BÖYÜK ZİYALI ....

Sabir Rüstəmxanlı --
1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olmuşdir . 1968 - ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir .
1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində əmək fəaliyyətinə başlamışdır .
1974–1975-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmiş , 1976-cı ildə "Cəlil Məmmədquluzadə və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978–1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuşdur . Yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik məqalələri çap edilmişdir.
Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə və digər xaruci ölkələrdə 50 - dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir.
Yazdığı əsərlər Sabir Rüstəmxanlını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli duyğularının oyanmasında ciddi rol oynamışdır .
"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitabları , "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxanla görüş" poemalaı , "Bu sənin xalqındır" kimi publisistik yazıları , "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları Ona böyük şöhrət qazandırmışdır .
Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür .
1989-cu ildə Azərbaycanda ilk müstəqil, "Azərbaycan" qəsetini təsis etmiş, iki il onun baş redaktoru olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilmiş, Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olmuşdur.
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri işləmişdir .
1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir.
Dünya Azərbaycanlıları Konqresinin üzvüdür.
YARADICILIĞINI MİLLİ ŞÜURUN İNKİŞAFINA , SİYASİ FƏALİYYƏTİNİ MÜSTƏQİL DÖVLƏTİMİZİN QORUNMASINA HƏSR ETMİŞ BÖYÜK ZİYALIMIZ , HÖRMƏTLİ SABİR RÜSTƏMXANLINI DOĞUM GÜNÜ MÜNASİBƏTİYLƏ TƏBRİK EDİR , MÖHKƏM CAN SAĞLIĞI ARZULAYIRAM .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

08:34