SEPARATÇILAR ÇIRPINIR ...

Son  vaxtlar  reğionumuzda  baş  verən  siyasi  hadisələr  intensiv  xarakter  alıb .  
 --   Apardığı  ədalətsiz  müharibə  ilə  əlaqədar  Rusiya  Ukrayna  bataqlığında  çabalayır .
--  Azərbaycanla  Ermənistan  arasında  aparılan  Sülh  danışıqları  prosesində  ABŞ   başda  olmaqla  Qərb  dövlətləri  təşəbbüsü  ələ  alıb .
--  Qarabağ  İqtisadi  Rayonunda  ( QİR)   quruculuq  işlərinə  başlayan  Azərbaycan   reğionda  təhlükəsiz  durum  yaratmağa  tələsir .
-- Rusiya  Sülhməramlıları  Kontingenti   ( RSK )  destruktiv  fəaliyyətini  davam  etdirir . 
 --  Bu   günlərdə  Laçın  Keçid  Buraxılış  Məntəqəsində ( KBM )    bayrağımızın  qaldırıldığı     dirəyin  RSK  tərəfinən  aşırılması  ilə  Azərbaycan  Dövləti  və  Xalqı  təhqir  olundu .
 --  Vaxt  keçir ...
---  Azərbaycanın   səbri  tükənir .
   Bu  hadisələriin  fonunda   Qarabağda  yaşayan  erməni  separatçıları  çıxılmaz duruma düşdüklərinin fərqinə  varmağa  başlayıblar .
   Artıq  qondarma qurumun  "başbilənləri"   saldıqları haray-həşirin heç kim  tərəfindən eşidilmədiyini  görürlər .
   Real  vəziyyətdən  narahat  olan    separatçıların
  " rəhbəri "  Araik Arutunyan   Bakı ilə   dialoqa   hazır  olduqlarını  bildirib .
  Ancaq  yenə  Kremlin  göstərişi  ilə  şərt  irəli  sürüb  ki ,  Qarabağ  erməniləri dialoqu  ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə  aparmalıdır . 
  Son  danışıqlar  gedişində   ABŞ  rəsmiləri  bidirmişdi  ki :  “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” .
   Yəni , daha  separatizmə  yol  vetmək  olmaz .
   Təbii  ki , ABŞ -ın  bu  mövqeyi  Moskvanı  qane  etmir .
  Çünki   separatizmdən  sui - istifadə  etmək  Rusiya  xarici  siyasətinin  ən  əsas  elementlərindən  biridir .
Bu  səbəbdən  Kremlin  təlimatı  ilə   Araik  Arutunyan  rusların vasitəçiliyini  irəli  sürür .
   Lakin  Azərbaycanın  dövlət  başçısı  İlham  Əliyev  dəfələrlə  bəyan  edib  ki ,
  Azərbaycan  öz vətəndaşları ilə  heç  bir  vasitəçi  olmadan  təmas  qurur .
  Müşahidələr  göstərir  ki ,  Araik  Arutunyan  Azərbaycanın antiterror əməliyyatına başlayacağından  təşvişə  düşüb .
   Hər  kəs ,  o cümlədın  ermənilər  də  yaxşı  bilir  ki ,  Beynəlxalq ictimaiyyət   bu  məsələdə   haqlı  olan Azərbaycanın  davranışına  etiraz  edə  bilməyəcək .
  Vaxt  isə  gedir ,  separatçılar   çıxış  yollarının  qalmadığını  hiss  edirlər .
   Bu  səbəbdən 
 çırpınərlar .
  Yəni  , Bakının  şərtini qəbul   etməlidirlər . 
  Əks  halda   tezliklə  
 " Dəmir  yumruq "  antirerror əməliyyatı   başlaya  bilər .
 
 Qəvami  Sadıqbəyli ,
 Jurnalist - politoloq .

Xudaferin.eu

15:53