Siyasi - Coğrafiyanın böyük alimi , professor Zakir Eminov .

Zakir Namin oğlu Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. 1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirmişdir .
"Azərbaycan Respublikasında əhalinin Məskunlaşması Sisteminin formalaşması və inkişafı" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır .
Əvvələr AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri işləmişdir .
İqtisadi-sosial və siyasi coğrafiya ixtisası üzrə "Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri" mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru elmi dərəcəsi almışdır .
Zakir müəllimin elmi fəaliyyəyinin əsas istiqaməti
" Əhalinin demoqrafik vəziyyətinin nizamlanması , reğionların inkişafı və Azərbaycanın siyasi - coğragi cəhətfən öyrənilməsidir ."
Azərbaycan coğrafiyasında əhalinin demoqrafik vəziyyətinin nizamlanmasını tədqiq etmişdir . Əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirmişdir .
Şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssislər hazırlamışdır .
Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri öyrənmişdir .
İqtisadi islahatların aparılmasını, onların sənayedə , kənd təsərrüfatında olan xüsusiyyətlərini müəyyən etmişdir .
Sosial-demoqrafik sahələrdə meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini göstərmişdir .
Professor Zakir Eminovun 70 -dən çox , o cümlədən xarici ölkələrdə 16 elmi əsəri çapdan çıxmışdır .
Bu mənbələrdən aidiyyatı üzrə elmi tədqiqat sahələrində istifadə olunur .
Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmlər doktoru , professor Zakir Eminov Azərbaycanın ictimai - siyasi həyatında da yaxından iştirak edir .
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş rayonlarımızda , eləcə də Qarabağ İqtisadi Zonasında quruculuq işlərində fəal iştirak edir .
Bu ərazilərdə demoqrafik - sosial - iqtisadi baxımdan əhalinin düzgün məskunlaşması məsələlərinin həllində elmi təkliflərini təqdim edir .
Azərbaycan elminə çoxlu töhfələr vermiş böyük alimimiz , professor Zakir Eminova möhkəm can sağlığı elmi fəaliyyətində yeni - yeni uğurlar arzulayırıq .

Yazını qələmə aldı :
Qəvami Sadıqbəyli .

Xudaferin.eu

12:36