VƏTƏNİMİZİN DƏRDİNİ DƏ YÜKÜNÜ DƏ BİR YERDƏ ÇƏKMƏLİYİK ...

   II  Qarabağ  müharibəsindən   2 ( iki ) ildən  çox  vaxt  keçib . Müharibədə  qalib  gəlsək  də   Ermənistanla  aramızda  olan  münaqişə  davam  edir .   Münaqişənin  həlli   kimin  xeyrinə  bitəcək ..?!

   Müşahidələr  göstərir  ki ,  ermənilərin  siyasi  dairələri , diplomatları , xarici  ölkələrdə  fəaliyyət  göstərən  diaspora  nümayəndələri , lobbiçiləri , jurnalistləri ,  sosial  şəbəkələrdə  çıxış  edən  bloğerləri  daim fıaliyyətdədirlər .
  İqtidarlı  müxalifətli  hamısı  yaranmış           " fasilədən ' maksimum  yararlanmağa  çalışırlar .
-  Fransa , Hollandiya , Estoniya , İspaniya  ,  Azərbaycan  əlehunə  qətnamələr  qəbul  edib ;
..  Avropa  Parlamenti də  Respublikamıza  qarşı  tövsüyə  xarakterli  olsa  da  bəyanat  qəbul  etdi .
  --  Azərbaycanın  Qarabağ  İqtisadi  Rayonunda  yerləşən  Rusiya                               "  Sülmıramlılarının " məsuliyyət  zonasında --  Xankəndində   məskunlaşan   Ruben  Vardanyan                       " ARTSAX " ın  '  dövlət  naziri  "  adı  altında  dünyaca  məşhur  BBC  - nin  “Hard Talk”  verlişinə    müsahibə  verir  . Məlumat  üçün  bildiririk  ki , həmin  proqramın  aparıcısı - Stiven  Sakurun  verlişi təbliğat  baxımından  geniş  əhatəliyi  və  nüfuzu   ilə  xüsysi  əhəmiyyət  kəsb  edir . 
   İş  o  yerə  gəlib  çatıb  ki ,  bu  günlərdə   ABŞ - ın  dövlət  katibi  Antoni  Blinken  də  Azərbaycan  Prezidenti  İlham  Əliyevə  zənğ  edərək  Laçın  dəhlizində  yaranmış  "vəziyyətə "  görə  narahatlığını  bildirib .
   Dövlətimizin   başçısı Laçın - Xankəndi  yolunda   dəhlizin  açıq  olduğjnu  ABŞ - dövlət  katibinin  diqqətinə  çatdırıb .
    12  dekabr  2022 - ci  il , yəni ,  ekofəallrın  Azərbaycanın  faydalı  qazıntı  yataqlarının  qanunsuz  istismarının  dayandırılması  tələbi  ilə  aksiyalara  başladıqları  tarixdən  indiyə  kimi ;  Laçın  dəhlizindən  980 - ə  yaxın  nəqliyyat  vasitəsinin  keçdiyini  , onlardan  850 - dən  çoxunun  Rusiya  sülhməramlılarına  məxsus  olduğunu , 120 - dən  çoxunun  Beynəlxalq  Qızıl  Xaç  Komitısinə ( BQXK ) ,  90 - na  yaxınının  isə Qarabağda  yaşayan  xəstə  və  tibbi  yardıma  ehtiyacı  olan  ermənilərin  BQXK - si  tərəfindən  Ermənistana  aparılmasına  xidmət  etdjyini  vurğulayıb .
   Azərbaycan  Prezudenti  ölkəmizin  Ermənistanla  münasibətlərin   normallaşmasına  və sülh  prosesinə  sadiq  olduğunu  bir  daha  qeyd  edib  .  Laçın  dəhlizinin  ekofəallar  tərəfindən  bağlanması  haqqında  yalan  məlumatların  əksinə ,  Ermənistan  tərəfindən Qarabağa  2021 - ci  ilin  isrehsalı  olan  minaların   daşınması faktları   barəsində   ABŞ   dövlət  katibini  məlumatlandırıb .
   Göründüyü  kimi  münaqişənin  həllinin  uzandığı  müddətdə , ermənilər  fürsətdən  maksimum  yararlanmağa   çalışaraq  gecə - gündüz  arı  kimi   işləyirlər .     Dünyanı  bir -  birinə  qatıb  əlehimizə  
TƏBLİĞAT  aparırlar .
    Etiraf  etməliyik  ki , bir  çox  hallarda  onların  yalanlarına  inanlar  tapılır  və  bizə  qarşı  çıxanların  sayı  gündən  günə  artır .
  Son  vaxtlar   Ukraynadan  Ermənistana  PUA - ların   və  QƏRB  dövlətlərinin  müasir  silahlarının  daşınması  haqqında  məlumatlar  da  eşidilir .
    Bəs  bizdə  vəziyyət  necədir ...?!
 Sanki  diplomatlarımız  qış  yuxusuna  gedib ,  səsləri  çıxmır . Fransadakı  səfirimiz  Leyla  Abdullyevadan başqa  heç  birinin  fəaliyyəti  gözə  dəymir  . Xaricdəki  diaspora  nümayəndələrimiz  nə  işlə  məşguldur , məlum  deyil .  Avropa  ölkələrndə   fəlliyyət  göstərən  azərbaycanlı  bloğerlərin  çoxu    özlərini  " radikal " ,    " ana  müxalifət "  adlandıran   partiya  rəhbərlərinin  təlimatlarını   yerinə  yetirir ,  dövlətimuzin  əlehinə  təbliğat  aparırlar .
  Ermənistanla  davam  edən  münaqişə  ilə  bağlı   mövcud    vəziyyətə  görə  narahat  olmalıyıq .
 -  diplomatlarımızı ,  millət  vəkillərini  , ziyalılarımızı ,  jurnalistlərimizi  ,  xaricdə  yaşayan  soydaşlarımız   fəal  olmağa  çağırır ;
-  Laçında  Sərhəd  və  Gömrük  postları  qoyulmasının  vacibliyini  vurğulayır ;
-  Ölkəmiz   əlehinə  edilən  təxribat  hərəkətlərinin  qarşısının   vaxtında  alınmasının  zəruriliyini  
 diqqətlərə  çatdırırıq .
       Doğrudur , müharibədə  ZƏFƏR  qazanmışıq .  İndi  Azərbaycanın  mövqeyi  güclüdür .  Lakin  unutmamalıyıq  ki ,  düşmənlərimiz  də  yatmayıb .
  Dövlətimizin  qarşısında  öz  həllini  gözləyən  strateji  xarakterli   problemlər  durur . 
   Bu  ağır  missiyanı  təkcə  ORDUMUZUN  VƏ  PREZİDENTİMİZİN  çiyninə  yükləmək  ədalətsiz  olar . Etnik  kimliyindən  asılı  olmayaraq    hamımız  azərbaycanlıyıq . Vətənimizin  dərdini  də  yükünü  də  bir  yerdə  çəkməliyik .
  Sonra  gec  olar  .  Arxayınçılığa  yol  vermək  ,  bizə  baha  başa  gələ  bilər .

   Qəvami  Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

12:17