental prinsiplərinin   pozduğu  iddiasını   irəli   sürmüşdür . 
    Enerji  Xartiyası   Müqaviləsinə   uyğun olaraq   iddianın  əsasını   Qarabağ   bölgəsinin   zəngin   hidroenergetika ehtiyatlarının  Ermənistan   tərəfindən   qanunsuz istismarı   təşkil  edir  :
  1 -  İşgaldan   əvvəl     Qarabağ   bölgəsi  Azərbaycanın   daxili su   ehtiyatlarının  25 %-nin   cəmlənməsi ,   su   elektrik   enerjisi   istehsalı    üçün   optimal   məkana   çevirmişdir ;
2 -  İşğal   dövründə  Ermənistanın   qeyri - qanuni   şəkildə istismar   etdiyi hidroenergetika obyektlərinin   ən böyüyü   Tərtərçayın üzərində   inşa   edilmiş   Sərsəng   su anbarında   yerləşən Tərtər  su  elektrik stansiyası   (Tərtər SES)  Azərbaycanın    nəzarətindən   çıxarlmışdır  ; 
3 -  Ermənistan Azərbaycanın   suveren   ərazilərinə hərbi    təcavüzünün tərkib   hissəsi  kimi, 1994-cü   ildə   Sərsəng su   anbarını   və Tərtər SES-i   ələ   keçirərərək   öz  xeyrinə   istismar  etmişdir  ;
4 -   Qanunsuz   və  icazəsiz  olaraq  
 Azərbaycanın   suveren   ərazisində    37   əlavə    su  elektrik qurğuları   tikib   istismar  etmişdir ;
5 --Əldə   edilən   enerji  hasilatı    açıq   şəkildə    “ixrac mənbəyi”   kimi  Ermənistan   tərəfindən   istifadə  edilmişdir  ; 
6 --  Azərbaycana   məxsus  su   elektrik   enerjisi   ehtiyatlarının  qeyri-qanuni istismarını asanlaşdırmaq   üçün   işğal   olunmuş ərazilərdən Ermənistana   elektrik enerjisinin  paylanmasının   “vahid sistemi”ni    yaratmış ,  “gündəlik  elektrik enerjisi   istehsalının həcmini  öz  xeyrinə    tənzimləmişdir  ;
 7 -- Bölgənin   mövcud qurğularını   istismar etmək   üçün    müxtəlif    şirkətlərə   saxta   “lisenziyalar” vermişdir  ;
8  -  İşğal   müddətində     İrəvan    istilik   elektrik stansiyasında   istifadə məqsədilə ,  Azərbaycanın    Tərtər rayonunun   Çardaqlı kömür   mədənini qanunsuz   istismar   etmişdir  ;
9 --  Yevlax  rayonundan  başlayaraq   Naxçıvan  istiqamətində    mövcud  olan   təbii   qaz   və    enerji   tranzit   qurğularını   sıradan   çıxarmışdır  ;
10  --  İşğal   nəticəsində    Azərbaycana   məxsus   Naxçıvan   bölğəsinin     qaz    təchizatını   kəsmişdir .

    Beynəlxalq   Arbitraj   Məhkəməsinə    müraciət   etməkdə    Azərbaycanın   məqsədi  :  

1 . Beynəlxalq səviyyədə   tanınmış   suveren   ərazisində   Ermənistan   tərəfindən   enerji ehtiyatlarının   30   ilə yaxın    bir   dövr ərzində   qeyri-qanuni istismarı   və    buna   cavab   olaraq   haqq  --  ədaləti  bərpa   edilməsi  ;
 2 . Ermənistanın   Respublikamıza  vurduğu    maddi   ziyanı    təzminat  olaraq     ödəməsini   təmin    etməkdir .

Bütün    dünya  bilir  ki , Azərbaycan  Beynəlxalq   hüququn  subyektlərindən  biridir .   Bu    reallığa   əsasən   biz   öz    təbii  haqqımızı   tələb  edirik .

Qəvami   Sadıqbəyli  , Jurnalist - politoloq .
Xudaferin.eu

21:51