MİLLƏTİNİ SEVƏN SOYDAŞLARIMIZA MÜRACİƏT :

Vətənini , elini - obasını , yurduni , dilini sevən soydaşlarımız !
İrticaçı qüvvələr 200 ildir vətənimizi bölüb , parça - ediblər .
196 il bundan əvvəl, fevralın 10-da, Rusiya və İran arasında bağlanmış "Türkmənçay müqaviləsi" ilə tarixi AZƏRBAYCAN torpaqları iki dövlət arasında bölüşdürüldü. Ölkəmizin cənubu İranın, şimalı isə Rusiyanın ağır müstəmləkə zülmünə məruz qaldı.
Şükürlər olsun ki , 1991-ci ildə rus - sovet müstəmləkəçiliyindən qurtulduq . Müstəqilliyimizə qovuşmuşuq .
Ancaq ölkəmizin müstəqilliyi ilə barışmayan - millətimizə qarşı düşmənçilik edən bəzi dövlətlər sakit durmurlar .
Bu dövlətlər 33 illik müstəqillik dövründə ermənilərdən alət kimi istifadə etməklə dövlətçiliyimizə və xalqımıza zərbələr vurmağa çalışıblar .
Şanlı Ordumuzun -- əskər və zabitlərimizin qəhrəmanlığı sayəsində 2020 - ci ildə aparıkan 44 günlük ll Qarabağ müharibəsi və 19 / 20 sentyabr 2023 - cü il anti - terror əməliyyatından sonra işğal altında qalan tirpaqlarımızı quldur - faşist xislətli erməni separatçılarından qurtardıq .
Lakin bəzi dövlətlər xalqımızın qələbəsini həzm edə bilmirlər .
Bu gün AZƏRBAYCANA qarşı hücuma Rusiya və İrandan başqa Fransa bəzi Avropa dövlətləri də qoşulub .
Üzdə özlərini dost, strateji tərəfdaş kimi göstərirlər .
Ancaq onların əsil niyyətlərini anlamaq elə də çətin deyil.
"Türkmənçay müqaviləsi"nin ağır nəticələrini aradan qaldırmağın zamanı çoxdan yetişmişdir . Birləşmək -
Bütöv Azərbaycan uğrunda konkret iş görməliyik .
Torpaqlarımız Rusiya İran , İraq , Ermənistan , Gürcüstan ərazilərinə qatılıb . Ötən illər : on illərə , yüz illərə çatır .
Biz : Azərbaycan Türkləri çox böyük və qüdrətli millətik .
Sadəcə tarixin müəyyən mərhələsində Azərbaycanı idarə edən babalarımız vəzifə borclarını yerinə yetirərkən səhlənkarlıq ediblər . Öz zamanlarının tələb olunan hərbi texnoloğiyalarına lazımı qədər diqqət yetirməyibıər . İqtisadiyyatı dövrün tələblərinə uyğun qurmayıblar . Dövlət idarəetməsində səhvlər buraxıblar . Nəticədə Bütöv Azərbaycan düşmənlərə yem olub .
Lakin bizim onlardan inciməyə haqqımız yoxdur . Çünki belə səhvlər bütün xalqlarda və dövlət rəhbərlərində olub və olur .
Biz gələcəyə baxmalıyıq .
Millətimizin zatında olan qürur , baldan şirin dilimiz , böyük mədəniyyətimiz , incəsənətimiz , mətbəximiz bizi tam məhv olmağa qoymayıb .
İndi XXl əsrin 2024 - cü ilində komputer - internet - sosial şəbəkələr dövründə yaşayırıq . Yəni , əvvəlki zamanlardan fərqli olaraq , dünya xalqları o cümlədən öz millətimiz haqqında daha çox məlumat əldə edə bilirik .
Topladığımız məlumatları araşdırıb , analiz edəndə adam heyrətə gəlir .
Azərbaycan türklərinin nə qədər istedadlı , qoçaq , mərd , comərd ; eyni zamanda mədəni , ürəyiyumşaq , zərif olduğu bir daha ortaya çıxır . Məlum olur ki , həyatın müxtəlif sahələrində : elm , mədəniyyət - incəsənət [ rəssamlıq , musiqi , bəstəkarlıq , şairlik , aşıqlıq və s . ] sərkərdəlik , mühəndislik , kosmos və diğər sahələrdə Azərbaycan Türkləri dünya xalqları sırasında ən uca mərtəbələrə yüksəlməyi bacarmışlar .
Sadəcə bu nailiyyətlərimizi özümüz yaxşı ( tam ) bilmirik .
Çünki təbliğat qələmi - ruporu ; şovinist xislətli rəqiblərimizin əlindədir . Onlar [ rəqiblər ] bizim tariximizi özümüzdən yaxşı bilirlər . Potensial gücümüzü bildikləri üçün bizdən qorxurlar . Başa düşürlər ki : Azərbaycan Türklərinə imkan verilsə çox tezliklə birləşib , tarixi torpaqlarını bərpa edəcək : QÜDRƏTLİ BÜTÖB AZƏRBAYCAN DÖVLƏTİNİ quracaqlar .
Məhz bu səbəbdən tarixən biri - biri ilə müharibə edən dövlətlər və millətlər ; məsələ Azərbaycan Türklərinə gələndə tez birləşirlər . Bizə qarşı müasir dövrdə dəbdə olan Beynəlxalq Təşkilatlar adından [ BMT , AVROPA BİRLİYİ , AVROPA ŞURASI , AŞPA , ATƏT , YUNESKO və s . ] çıxış edirlər . Bizi geridə qalmış , insan haqqlarını , demokratiyanı pozan cəmiyyət - millət adlandıraraq ruhumuzu öldürürlər . Bizə özümüzə gəlməyə , birləşməyə , inkişaf etməyə imkan vermirlər .
Mən - [ Qəvami Sadıqbəyli ] millətimizin sadə üzvü olaraq , geniş imkanlara malik deyiləm . Bu səbəbdən xalqımızın nümayəndələrinin əldə etdiyi nailiyyətlərin hamısını bir yazıda qeyd edə bilmirəm .
Bunun üçün geniş imkanlar gərəkdir .
Düşünürəm ki : millətimizin arasında lazım olan qədər maddi imkanları olan qeyrətli - vicdanlı - ədalətli və öz millətini ürəkdən - candan sevən insanlarımız vardır . Sadəcə heç kim risk edib qabağa düşmək istəmir .
Görmürsünüz , eşitmirsiniz ?!
Televiziya kanalları ğecə ğündüz gənclərimizi manqurtlaşdırmaqla məşguldur . Ona görə də gənclərimiz öz qəhrəmanlarımızı tanımırlar , ancaq bizim xalqımıza dövlətimizə düşmənçilik edən din xadimlərinə , yabançı ğenerallara şəhid deyib yas saxlayırlar .
Millətimizin əziz imkanlı nümayındələri !
Vicdanınız olsun qəflət yuxusundan ayılın . Xalqımızı və Dövlətimizi qoruyun . Siz ğözəl bilirsiniz ki : xalqımızın xoşbəxt yaşaması ugrunda ürəkdən çalşan şəxslər , siyasilər təbligatçılar kimlərdir . İmkan daxilində kömək edin . Kömək etmirsinizsə canınız sağ olsun . Bu məsələdə ixtiyar sahibisiniz . Heç olmasa onlara mane olmayın .
Zaman gedir . Almaniya birləşdi , Vyetnam birləşdi .
Biz də birləşib QÜDRƏTLİ
BÜTÖV AZƏRBAYCANI qurmalıyıq !!!

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

17:48