Səlib yürüşü davam edir ....

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən
ABŞ Dövlət katibinin müavini Yuri Kim bildirib ki, biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik .
Bu ifadəni işlədən xanım Y. Kim yaxşı bilir ki ,. “Qarabağ xalqı" yoxdur .
Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan bir ovuc erməni əhalisi var .
İki gün bundan qabaq Avropa Parlamentində çıxış edən etnik mənşəcə fransız olan xanım Natali Luazo də deyib ki :
- " Azərbaycana qarşı sanksiyayalar tətbiq etmək lazımdır ;
-- Türkiyə ilə məsləhətləşmək mənasızdır ;
-- Laçın Dəhlizinin Azərbaycan tərəfindən bağlanması qanunsuzdur ;
-- erməniləri müdafiə etmək lazımdır .
Əslində isə bu xanım da yaxşı bilir ki ,
- ermənilər 30 il müddətində Azərbayacan ərazisinin
20 % - ni işğal altında saxlayıb ;
- işğal etdiyi ərazilərdən yerli azərbaycanlıları qovub , didərgin salıb ;
- Xocalı sakinlərinə qarşı insanlığa zidd faşist hərəkətləri törədiblər ;
- şəhərləri , yaşayış məntəqələrini , mədəni dini mərkəzləri məhv ediblər .
Əlbəttdə bu reallığı Avropa Parlamentinin fransız xanım deputatı bilir , özü də yaxşı bilir .
Qərb dövlətlərinin nümayəndələrinin belə davranışları və çıxışları onlarda türk xalqlarının əzəmətli tarixinə və bu günki inkişafına qarşı qlsqanclığın davam etməsini göstərir .
Bu hərəkətlər mənşəcə etnik fransız olan Roma Papası olan ll Urbanın min il bundan əvvəl türklərə və islam dininin daşıyıcılarına qarşı başlaydığı səlib yürüşünün davam etdiyini göstərir .
Fransız və ermənilər hələdə türkofobiya ideyalogiyasının təsiri altlndadırlar.
Bu cür çıxışlar və məlum fikirlər ABŞ-ın və Fransanın Cənubi Qafqazda həm də Rusiyanın mövqeyinə qarşı yönəlmiş siyasətin tərkib hissəsidir .
Çünki , ABŞ , Avropa Birliyi dövlətləri və xüsusiylə Fransa rəsmiləri yaxşı bilirlər ki ,
Azərbaycan erməni əhalisinin yox, separatçıların və qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılmasını tələb edir .
Azərbaycan dövləti qəbul etdiyi qərarlarda Beynəlxalq qanunlara və prinsiplərə əsaslanır .
Azərbaycan Respublikası müstəqil dövlətdir . Dövlətimiz separatçılara qarşı əməliyyat keçirməyə qərar versə , buna görə başqa dövlətlərdən və ermənipərəst mərkəzlərdən icazə almağa məsul deyil .

Qəvami Sadıqbəyli , Jurnslist - politoloq .
Xudaferin.eu

01:47