ERMƏNİLƏR QARABAĞA QAYIDIŞI ANCAQ YUXULARINDA GÖRƏ BİLƏR .....

Tarixdən məlumdur ki, erməni - hay tayfaları ilk səlib yürüşündə avropalı səlibçilərlə birlikdə Türklərə və müsəlmanlara qarşı aparılan müharibələrdə iştirak etmişlər.
Bir sıra səlib yürüşlərindən sonra Yaxın Şərqdə səlibçilərin yaratdığı yeni dövlətlər sırasında
"Yerusəlim Krallığı" ilə yanaşı ; Kilikiya dövləti də var idi .
Erməni tarixçisi F. Екоzyans Kilikiya çarlığının tarixinin əsasını təşkil edən sənədlərin həqiqiliyi haqqında qeyd edib ki , "erməni alimləri" Kilikiyanın tarixini “erməni çarlığı” kimi məhz bu sənədlər əsasında qurmuşlar.
Yəni , erməni tarixçisi etiraf edib ki , hay alimləri SAXTAKARLIQ edərək Kilikiya çarlığını "erməniləşdiriblər".
Reallıqda isə Kilikiya krallığının erməni xalqı ilə heç bir əlaqəsi olmayıb .
XIX əsrdə Şimali Azərbaycan Rusiya imperiyasına birləşdirildikdən sonra bu dəfə Avropalı səlibçilər yox , rus hökmdarları tərəfindən ermənilər Qarabağa köçürüldü .
Sonra "Artsax" məsələsi ortaya çıxdı .
İndi özünü Kilikiya Katolik Kilsəsinin katolikosu adlandıran fırıldaqçı
I Aram CILICIA TV-yə verdiyi müsahibədə deyib ki :
“Artsaxın azərbaycanlılar tərəfindən işğalından sonra bütün beynəlxalq təşkilatlardan tələb etməliyik ki ,
-- Artsax xalqının geri qayıtması hüququ tanınmalı ;
-- Artsax ermənilərinin hüquqları və təhlükəsizliyi beynəlxalq səviyyədə təmin edilməli ;
-- dini və mədəni strukturları qorunub saxlanılmalı ;
---əsir və həbs edilmiş dövlət məmurları azad edilməli ;
---Ermənistanda məskunlaşmış Artsax məcburi miqrantlarına humanitar yardımlar edilməlidir".
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının indiki mərhələsində ermənilər və onların havadarlarının yenidən xam xəyallara düşməsi təsüf doğurur .
Sülhə töhfə vermək əvəzinə ənənəvi “ köhnə mahnıları" yenidən oxumağa başlayıblar .
Qarabağdan öz iradələri ilə könüllü köçüb getmiş ermənilərin geri qayıtmaq xülyasından danışırlar.
Köhnə mahnıların oxunuşuna "drijorluq" edən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, kollektiv şəkildə verilmiş tam beynəlxalq zəmanətlə “Artsax xalqının” geri qayıtmaq hüququ danışıqların gündəliyinə daxil edilməlidir .
Azərbaycanda fəaliyyət göstərən "Qərbi Azərbaycan İcması " bu separatçı çıxışlara bəyanatla cavab verib .
Bəyanatda deyilir ki :
“Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
Hesab edirik ki , dinc azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərə və anti -insani hərəkətlərinə görə ; ermənilər Qarabağa qayıtmaq hüququnu tamamilə itiriblər .
Ermənilər Qarabağa ancaq yuxularında qayıda bilərlər .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

16:54