QADINLARA BORCLUYUQ ...

Hər il 8 mart - Beynəlxalq Qadınlar Günü hörmət və ehtiramla qeyd edilir .
Bu əlamətdar təqvim dünyada kişilərlə yanaşı qadınların cəmiyyətdə rolunun , hüquqlarının bərabərliyinin qeyd olunduğü gündür .
Qadınlar günü 1857-ci il martın 8-də ABŞ-ın Nyu York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadınnın aşağı maaşa, iş saatının çoxluğuna və ağır iş şəraitinə etiraz əlaməti olaraq tətil etməsiylə başlamışdır. Bu hadisələrdən 52 il sonra isə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etmiş , onun bu təklifi yekdilliklə qəbul edilmişdir.
Tarixdən məlumdur ki , Azərbaycan xalqının da qadınla bağlı özünəməxsus dəyərləri , adət - ənənələr vardır .
Cəmiyyətimiz yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuşdur . Ana adını uca tutmuş, qadına dərin hörmət və ehtiramla yanaşmışdır .
Azərbaycan qadını mənəvi - əxlaqi keyfiyyətləri ilə daim seçilmiş, xalqımızın milli - mənəvi dəyərlər sistemininn formalaşdırılmasında müstəsna rol oynamışdır .
Mənəviyyatımızın təməl kitabı olan "Kitabi - Dədə Qorqud" boylarında təsvir olunan qadın surətləri öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.
Lap qədimdən Azərbaycanda qadın fəallığı müxtəlif rəngarəng xüsusiyyətlərə malik olmuşdur . Massagetlərin məğrur rəhbəri Tomris , Bərdə hökmdarı Nüşabə , Şirvanlı Heyran Nisə Bəyim , Qızıl Arslanın xanımı Qətibə zəkaları və qəhrəmanlıqları ilə adlarını tarixə yazmışlar .
Qadınların azadlıq hüquqlarını tərənnüm etmiş Məhsəti Gəncəvi , Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu , Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və adları unudulan neçə-neçə Azərbaycan qadını cəmiyyətə örnək olmuşlar .
Tarixin müxtəlif dönəmlərində Mömünə xatun , Nigar , Həcər kimi qadınlar mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmişlər .
Sovet hakimiyyəti illərində də Azərbaycan qadınları cəmiyyətdə yaxşı mənada fərqlənmişlər . Öz zəkaları , bacarıq və qabiliyətləri ilə həyatın müxtəlif sahələrində insanlığa xidmət etmişlər .
Ayna Sultanova - Azərbaycan SSRİ - nin Maarif Xalq Komissarı , " Şərq qadını " jurnalının redaktoru ;
Züleyxa Seyidməmmədova - Azərbaycan SSRİ - nin Təminat Naziri , ilk azərbaycanlı təyyarəçi qadın ;
Qəmər Salamzadə - Azərbaycanda ilk qadın kinorejissor ;
Nigar Şıxlinskaya - Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən - rus , fransız , ərəb , fars dillərəini mükəmməl bilən -- ilk azərbaycanlı şəfqət bacısı ;
Şövkət Məmmədova -- ilk Azərbaycanlı professonal qadın müğənnisi , SSRİ - nin Xalq artisti ; və neçə - neçə azərbaycan qadın bu dövrün fəallarından olmuşlar .
Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstərmşlər. Xalqımız Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman qadınlarla bu gün də qürur duyur, onların xatirəsini əziz tutur.
1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını bu bacarığı ilə də dünya , eləcədə bir çox Avropalı qadınları geridə qoymuşdur .
Xalqın maariflənməsi , mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında da qadınlarımız yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir.
Cəmiyyətimizdə qadınlara yüksək ehtiram göstərilir . Mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün şərait yaradılmışdır .
Bu gün Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri və ailə dəyərlərinə yüksək hörməti ilə seçilir. Azərbaycan qadını öz həyat yoldaşına, övladlarına böyük hörmətlə, sevgi ilə yanaşır, onların qayğısına qalır .
Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə işləyir . Azərbaycan qadını analıq missiyasını şərəflə həyata keçirərək gənclərin milli-vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlı olmasına , layiqli insan və vətəndaş kimi formalaşmasına çalışır. Gənc nəslin düzgün təlim-tərbiyəsi, fiziki və mənəvi inkişafı, gənclərin dünya dəyərlərinə yiyələnməsinə öz töhfəsini verir .
Cəmiyyətin xoşbəxt sabahının yaradılmasında qadınların rolu əvəzsizdir . Gələcək nəslin varlığına görə biz hamımız qadınlara borcluyuq .
Bu gün Azərbaycan qadını ailədə, işdə, və cəmiyyyətdəki layiqli mövqeyi ilə dövlətimizin uğuruna , xalqımızın firavanlığına ciddi təminat yaradan qüvvədir .

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər bir Azərbaycan qadınını ürəkdən təbrik edirəm . Uzun ömür, cansağlığı , xoşbəxtlik arzulayıram .
BAYRAMINIZ MÜBARƏK , ƏZİZ QADINLAR !

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

01:25