Məmurları həbs etməklə xalqın güzaranı düzəlməyəcək ...

Son zamanlar korrupsiyaya qarşı mübarizə və islahatlar adı altında məmurların bir çoxu həbs olunur .
Hətda bu prosesə sabiqlər də daxil edilir . Bu haqda məlumatlar dövlət , ən çox da internet televiziyaları tərəfindən cəmiyyətə çatdırılır . Xəbərlərdən aydın olur ki , bəs filan məmur milyonlarla manat pulu korrupsiya vasitəsiylə mənimsəyib . Yaxud yada düşür ki , hansısa sabiq nazir vəzifədə olanda nəinki milyon , hətda milyardlarla dövlətin vəsaitini şəxsi cibinə axıdıbmış . Yə onu da qatırlar həbs ollunanların sırasına . Belə xəbərlərdən sonra söz söhbət , mübahisə , dartışma qızışır .
Biri deyir Beynəlxalq Bankın sabiq müdürü Cahangir Hacıyev 10 milyard dollardan çox pulu yox etdi, ona cəmi elə təxminən 10 il iş kəsdilər . O biri də yada salır ki , Rabitə və İnformasiyalar Nazirliyinin sabiq şefi Əli Abbasov işlədiyi müddətdə maaşdan əlavə 300 (üç yüz ) min manat paketdə əlavə vəsait alırmış . İşdən çıxartdılar indi də kişi AMEA da məsul vəzifədədir .
Sabiq Nəqliyyat Naziri Ziya Məmmədov , sabiq Verğilər Naziri Fazil Məmmədov , sabiq Gömrük Naziri Aydın Əliyev , sabiq Kənd Təsəüfatı Naziri Heydər Əsədov , Milli Məclisin sabiq sədri Oktay Əsədov və s. onlarla sabiq yüksək çinli məmur işlədiyi dövrdə əyri yollarla milyonlarla sərvət əldə edib .
Kimsə də bildirir bəs bilmirsiniz Fövqaladə Hallar Naziri Kəmalləddin Heydərov dövlətin 28 ( iyirmi səkkiz ) milyard dollar dəyərində sərvətini şəxsi büdcəsinə yönəldib . O yandan məsələn , Vəlinin dili dinc durnur və söyləyir : keçmis Respubluka Prokuroru Zakir Qaralov vəzifədə olanda milyonlarla vəsaiti neytrallaşdırıb . Dəli də deyir ki : sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov öz dövründə yüksək çinli məmurları hər ay milyonlarla manat səviyyəsində " tasa " otuzdurubmuş .
" Hava Yolları " nın rəhbəri Cahangir Əskərov dövlətə yox , öz cibinə işləyir . Və s. , ...
Bu cür şailər söhbətlər son zamanlar o qədər çoxalıb ki , bilunmir bunların hansı yalan , hansı doğrudur .
Yalandırsa yalan olsun .
Yox əgər deyilənlər düzdürsə , onda belə məlum olur ki , yüksək vəzifədə işləyən dövlət məmurlarının əksəriyyəti dövlətin büdcəsini talamaqla məşğul olub . Bu məmurların sayını və mənimsədikləri pulları təxmini hesablayanda aydın olur ki , son 15 ildə ən azı 300 ( üç yüz ) milyarddan çox vəsait oğurlanıb . Konstitutsiyamızda açıq aydın yazılıb ki , dövlətin mənbəyi xaqdır . Deməli ,, bu məmurların mənimsədikləri pullar əslində xalqındır . Vətəndaşlarımızın əksəriyyəti sadə , sadəlövh , bəzən də öz hüquqlarını tələb etməyə tənbəl olduqları səbəbindən özünə çatası vəsaitiin itirilməsinə hələ dözür .
Bazarda , markertlərdə , dükanlarda isə malların qiyməti günü gündən qalxır . Pandemiya da bir yandan camaatı çaşdırıb . Nəticədə ölənlərin , xəstələnənlərin , sayı hər gün artır .
Yaşayış səviyyəsi pisləşdikcə ölkədə oğurluq , əliəyrilik , kriminal və intihar hallar ı azalmır .
Dövlətin borcu 30 (otuz) milyard dollara yaxındır . Gizli iqtisdiyyat bu gün də dövrüyədədir . Yəni , büdcəyə çatası pullar yenə məmurlar tərəfindən oğurlanır . Talan davam edir , borc çoxalır .
Gənc nəsil niyə bizim əvəzimizdən xarici dövlətlərə borc ödəməlidir ..?! Niyə pis yaşamaqda davam etməlidir ...?! Niyə hansısa nazirin qudurğan balası atasının xalqdan oğurladığı pullarla aldığı avtomobillə insanların üstündən keçib onları bədbəxt etməlidir ...?! Niyə məmurun övladı hər gün təzə don , paltar geyinməli , kasıbın balası da ona baxıb məyus olmalıdır ..?!
Qarşıdan əziz Novruz bayramı gəlir . İnsanlar sevinmək istəyir . Ancaq əvəzində millətin böyük əksəriyyəti çörəklə imtahana çəkilir .
Xalqın üç min cavan oğlu doğma Qarabağın azadlığı uğrunda şəhid oldu . Minlərlə gənc şikəst qaldı . Qazilərimiz öz halal haqqlarını ala bilmir . Zabitlərimuzin coxunun şəxsi evi yoxdur , maaşları artırılmaq əvəzinə azaldılır . İgid , cəsur komandirlərimiz Xankəndini işğaldan azad etdi , naməlum səbəbdən oranı tərk etməyə vadar edildi . Əvəzində rus hərbiçiləri " Sülhməramlıllar " adı altında Dağlıq Qarabağımızı işğal etdi . Bu gün də orada ağalıq edir .
Bu həm millətimizə həm də qəhrəman Generallarımıza qarşı təhqirdir .
Günlər keçir , aylar ötür lakin xalqın güzaranı düzəlmir , əksinə günbəgün pisləşir . Belə getsə illər arxada qalacaq , millət kasıbçıbçılıqdan , xəstəlikdən öləcək , imkan tapan da ölkəni tərk edəcək .
Düşmənlərimizə də elə bu lazımdır . Azərbaycan boşalsın , yeraltı yerüsrü sərvətlərlə zəngin ölkəmiz onlara qalsın .
Niyə belə olmalıdır ...?! Millətin içində Hacı Zenalabdin Tağıyevlər , Nağıyevlər , Muxtarovlar , Üzeyir Hacıbəyovlar , Mirzə İbrahimovlar , Şıxəli Qurbanovlar , Əbülfəz Elçibəylər daha yoxdur....?!
Mənim fikrimcə : xalqını , millətini , vətəndaşını , soydaşını düşünən insanlar bizdə kifayət qədərdir . Sadəcə çox yatırlar , onları soyuq su ilə oyatmaq lazımdır .
Hər dəfə deyirəm , yazıram bir daha xatırladıram : ey mənim savadlı , ziyalı qardaşlarım ! İqtidarda müxalifətdə olmağınızdan asıılı olmayaraq bir araya gəlin . Məsləhətləşin , içinizdən bir " dirijor" , bir " Ağsaqqaal " seçin . Dərhal hərəkətə keçin .
Ölkənin idarəetməsinə ağıllı insanların gəlməsini təmin edin .
Millət çətin vəziyyətdədir . Çıxış yolunu Sizlərdən gözləyir ...
........,......
Müəllif : Qəvami Sadıqbəyli

Xudaferin.eu

17:04