"İntihar edən" əsgərin qatili tapıldı

4 ayın əsgərini komandiri öldürüb

Azərbaycan şəraitində min bir əzab-əziyyətlə uşaq böyüdən analar vətənin keşiyini çəkməyə sağlam oğul göndərir, əvəzində isə bəzən müəmmalı şəkildə öldürülmüş əsgər tabutu alırlar... Bir qayda olaraq əmin-amanlıq dövründə tabutu gələn əsgərə bir diaqnoz qoyulur- "əsgər intihar edib". Həqiqət isə bunun əksini deyir...

Kəlbəcər hərbi hissələrinin birində özünü öldürdüyü deyilən pəhləvan cüssəli, yaraşıqlı Azərbaycan əsgəri Qəhrəmanov Ərşad Maarif oğlunun intihar etmədiyi məlum olub.

Əvvəlcə gəlin hadisənin ilk günü Müdafiə Naziliyinin yaydığı rəsmi açıqlamya baxaq:

"29 iyul 2024-cü il Kəlbəcərdə əsgər özünü öldürüb. Müdafiə Nazirliyinin N saylı hərbi bölməsinin hərbi qulluqçusu əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında, Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyası İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətlərı həyata keçirilib. Firad Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".

Bu Ağcabədi Rayonunun Minaxorlu kəndindən olan əsgər Qəhrəmanov Ərşadın ölümü ilə bağlı rəsmi məlumatdır. Gəlin indi isə əsil həqiqəti öyrənək…

Çox qəribədir ki hərbi hissələrdə belə bədbəxt hadisələr kimsəsiz, arxasız, kasıb azərbaycanlı ailələrinin qapısını tez-tez döyür...
Oxuculara bir daha bildirim ki, ŞəhidimizQəhrəmanov Ərşadın doğulduğu, 30 il təmas xəttində yerləşən Minaxorlu kəndi, rəsmi olaraq Ağcabədi rayonuna aid olsa da məsafəcə Ağdama yaxındı. Qarabağda Minaxorlu camaatı ən dinc, dürüst və əməksevər camaat kimi tanınır.

Bəs rəsmi intihar edildiyi deyilən əsgər Qəhrəmanov Ərşad hansı şəraitdə öldürülüb?

Əvvəla indi müharibə deyil ki, düşmənə əsir düşməmək üçün əsgər özüü öldürsün. Yəni intihar qərarı belə asan qərar deyil. Psixoloqlar sübut edirlər ki, intihar etmək istəyən şəxs bu barədə uzun müddət düşünür və bütün insanlardan üz döndərərək tənhalığa qapanır.
Həyat eşqli ilə alışıb yanan, daima pozitiv olan Ərşad isə, son ölüm gününə kimi valideynləri ilə telefon əlaqəsi saxlayıb, ruhiyyəsi yaxşı olub.
Çox qəribədir ki, Ərşadın ölüm xəbəri çıxandan bir gün sonra, gecə saat 2:00-da Ərşadın meyitini hərbi hissədən, tələm-tələsik, hörmətsiz-urvatsız və bayraqsız gətiriblər Minaxorlu kənd qəbiristanlığında, projektorlar işığında heç kimi də yaxın qoymadan özləri basdırıblar.
Valideynlərinlərə isə heç yerə şikayət etməmyi məsləhət görüblər hətta onları təhdid ediblər: "Şikayət olarsa ölüm səbəbi açılar və kənddə utanaraq gəzərsiniz."

Buda əsgərin tabutun gətirən zabitlərin biçarə anaya vicdansızcasına verdikləri "təsəlli".
Hər şey ondan başladı ki, Ərşadın anasının fəryadı uzaq Niderlanda gəlib çıxdı...
Arxasız, kimsəsiz, ümidsiz və saf olan bu ailəni yaxından tanıdığım üçün bu faciəyə biganə qala bilməzdim. Şəxsi əlaqələrim vasitəsi ilə Ərşadın ölümünü araşdırmağa başladım. Bu ölümün müəmmalı olmasını ona görə hiss edirdim ki, istər hərbi hissədən, istərsə Ağcabədi Hərbi Komissarlığından, Ərşadın valideyinlərinə ölkə rəhbərinə şikayət etməməyi dönə-dönə tapşırirdılar. Həttat bəzi hallarda təziq belə edirdilər...
Əsgərimizin ölümü ilə bağlı istər rəsmi, istərsə şayə olsun, bütün materialları toplayıb hüquqşünas dostlarımla müzakirə edirdik. Bundan əlavə şəxsiyyətinə böyük hörmət bəslədiyim, Azərbaycan dövlətçiliyi yolunda ömürlərini xərcləmiş dəyərli soydaşlarıma, Ərşadın ölümünə biganə qalmamağı xahiş edirdim.

Beləcə "Dörd ayın əsgəri ölüb, yoxsa öldürülüb..." məqaləsini hazırladım:
https://xudaferin.eu/dord-ayin-sgri-olub-yoxsa-oldurulub.html

Məqalədən sonra tanınmış hüquqşünasımız Qurban Məmmədli, həmişə haqqın, ədalətin yanında olan dəyərli jurnalistlərimiz Sərdar Əlibəyli, Arzu Abdulla, Azərbaycan yolunda min bir əzab-əziyyətlər çəkən Müdafiə Naziliyinin keçmış müavini, qürbətçi dostum palkovnik İsa Sadıqov, hüquqşünaslar Səməd Vəkilov, Feyruz Şivəxanov və 100 nəfərdən artıq qurbətçi ziyalılarımızı birləşdirən, rəhbəri olduğum "Ya Qarabağ, ya ölüm" whachap qrupumuzun fəalları sayəsində bu cinayəti geniş içtimaiyyətə çatdıra bildik. Bundan əlavə məqalə ölkəmizin rəhbəri, Ali Baş Komandan Hörmətli Prezident İlham Əliyev Cənalarının elektron ünvanına göndərildi. Daha sonra Hərbi Prokurorluq işə qarışdı. Qısa müddətdə cinayətin üstünü aça bildilər və qatillər həbs edildilər.
Cinayətin hansı şəraitdə baş verdiyin istintaq ortaya qoyacaq. Tək onu deyə bilərəm ki, əsgər Qəhrəmanov Ərşad Maarif oğlu rəsmi olaraq deyildiyi kimi intihar etməyib, komandiri tərəfindən öldürülüb.

İnanıram ki, bu cinayət işi ölkəmizin rəhbərinin şəxsi nəzarəti altında olacaq və əsgərimizə qarşı cinayət törətmiş bütün canilər layiqli cəzaların alacaq, əsgərimizin isə "intihar" böhtanı üzərindən götürülüb, ölümündən sonra olsa da şərəfli Azərbaycan əsgər adı özünə qaytarılacaq.

Elman Mustafazade

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, "Xudafərin" ( www.xudaferin.eu ) jurnalının baş redaktoru Amsterdam, Niderland Krallığı

https://xudaferin.eu/dord-ayin-sgri-olub-yoxsa-oldurulub.html

Xudaferin.eu


12:43