N . Mandela : " İntqam axtaran ağıllar dövləti məhv edir , barışıq axtaranlar isə millət yaradır " .
Nelson Mandela 18 iyul 1918 - ci ildə Cənibi Afrikanın kiçik kəndlərinin birində doğulmuşdur . O , siyasətlə məşğul olmağa 1943 - cü ildə Afrika Milli Konqresinə qoşulmaqla başlayıb .
Əqidədaşı Tambo ilə birlikdə Cənubi Afrikada azsaylı ağ dərili insanların " Milli Partiya " adı ilə qaradərili çoxluğu əzən aparteid sisteminə qarşı mübarizə kompaniyasına başlayıb .
İlk dəfə 1956 - cı ildə 155 diğər fəalla birlikdə dövlətə xəyanətdə təqsirləndirilib . Lakin dörd il davam edən istintaqdan sonra ittihamnamə ləğv edilib .
O zaman aparteid sistem " Keçid Qanunlar " qəbul etmişdi . Bu qanunlara görə onlar ( ağdərililər ) qaradərililərin harada yaşaya və işləyə biləcəyini diktə edirdi . Bu isə insan haqlarının kobud surətdə pozulması demək idi . Belə ədalətsiz qanunlara qarşı qaradərililərin müqavimət mübarzəsi günü gündən gücləndi . Nəticədə ,
1960 - cı ildə Afrika Milli Konqresi ( AMK) ləğv edildi . O vaxt AMK - nin vitse - prezidenti olan Mandela iqtisadi sabotaj kompaniyasına başladı .
Bir müddətdən sonra O , sabotaj və dövlət çevrilişi törətməyə cəhd etməkdə ittihamlandırıldı .
Rivonia adlanan məhkəmədə Nelson Mandela müttəhimlər kürsüsündən aşağıdakı tarixi fikirlərini söylədi :
" Mən , hamının mehriban , bərabər imkanlarla yaşaya bildiyi demokratik və azad cəmiyyətin idealını həmişə üstün tutmuşam . Bu ideal üçün yaşamaq , onu əldə etmək istəyirəm . Lazım olsa bu idea naminə ölməyə də hazıram " .
1964 - cü ilin qış aylarında Ona ömürlük həbs cəzası kəsildi .
1980 - ci ildə , o zaman mühacirətdə olan siyasi mübarizə yoldaşı Tambo Mandelanı azad etmək üçün beynəlxalq səviyyədə kompaniya apardı . Və bu mübarizə bəhrəsini verdi . Mandela ömürlük həbsdən qurtuldu və azad olundu .
Azadlığa çıxanda onu kütlələr qarşıladı .
Dünya birliyinin Cənubi Afrikanın aparteid rejiminə qarşı sanksiyaları gücləndi . Təzyiqlər nəticəsində 1990 - cı ildə Afrika Milli Konqresinə ( AMK ) qarşı qadağalar ləğv edildi . Cənubi Afrikada yeni , çoxirqli demokratiyanın fəaliyyətinə şərait yaradıldı .
Məzlum xalqların istismarına və irqi ayrıseçkiliyə qarşı apardığı uzun müddədli və qətiyyətli mübarizəsinə görə Nelson Mandela BEYNƏLXALQ SÜLH MÜKAFATINA və ayrı - ayrı dövlətlərin yüksək ödüllərinə layiq görüldü .
1993 - cü ildə müxtəlif irqlərə məxsus olan insanların iştirakı ilə tarixdə ilk dəfə olaraq demokratik seçkilər keçirildi və cənab Nelson Mandela Cənubi Afrika Respublikasının prezidenti seçildi .
O , şəxsi nüfuzuna və yaratdığı münbüt şəraitə görə çoxmillətli şirkətləri Cənubi Afrika Respublikasına sanballı investisiya kapitalı qoymağa razı sala bildi . Beləliklə , əhalisinin əksəriyyəti qaradərililərdən olan Cənubi Afrrika Respublikasında iqtisadi , sosial , mədəni inkişafın başlanmasına nail oldu .
27 il haqsız və ədalətsiz olaraq həbsdə yatmasına baxmayaraq Nelson Mandela sonda uğur qazandı . Həm öz həm də dünyanın digər xalqlarına HAQQ ƏDALƏT uğrunda aparılan mübarizənin QƏLƏBƏ ilə nəticələcəyini sübut etdi .
Nelson Mandela 2013 - cü ildə 95 yaşında vəfat etdi .
Şəxsiyyətinə hörmət əlaməti olaraq BMT Onun doğulduğu 18 iyulu Mandela Günü elan etdi .
Nelson Mandela unudulmadı .
Həyatı haqqında kitablar yazıldı , filmlər çəkildi . Öz mübarizliyi ilə TARİXİ ŞƏXSİYYƏTƏ çevrildi .
Ümumiyyətlə , tarixə baxanda məlum olur ki , HAQQ ƏDALƏT uğrunda mübarizə aparan insanlar sonda uğur qazanır .
MÜBARİZ LİDER ...

Jurnalist - politoloq , Qəvami Sadıqbəyli .
Xudaferin.eu
15:21