Ukrayna qalib gələcək

"Güclünün gözündə gücsüz həmişə müqəssirdir"
Məşhur rus satirik şairi, publisist yazıçısı İvan Andreyeviç Krılovun "Qurd və quzu" təmsilinə görə qurd (canavar) quzunu yemək üçün bəhanə axtarır. Belə ki, qurd çayın yuxarısında təmiz su içir. Ondan aşağıda dayanan məsum bir quzu da çaya yaxınlaşıb su içmək, yanğısını söndürmək istəyir. Bu vaxt qurd səsini qaldıraraq quzuya deyir: "Sən suyu bulandırırsan, səni yeyəcəyəm".
Quzu bildirir ki; Mən səndən aşağıdayam, suyu necə bulandıra bilərəm. . ?
Qurd (canavar) əsəbiləşərək səsini bir qədər də ucaldaraq quzuya hücum edir; Sən mənə hələ cavab qaytarırsan. . ?! deyir və onu yeyir.
Quzu niyə yeyilir. . . Çünki balaca idi, zəif idi, müdafiəsiz idi. . .
Rusiya Federasiyasının siyasi rəhbərliyi də canavar olub, özündən zəifləri yeməyə adət ediblər.
Rusiyanı idarə edənlər özlərini "böyük qardaş" hesab edərək düşündülər ki, "kiçik qardaşlar" onlara sözsüz-şərtsiz biət etməlidir.
Bu respublikaları (Ukraynanı, Belarusu) tez-tez ziyarət etmək, öz bazarlarını onların üzünə taybatay açmaq əvəzinə diktatorluq yolunu tutdular.
Bu diktatura qarşısında Belarus prezidenti Lukaşenko əyildi. Ukrayna prezidenti Zelenski isə Rusiya ilə bərabərlik, qardaşlıq münasibətlərini məqbul hesab edərək, mehriban qonşuluq siyasəti yeritməyə üstünlük verdi. Bu siyasət Putinin xoşuna gəlmədi. Ermənipərəstlər onu yolundan çıxardı. Qonşuluqdakı respublikaları özünə tabe etdirmək üçün Moldovada Dnesteryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda "Dağlıq Qarabağ" kimi separatçı rejimlər: Qazaxıstanda, Ukraynada süni problemlər yaratdılar. Sonra müxtəlif bəhanələrlə onların daxili işlərinə qarışmağa başladılar. Sülhməramlılar adı altında qoşun yeridib, qonşu ölkələrin ərazilərini işğal edir. Nəticə etibarilə minlərlə insan öldürülür, yüz minlərlə insanı isti yurdundan, yuvasından (evindən) qaçqın düşür, fəlakətlər yaşamağa məhkum olurlar.
Milyonlarla insan uzun illər, əksəriyyəti isə bütün ömürləri boyu gərgin, narahat, əsəbi şəraitdə yaşamağa məcbur olur.
Ukrayna ərazisində qondarma "DXR" (Donetsk Xalq Respublikası), "LXR" (Luqansk Xalq Respublikası) adlı yaradılan qurumlar yeni bəhanələrdir.
Ukrayna- şərqi Avropanın ən böyük dövlətidir.
Provoslov dinini təmsil edən kilsələri, Qaradəniz ərtafı kurortları, meşəli dağları ilə məşhur olan, əhalisinin sayı 50 (əlli) milyona çatan ölkədir.
Paytaxt Kiyevin mərkəzində qızılı örtüyü ilə Sofiya saboru (kilsəsi) adamları valeh edir.
Xaraktercə insanları xoşrəftar, sülhsevər, zəhmətkeş və mehribandır. Əhalisinin 80%-ə yaxını ukraynalı, 17%-ı rus, qalanı isə belarus, moldovan, krım tatar, bolqar, polyak və s xalqların etnik qruplarından ibarətdir.
Ərazisi 608,628 (altı yüz səkkiz min, altı yüz iyirmi səkkiz) kvadrat kilometrdir. Şimal-şərqdə Rusiya, şimalda Belarus, qərbdə Polşa, Slovakiya, Macarıstan, Cənub qərbdə Ruminiya Moldova ilə həmsərhəddir. Cənub tərəfdən Qara və Azov dənizləri ilə əhatə olunub. Dəmir filizi, daş kömür və duz mədənləri ilə zəngindir. Ərazisinin 60%-ə yaxını əkinçiliyə yararlı torpaq sahələrindən ibarətdir. Ölkədə ildə 30 (otuz) milyon tondan artıq taxıl istehsal olunur.
Rusiya siyasi dairələrinin təbliğatı və təhriki ilə separatçılar tərəfindən 2014-cü ildə qondarma "LXR" və "DXR" yaradıldı. Bu qurumlar rəsmi olaraq heç bir dövlət tərəfindən tanınmadı. Böyük qardaşlıq göstərmək əvəzinə müstəqil-suveren Ukrayna dövlətini özündən asılı vəziyyətə salmaq üçün Rusiya Federasiyasını idarə edənlər, 2022-ci ilin fevral ayının 21-də bütün beynəlxalq hüquqi normalara tüpürərək bu qurumları rəsmən tanıdılar. Və dərhal fevralın 24-də 3 (üç) gün keçməmiş Ukrayna Respublikasına hərbi təcavüz etdilər.
İndi müharibə davam edir. Minlərlə dinc, günahsız insanlar ölür, şikəst olur, faciələr yaşayır.
Təcavüzkar rus ordusu.
91 (doxsan bir) milyard ABŞ dollarlıq hərbi büdcəyə, təxminən 1 (bir) milyon 766,000 (yeddi yüz altmış altı min) nəfər əsgərə,
- Quru, hava, dəniz hərbi qüvvələrinə;
- Strateji raket qoşunlarına;
- Aerokosmik qüvvələrə malikdir.
Rusiya hərbi qüvvələri 150 (yüz əlli) minlik qoşunla fevralın 24-də səhər saat 5-də Ukraynaya hücum etdi. Onun suveren ərazisini zəbt etməyə girişdi. Onlarla qırıcı təyyarə, yüzlərlə tank, minlərlə motoatıcı top və s. digər hərbi texnikaları vasitəsilə Ukrayna səmasına və torpaqlarına basqı yağdırdı.
Şəhərlər, kəndlər bombalandı. Müharibənin ilk günlərində yüzlərlə insan həlak oldu. Günahsız insanlar həyat faciəsi yaşayır. . .
Hamilə qadınlar metroda- sığınacaqda dünyaya bəşər övladı gətirməyə məhkum oldular.
Prezident Zelenski.
Volodimir Aleksandroviç Zelenski 1978-ci ildə Ukraniyanın Kriyov-Roq şəhərində - ziyalı ailəsində anadan olub. Kiyev Dövlət İqtisad Universitetinin Krivoy-Roq bölməsində hüquq ixtisası üzrə təhsil alıb. "Xalqın qulluqçusu" adlı televiziya serialının baş rolunun ifaçısı kimi tanınıb.
2019-cu ildə keçirilən seçkilərdə rəqiblərinə qalib gələrək Ukraynanın prezidenti seçilib.
O zaman məğlub olmasına baxmayaraq əvvəlki prezident Pyotr Poroşenko alicənablıq göstərərək Zelenskini qələbəsi münasibətilə təbrik etdi. Bu həmin Pyotr Poroşenkodur ki, böyük Vətənpərvərlik nümunəsi göstərərək sıravi əsgər kimi hərbi paltar geyinib, düşmənlə mübarizəyə qalxdı. Onun bu addımı Ukraynalıların qəsbkarlara qarşı mübarizə ruhunu daha da artırdı. Bu hərəkəti ilə Pyotr Poroşenko tarixi şəxsiyyət olduğunu sübut etdi.
Poroşenkodan nümunə götürən V.A.Zelenski müharibənin qızğın çağında düşmənə meydan oxuyaraq: "Mən, burada Kiyevdəyəm və hər kəsi döyüşə çağırıram,biz axıra qədər vuruşacağıq, vətənimizi qoruyacayıq" deyərərək xalqa müraciət etdi. Onların ruhdan düşməsinə imkan vermədi.
Ukraynalılar düşmənə qəhrəmancasına müqavimət göstərir.
Döyüşün ilk saatlarından Rusiya Federasiyasına aid çoxsaylı qırıcı təyyarələr, tanklar, artilleriya qurğuları məhv edildi;
13 (on üç) nəfər Ukrayna hərbiçisi canlarından keçərək rus qoşunlarının hücumunu ləngitdi;
Bir döyüşdə 200 (iki yüz) nəfər düşmən əsgəri öldürüldü;
Müharibənin ikinci günündə 1000 (min), üçüncü gün isə artıq 3500 (üç min beş yüz) nəfər rus hərbiçisi məhv edildi.
Müqavimət davam edir. . .
Ukrayna siyasi rəhbərliyi, ordusu və xalqı düşmənə dəyanətlə cavab verir.
Dünyanın mütərəqqi dövlətləri və xalqları Ukraynaya dəstək verməyə başladı.
Bu ağır günlərdə Ukraynaya ilk konkret yardım göstərən Türkiyə dövləti oldu.
Belə ki, Türkiyə tərəfindən göndərilən və hərbi texnikaları vaxtında məhv etməyə qadir olan pilotsuz "Bayraktarlar" ukraynalıların özünəinamını artırdı;
Türkiyədən nümunə götürən digər dövlətlər: ABŞ, Böyük Britaniya və digər Avropa dövlətləri Ukraynaya maddi, mənəvi, texniki cəhətdən dəstək göstərməyə başladılar.
Təbii ki, Ukraynanın hökümət adamları, ordusu, vətəndaşları bu yardımlardan ruhlandı və düşmənə qarşı ciddi-sarsıdıcı zərbələr vurmaqda daha israrlı oldular.
Rusiya tezliklə məyus olacaq.
Ukraynaya qarşı apardığı müharibənin ədalətsiz olduğunu bilən sülhsevər dövlətlər və xalqlar ilk saatlardan bu davranışına görə Rusiya siyası dairələrinə etiraz etdi.
Rus Generalları 2 (iki) günə yəni 48 saata Kiyevi işğal edib, orada araq içəcəklərinə arxayın idilər. Lakin, onlar müharibənin ilk anlarından etibarən qəhrəman ukraynalıların ciddi müqaviməti ilə qarşılaşdılar.
Ukrayna höküməti, ordusu və xalqı başda prezident V.A.Zelenski, müdafiə naziri Aleksey Reznikov və Kiyev şəhərinin meri Vitali Kliçko olmaqla düşmənə qarşı sona qədər vuruşacaqlarını bəyan etdilər.
İlk dəqiqələrdən, saatlardan və ötən hər gün düşmənə qarşı müqaviməti artırdılar. Ukraynalıların igidliyini, şücaətini, mübarizə əzmini görən və əvvəllər bu münaqişəyə qoşulmağa tərəddüd edən (Almaniya, Fransa) və NATO dövlətləri konkret hərəkətə keçdi.
ABŞ başda olmaqla Avropanın əksər dövləti Rusiyaya qarşı bank-maliyyə sanksiyaları tətbiq etməyə qərar verdi.
Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novasibirski və ümumilikdə ölkənin 50 (əlli) şəhərində on minlərlə vətəndaş Ukrayna ilə aparılan müharibənin dərhal dayandırılmasını tələb edərək küçələrə axışdı.
Bu ədalətsiz müharibəyə qarşı Türkiyənin İstanbul və digər bölgələrində, Azərbaycanın paytaxtı Bakı şəhərində sakinlər etiraz nümayişinə çıxdılar. Bakıda keçirilən dəstək aksiyalarına görə Ukraynanın Azərbaycandakı səfiri - Vladislav Konevski nümayişçilərə öz təşəkkürünü bildirdi.
Ukraynada müharibə davam edir. Döyüşlərin gedişində əsir düşən çeçen diversantı bildirdi ki: Öz siyasi ağalarının tapşırıqlarını yerinə yetirən rəhbərlərin əmrinə görə Ukraynaya gəlməyin, burada bizi ölüm gözləyir.
Əsir düşmüş rus əsgərləri etiraf etdilər ki: Valideynlərimiz Ukraynaya gəlməyimizi istəmirdilər, bizi buraya zorla gətiriblər.
Orada yaşayan azərbaycanlılar ikinci vətənləri hesab etdikləri Ukraynanı qorumaq üçün könüllü olaraq ölüm-qalım savaşına qatıldılar. Və bu döyüşlərdə bir çoxu Ukrayna uğrunda şəhid oldu.
Xalqın düşmənə qarşı əzmli müqavimətini görən 27 ölkə Ukraynaya hər cür yardım göstərməyə qərar verdi.
Rusiyanın ehtiyatda olan təcrübəli Generalları bu müharibəyə görə Rusiya Federasiyasının siyasi dairələrini (V.Putini, S.Lavrovu, V.Jirnovskini) kəskin qınaq atəşinə tutaraq müharibənin dərhal dayandırılmasını tələb etdilər.
Bu ədalətsiz müharibənin alovlandırılmasında ermənipərəst-teleaparıcılar: Vladimir Sovolyov, Olqa Skabayeva, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin mənfi cəhətdən xüsusi rolunu unutmaq olmaz.
Ukrayna xalqının göstərdiyi qəhrəmanlığı və hadisələrin gedişini müşahidə edərkən bu qənaətə gəlmək olur ki, imperialist düşüncəli şəxslər tərəfindən şişirdilən Putin Rusiyası tezliklə məyus olacaq və nəticə etibarilə Ukrayna qalib gələcək.

Müəllif: Qəvami Sadıqbəyli, jurnalist-politoloq

Xudaferin.eu

14:40