VAXT GEDİR ...

44 günlük ll Qarabağ müharibəsinin sona çatmasından 2 ildən artıq vaxt keçir . Hələ də Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsi imzalanmayıb . Müharibə bitib . Münaqişə isə davam edir . Pozucu qüvvələr iki qonşu dövlət arasında qarşılıqlı razılaşmaya mane olur .
Bundan başqa Ermənistanda bəzi siyasətçilər 2020 - 2022 - ilərdə Azərbaycanın işğaldan azad etdiyi əraziləri geri qaytaracaqlarına ümüd bəsləyirlər .
Bü qüvvələr yaxşı bilirlər ki , Azərbaycan Zəngəzur dəhlizini açandan sonra Mehri - İravan yolu bağlanacaq . Bununla da ermənilər daha çətin duruma düşəcəklər . Məhz buna görə müxtəlif bəhanələrlə sülhdən yayınırlar .
Lakin Azərbaycan Sülh Müqaviləsinin bağlanması üçün Ermənistan tərəfə konkret və qəti olaraq , 5 ( beş ) prinsipi özündə ehtiva edən aşağıdakı şərtlərini təqdim etmişdir :

1 – Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü , beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2 – Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3 – Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən , siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4 – Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5 – Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Ü müd edirik ki , Ermənistanda həqiqi vətənpərvərlər , dövlətsevər insanlar da tapılacaq . Və həmin qüvvələr öz xalqının taleyinə biganə qalmayacaq .
Məlumdur ki , dünya düzənini quran güclər ( dövlətlər ) öz davranışı , real və potensial imkanları ilə müasir tələblərə cavab verən ölkələrə üstünlük verirlər . Azərbaycanın yürütdüyü siyasət beynəlxalq qaydalarla tənzimlənir . Son zamanlar Bakıda , eləcə də Avropanın müxtəlif ölkələrində keçirilən enerji təhlükəsizliyinə həsr olunan tətbirlər intensivləşib . Azərbaycan bu görüşlərin mərkəzində yer alır . Və əldə olunan razılaşmalar dünyanın əksər dövlətlərinin maraqlarına adekvatdır .
Qatar tərpənib . İndi ermənilər fikirləşsin . Vaxt gedir ....

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

21:38