5 - 6 iyul tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatı Forumunun əhəmiyyəti .

Qoşulmama hərəkatının 5 - 6 iyul tarixində Bakıda keçirilən nazirlər görüşündə dünyanın 120 ölkəsindən nümayəndələr iştirak edib .
Məlimat üçün bildiririk ki :
Qoşulmama Hərəkatı 1961-ci ildə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə əsaslanaraq ədalətli dünya nizamını müdafiə etmək üçün alternativ hərəkat olaraq yaradılıb .
Qoşulmama Hərəkatının Forumlarında əsasən siyasi məsləhətləşmələr aparılır , beynəlxalq səviyyəli aktual məsələlərin həlli yolları müzakirə edilir .
Bu dəfəki Bakı forumunda çıxış edən dövlət adamları
" Meydana çıxan çağrışlarla mübarizədə birgə və qətiyyətli hərəkət" mövzusunda müzakirələr aparıblar .
Qoşulmama Hərəkatının sədri , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış sessiyasında çıxış edib .
İlham Əliyev çıxışında əsasən aşağıdakı fikirləri səsləndirib :
-- Fransa irqçilik və soyqırım siyasətindən əl çəkmir və başqa ölkələrin işlərinə qarışmaqda davam edir .
-- Avropadan kənar idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır .
-- Rəsmi Paris təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir .
-- Dünyada mövcud olan islamofobiya və ksenofobiya insanları narahat edir .
-- Bu günlərdə Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsi irqçilik və islamofobiyanın daha bir əlamətidir .
Ermənistanla münaqişənin həllinə gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var.
Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa ,
o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir .
Prezident İlham Əliyev təkif xarekterli fikirlərini də səsləndirərək bildirib ki :
“ Beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı ( BMT ) artıq bəşəri ümidləri doğrultmur .
Bu səbəbdən BMT - də qaçılmaz olaraq ciddi islahatlar aparılmalıdır .
BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına , İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkələrə və Afrika İttifaqına da daimi üzv kimi yer verilməlidir .
İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi ilə bağlı BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə çağıran bəyanatını dəstəklədiyini də diqqətlərə çatdırıb .
Azərbaycanın dövlət başçısı çıxışında Parisin Azərbaycanın daxili işlərinə kobudcasına müdaxilə etməsinin yolverilməz olduğunu xüsusi vurğulayıb .
Fransanın müstəmləkəçilik siyasətini pisləyərək bildirib ki :
“Əcdadları müstəmləkə siyasətinə məruz qalmış , qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.
Azərbaycan Prezidenti çıxışında bildirdi ki , mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.
Prezidentimiz Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneədən də bəhs edib .
Bildirib ki , Ermənistan, təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına maneə yaradır bu qəbuledilməzdir .
Azərbaycan Prezidenti bəzi Qərb dövlətlərinin İslam dinini zorakılıq və terrorla eyniləşdirilmək cəhdlərinə də münasibətini bildirib .
Bu mövzu ilə əlaqədar olan narahatlığını forum vasitəsiylə dünyanın diqqətinə çatdırlb .
İlham Əliyev deyib ki : "Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması , təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu pislənilməlidir ."
Qoşulmama Hərəkatının Bakıda keçirilən forumda nazirlərlərin görüşü və tədbirdə etdiyi çıxışlarla bağlı materiallar dünyanın əksər informasiya portallarında yaylmlandı , münasibət bildirildi .
Xüsisiylə , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlərə verilən şərhlər davam edir .
Göründüyü kimi Qoşulmama Hərəkatının 5 - 6 iyul 2023 - cü il tarixli Bakı Forumunun əhəmiyyəti çox böyükdür və hələ uzun müddət dünya ictimayyətinin şüuruna təsir edəcəkdir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

18:52