Xalqın qəzəbiylə oynamaq olmaz ...

Qarabağda yenidən böyük oyunlar başlayır .
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu Ermənistana qalib gəldi . Eyni zamanda ermənilərin istifadəsində olan rusiya istehsalı olan hərbi texnikanı məhv etməklə faktiki olaraq Rusiya dövlətinin imicinə və nüfuzuna böyük zərbə vurdu . Məhz bu səbəbdən Putinin səbri dözmədi və 2020 ci ilin 9 noyabrından 10 na keçən gecə hegemonluğundan istifadə edərək Azərbaycanın siyasi rəhbərliyinə təzyiq edərək müharibəni qəflətən dayandırdı . Təbii ki , Azərbaycan Rusiya Fedarasiyası ilə müqayisədə çox kiçikdir . Və dövlət başçısı sadə xalqın bilmədiyi səbəblərdən müharibənin dayandırılması haqqında bəyannaməyə razılıq verdi . Ölkəmizin bir vətəndaşı , bir ziyalısı olaraq bu qərarın xeyrimizə olmadığını düşünürəm . Hesab edirəm ki , dövlətimizin taleyi ilə bağlı olan belə ciddi məsələlərin həllinə aid qərarların qəbulu mütləq xalqla razılaşdırılmalı idi . Məhz bu qəfil qərara görə düşmən üzərində tam qələbə çalmadan müharibəni dayandırmalı olduq . Buna baxmayaraq bütün dünya gördü ki , azərbaycanlılar Vətən , Dövlət məsələləsində yumruq kimi birləşə bilir . Və hamıya aydın oldu ki , qardaş Türküyə yanımızdadır .
Bir birini parçalamağa hazır olan ABŞ , Rusiya , Fransa türk xalqlarının birləşməsindən dərhal narahat olmağa başladı . Bu birliyi pozmaq üçün türk dövlətlərinə qarşı təxribatlara start verdilər .
ABŞ ın yeni seçilmiş prezidenti Bayden Ərdoğanı devirməklə , Fransa Dağlıq Qarabağı ermənilərə məxsus " Arsağ " respublikası kimi tanıyacağı ilə , Rusiya isə Qazaxstanın şimal hissəsinin onlara aid olduğunu bildirərək bu torpaqları Rusiya Fedarasiyasına qatacağı ilə hədələməyə başladı . Nəhayət , ABŞ , Fransa və Rusiya Dağlıq Qaranağın taleyini həll etmək üçün Minsk qrupunun həmsədləri kimi yenidən fəaliyyətə başlaya biləcəklərini dilə gətirdilər . Bu jestləri edərkən Azərbaycan xalqının və dövlətinin fikrini soruşmağı özlərinə sığışdırmırlar . Əksinə , bizi zəiflətmək üçün öz emissarlarına yeni yeni tapşırıqlar verirlər .
Müharibədən üç aya yaxın vaxt keçir . İşğadan azad olunmuş torpaqlarımızda quruculuq işləri aparmağa imkan verməmək məqsədiylə aranı qarışdırmaqla basımızı qatırlar . Son zamanlar ölkəmiz daxilində xalqımızı incidən hadisələrin çoxalması heç də təsadüfi deyil . Məsələn :
1.- Düşmən üzərində qələbə çalmış hərbiçilərimizin maaşları 3 (ü ç ) dəfə qaldırılmalı olduğu halda , əksinə 2 ( iki ) dəfə aşağı salındı . Minlərlə əskər , zabit və onların ailələri dövlətdən küskün vəziyətə gətirildi ;
2.- Şəhid olmuş əskərlərin nəşi bataqlıqda dəfn edildi . Onların anaları üsyan etdi ;
3.- Pensionerlərin , hətda əlillərin təqaüdlərindən azı 100 ( yüz ) manat kəsildi , on minlərlə qoca və əlil vətəndaş hökümətdən narazı qaldı ;
4. - Rusiya ' sülhməramlıları ' tərəfindən yükdaşıyan texnikamız Suqovuşan qəsəbəsindən çıxdıqdan sonra saxlanılır , maşınların nömrələri sökülür , Azərbaycan bayrağı endirilir , beləliklə insanlarımız təhqir olunduqdan sonra Kəlbəcərə buraxılır ;
5. - Müharibə zamanı düşmən tərəfindən atılmış reketlərdən evləri dağıdılmış Gəncə və Bərdə sakinlərinə kompensiiasiyalar axıra qədər verilmir ;
6. - Döyüşlər zamanı həlak olan əskərlərin şəhidlik statusu şübhə altına alınır ;
7. - Yüz minlərlə qaz sayğacı sökülür , yenilərinin quraşdırılması tələb olunur . Məlum olur ki , təzə sayğaclar 2 ( iki ) dəfə artıq pul yazır ;
8. - Bəzi polislər pandemiya şəraitindən istifadə edərək " maska taxmamısan " deyərək vətəndaşları cərimələyir . Onsuz da kasıb yaşayan əhalinin dilənçi vəziyyətinə düşməsinə səbəb olurlar ;
9. - Sosial Müdafiə Nazirliyinin işciləri əlillik dərəcəsi almaq üçün onlara müraciət edən vətəndaşları əsassız olaraq süründürür ;
10. - Ardıcıl səslənən şikayətlərdən belə qənaət hasil olur ki , məhbusların böyük əksəriyyəti əsassız olaraq şərlənərək həbs olunublar ;
11. - Müharibədən yeni çıxmamıza baxmayaraq bəzi qurumlar özlərinə dəyəri yüz milyonlarala hesablanan yeni inzibati bina tikdirmək xəyalına düşüblər . Bunlardn soruşan gərək xalqın pullarını niyə dağıdırsınız ....?
12. - Benzin və dizelin qiyməti qaldırıldı . Bundan dərhal sonra bazarlarda , markertlərdə , dükanlarda , taksi xidmətlərində demək olar ki , əhalinin təlabatına lazım olan hər yerdə malların və xidmətlərin qiymətləri fantastik surətdə qalxdı . Proses davam edir....
Həyatın bütün sahələrundə bahalaşma yüksələn xətt üzrə inkişaf edir . Əhalinin yaşayış səviyyəsi günbə gün aşağı düşür . Hadisələr belə davam etsə ölkə vətəndasları ona zülm edənlərə qarşı amansız olacaq .
Vətəndaşların sosial vəziyyətinin ağırlaşmasıı sonda əhalinin dövlət başçısına qarşı kinini artırır . Azərbaycanın inkişafını istəməyən dövlətlərə də elə bu lazımdır . Yəni , yaranmış gərginlikdən istifadə edərək təzyiqi artırmaq və daha çox güzəştlət əldə etmək onların siyasətlərinin strateji xəttini təşkil edir . Buna yol verməmək ücün təcili olaraq millətin qayğısını təmin edən zəruri addımlar atılmalıdır . Əks halda ölkə daxilində vətəndaşların var dövlətini talayanlarla kasıb əhali arasında qarşıdurma qaçılmazdır .
Xalqın qəzəbi ilə oynamaq olmaz !!!

Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq .

Xudaferin.eu

11:05