Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27 - 28 də Bakıda rəsmi səfərdə oldu . Rusiyalı nazir səfərinin ilk günü Azərbaycan Prezidenti İlham Əliyev , fevralın 28 də isə Xarici İşlər Naziri Ceyhun Bayramovla danışıqlar apardı .
Düşünmək olar ki , Lavrovun səfəri Azərbaycanla Rusiya arasındakı əlaqələri gücləndirmək məqsədinə xidmət edir. Çünki , hazırda faktiki olaraq Ermənistan Rusiyaya arxa çevirib . Moskvanın maraqlarının ziddinə olaraq Avropa Birliyinin üzdə mülki , mahiyyətdə isə kəşfiyyat xarakterli hərbi missiyasını ölkəsində yerləşdirib . Bakı isə bölgədə balanslı siyasətini davam etdirir . İravanda antirusiya meylləri güclənir .
Qərb ermənilərin əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmaq istiqamətində təzyiqlərini hər gün artırır .
Belə vəziyyətdə Moskva Bakı ilə " mehriban " davranmağa məcbur olur . Digər tərəfdən məlumdur ki , İlham Əliyev Lavrovun səfərindən qabaq İstanbulda Rəcəb Təyyub Ərdoğanla görüşmüşdü . Çox güman ki , bu səfər zamanı Azərbaycan - Türkiyə - Rusiya münasibətləri də müzakirə olunmuşdu . Görünən odur ki , rəsmi
Bakı mövcud geosiyasi vəziyyətə uyğun olaraq Ermənistanla bağlı Qərbin sülh təkliflərini nəzərə alaraq , Brüssel formatını da davam etdirəcək .
Fevralın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrovun görüşündən sonra hər iki ölkənin XİN rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirildi . Sual cavablardan məlum oldu ki :
-- Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır :
-- Ermənistanın mövqeyi isə müəmmalıdır ;
- Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur .
Bakı görüşündə Rusiya Xarici işlər Naziri Sergey Lavrov “XXI əsrdə Rusiya - Azərbaycan münasibətləri fonunda regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunmuş konfransında da iştirak edib . Bu tədbir Rusiya- - Azərbaycan Ekspertlər Şurasının üçüncü iclası çərçivəsində keçirilir və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunub .
Son günlər Moskvanın Bakı ilə diplomatik səviyyədə əlaqələrinin intensivləşdiyi müşahidə edilir .
Hiss olunur ki , Moskva narahatdır ....
İrəvanın bölgəyə avropalıları dəvət etməsi qərarına Rusiya narazılığını gizlədə bilmir .
İndiki vəziyyətdə rəsmi Bakı da əslində Avropa Birliyinin ( Aİ ) missiyasının gəlişinə sevinmir . Çünki : Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür . Ermənistan ərazilərinin guya Azərbaycan tərəfindən “işğalı” nı əsaslandıraraq , İravanın bölgəyə avropalı " missonerləri " gətirməsini Cənubi Qafqazda sülhün əldə olunmasına əngəl sayır .
Düşünürük ki : bölgəmizdə , konkret olaraq Azərbaycanla sərhəddə və Qarabağda vəziyyətin gərginləşməsi reallığına biganə qala bilmərik . Bu baxımdan aşağıdakı addımların atılmasını zəruri hesab edirik :
1. Azərbaycan Ermənistan sərhədində və Laçın dəhlizində nəzarət -- buraxılış məntəqəsi yaradılmasını sürətləndirməlidir .
2 . Nəzarət - buraxılış məntəqəsinin yaradılması nəzərə alınmaqla yanaşı , Rusiya sülhməramlılarının rolunu və səlahiyyətlərini də yenidən müzakirə etməliyik .
Bütöv Azərbaycanın məhz Rusiya tərəfindən bölünməsini və işğal edilməsini unuda bilmərik . Bu tarixi reallığı nəzərə alaraq yalnız ölkəmizin , xalqımızın və dövlətimizin maraqlarına cavab verən müstəqil siyasətimizi davam etdirməliyik .
MOSKVA NARAHATDIR ....

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu
17:01