Bizim evimiz...

Çayları , dənizi dağları vardır ;
Çəməni , düzləri , bağları vardır ;
Heyvanat aləmi öz yerindədir ,
Quşları göylərdə uçarlar qatar ;
Sərvəti hamiya , hər kəsə çatar ...
Beləcə yaradlb dünyanı Allah ,
Bizlərə bəxş etdi evimiz kimi .
Dedi ki : yaşayın siz adam kimi ,
Rüziniz bəs edər ölənə kimi ..
Şükr edin ürəkdən , bu mənə yetər .
Qoruyun siz Yeri eviniz kimi !
Qovulan İblis də gəldi dünyaya ,
İnsanın cildində meydana doldu .
Unutdu şükrünü Allaha Adəm ...
Seçdiyi , getdiyi qəmli yol oldu ,
Bu üzdən bənizi tədricən soldu ..
Əsrlərsə ötüşür , zaman tez keçir ;
Səhvini anlamır ,anlamır Adəm .
Hələdə şükr etmir , yaradanına ..
Şeytanlar insanı ruhdan salıbdır .
O isə çox zəif , aciz qalıbdır .
İblis üstün olub insandan çox vaxt ,
Hər zaman zülm edib bizim cahana ...
Qərinələr , əsrlər belə ötübdür ,
Hikkəli , tamahkar İblis üzündən ,
Sayı bilinməyən qan tökülübdür .
Bu gün də belədir , həyat dövr edir....
Yığışıb xəlvətdə bir neçə İblis .
Gizlində məkirli , torlar qururlar
Şeytanlar əliylə boyun vurururlar !
Bəs harda qalıbdır, Haqqla Ədalət ...
Çoxmu davam edər görən bu zillət ..?!
Doğrular az deyil , axı dünyada ...
Hamısı qardaşdır , yaxşı mənada .
Qəvami Allaha sevgi bəsləyir ,
Düz olanı , düz meydana səsləyir ...
Haqlılar bir olub gəlib birləşsin ,
Tülküləri yox edərək şirləşsın .
Ağılla , nizamla bir ordu yığaq ;
Biz də İblislərin boynunu vuraq .
Cahanda , evlərdə şənliklər quraq !!!

QƏVAMİ SADIQBƏYLİ
Xudaferin.eu

23:25