Qələbənin eyforiyası bitdi...

Müharibədən dərhal sonra qalib hərbiçilərimiz hökümət nümayəndələri və məmurları tərəfindən haqqsiızlıq , diqqətsizlik , qayğısızlıqla üzləşdi . Bu azmıs kimi onların maaşları da 2 (iki) dəfə azaldıldı .
O vaxt Mən , internet vasitəsi ilə yayılan sosial şəbəkə televiziyalarının birində çıxışıımda dedim ki : xalqımız uzağı Novruz bayramına kimi eyforiya ( qələbə sevinci əhvalı ) vəziyyətində ola bilər . Müsbətə doğru ciddi addımlar atılmasa bu müddətdən sonra vətəmdaşlarda ayılma prosesi başlayacaq .
Belə də oldu . Novruz bayramı yetişməmiş camaat haqsızlığa , məmur özbaşınalığına qarşı ciddi etirazlara başladı .
Bunu görən iqtidar hərbiçilərimizin əmək haqlarını artırmağa məcbur oldu . Lakin problemlər bununla qurtarmir axı ....
İşsizlik kütləvi hal alıb ; İşləyənlərin də maaşları bazar qiymətləri ilə müqayisədə çox cüzüdür ; uşaq pulu verilmir ; pensiyaların miqdarı azdır ; vətəndaşların hüquqları addımbaşı pozulur ; məhkəmələr sifarişlə qərar çıxarır ; televiziyalarda şit - şit verlişlər davam edir ; şəraitsizlikdən gənclərimiz vaxtında ailə qura bilmir ; gənclik illəri qəm qüssə ilə keçir ; qocalar ölməyə də qorxur ki , onları yaxınları adət ənənəyə uyğun hörmətlə dəfn etmək istəsə də bunu edə bilmirlər , əzizlər ilə vidalaşmağa da utanırlar və s. bu kimi neqativ hallar xalqın səbrini daşırmaq üzrədir .
Müşahidələr göstərir ki , hadisələr belə davam etsə ( hansı ki , edir ...) narazılıq tezliklə kütləvi şəkil alacaq.
Güman ki , proseslərin bu cür inkişaf etdiyini iqtidar da izləyir . Və təbii ki , narahat olmağa başlayıb .
Məhz bu əndişə onları mart ayının 5 də hakim YAP ın ( Yeni Azərbaycan Paryiyası ) növbədənkənar qurultayını çağırmağa vadar etdi . Düşünürlər ki : partiyada müyyən dəyişillik etməklə xalqda özlərinə qarşı yeni ümüd yaradacaq və iatidara inamı bərpa edəcəklər .
Şəxsən Mən , bir vətəndaş olaraq hesab edirəm ki , bu hökümət idarəetmədə köklü yenlik edə bilməyəcək . Uzağı YAP da müəyyən kosmetik dekarasiya isləri aparacaq . Məsələn , bu vaxta qədər büdcəni talamış və artıq görəvdən alınmış ( işdən çıxarılmış ) və cəmiyyətdə nüfuzunu itirmiş sabiq məmurları partiyanın rəhbər pillələrindən kənarlaşdıracaqlar . Və bu prosesə ciddilik donu geyindirmək üçün ola bilsin hazırda vəzifədə olan lakin " sözə baxmayan " bir necə məmuru da sabiqlərin sırasına qatsınlar .
Yəni , xalqın xeyrinə heç nə dəyişməyəcək .
Bu da o deməkdir ki , ölkədə əhalinin narazılığı dalğa dalğa qalxıb enəcək , getdukcə kütləvi xarakter alacaq .
Hətda ola bilər ki , xalqın fikrini dərdlərindən , qayğılarından və iqtidara olan qəzəbdən yayındırmaq üçün həmişə olduğu kimi yenə " Qarabağ " kartından istifadə etməyə əl atsınlar .
Son zamanlar inşaat materialları adı altında Laçın dəhlizii ilə Ermənistandan Qarabağa yük maşınlarında mülkü geyimdə əskər daşınması haqqında xəbərlərin səsləndirilməsi heç də təsadüf deyildir . Özü də bu hərəkətlər rus " sülhmərmlılarının " icazəsi ilə edilir .
Bütün dünya bilir ki , Rusiyaya aid olan " sülhməramlıların " Qarabağda yerləşməsinə bu iqtidar razılıq verib . Deməli , baş verən bütün proseslərdən Azərbaycanı idarə edənlərin xəbəri vardır .
Müharibənin dayandırılmasından 4 (dörd) aya yaxın vavt keçir . Vətəndaşlar QƏLƏBƏ EYFORİYASİ ndan ayılır . Və haqqını tələb etməyə başlayır ...
Belə vəziyyətlərdə iqtidar ən - ənəvi metodlarına əl atmağa başlayır . Yəni , mart ayının 5 də YAP özünün növbədənkənar qurultayını kaçirərək aldadıcı kosmetik dəyişikliklər etməklə xalqın etimadını yenidən qazanmaq istəyir .
Bu da öz bəhrəsini verməsə ( istədikləri alınmasa ) Qarabağda lokal ( kiçik ) toqquşmalar tôrədərək xalqı qorxu içəriisində saxlamağa çalışacaqlar .
Çünkü YAP da qurultay keçirməklə köklü dəyişiklik etmək mümkün deyil ..
Fikrimcə , yeniliyə nail olmaq üçün :
1 . Mili Məclis və Nazirlər Kabineti buraxılmalı ;
2 . İatidar və müxalifət nümayəndələrindən ibarət Müvəqqəti Hökümət yaradılmalı ;
3 . İqtidar , müxalifət və bitərəflərdən ibarət Mərkəzii və yerli seçki orqanları formalaşdırılmalı ;
4 . Aşağıdan yuxarı : bələdiyyələrə , rayon mərkəzlərinə , şəhərlərə və sonda Milli Məclisə seçkilər keçirilməli ;
5 . Müvəqqəti Hökümət buraxılmal və Nazirlər Kabinetinin tərkibi yeni Milli Məclis tərəfindən təsdiq olunmalıdır .
Bu proseslər başa çatdıqdan sonra Milli Məclisin qəbul etdiyi qanunların icrası sadə insandan tutmuş Prezidentə qədər hər bir Azərbaycan vətəndaşına şamil olunmalıdır .
Düşünürəm ki , sadaladığım təkliflər həyata keçirmək mümkün olsa cəmiyyətimiz rahat nəfəs alar .
Hər yerdə yenidənqurma işləri başlaya bilər . Əks halda nələr ğözlənilir ...?
İndi internet dövrüdür . Hər kəs hər gün dünyada , regionda , ölkədə baş verən hadisələri izləyə bilir .
Yaxın illərdə , hətda ola bilsin yaxın aylarda Amerikada , Avropada , Rusiyada ciddi hadisələrin baş verəcəyi gözlənilir .. Ukrayna ilə Rusiya yeni müharibə ərəfəsindədir . Və bu dəfə Ukrayna savaşda tək olmayacaq . Pribaltika respublikaları , Yaponiya , Çim kimi dövlətlər Rusiyadan ərazi iddialarını günü gündən artırır.
Bunun ardınca və çox güman ki, paralel olaraq Moldova , Gürcüstan , Ermənistan Rusiyadan asılılıqdan imtina etməyə çalışacaq . Azərbaycan xalqı da rus xalqını yox , Rusiya Fedarasiyasını idarə edənlərin imperialist siyaətini qəbul etmir və heç vaxt etməyəcək .
Çünki Vətənimizi yeddi səkkiz yerə bölüb , onun sərvətlərini talayan 200 illik rus dövlət siyasətini xalqımız unutmayıb .
Baş verə biləcək bu hadisələrə Rusiyanın əsas rəqibləri olan Amerika , Avrapa ve Türküyənin təsirlərini nəzərə alsaq , Rusuya Fedarasiyasının süqutunun yaxınlaşdığını görə bilərik .
Böyük bir İmperiyanın çöküntüləri altında qalmamaq üçün ayıq olmalıyıq . Ruhdan düşmədən Respublikamızın yenidən qurulmasını təmin etmək üçün gecə gündüz çalışmalıyıq .
Ailəsinin , millətinin , Vətəninin xoş gələcəyini görmək istəyən hər bir vətəndaş bacardığı qədər bu istiqamətdə fəallıq göstərmelidir .
.............. ........,.. .................
Qəvami Sadıqbəyli
Xudaferin.eu

10:28