ERMƏNİLƏRİN YENİ SİYASİ "GEDİŞİ "...

Bir  neçə  gün  bundan  əvvəl  Ermənistanın  Baş  Naziri  Nikol  Paşinyan  çıxış  edərək  iki  ziddiyətli  niyyətini   bəyan  etdi :
1. Biz  Ermənistan  Respublikasının  1991 - ci  ilə  qədər   əldə  etdiyi   29 , 8  min  kvadrat  kilometrlik  ərazisini   bu  gün  və  gələcəkdə  də  qoruyub  saxlamalıyıq .
2 .  Azərbaycanla  pozulmuş  hərbi  vəziyyətimizi   balanslaşdırmaq  üçün  yeni  proqramımız  var .  Biz   çox  ciddi  hərbi  balanslaşdlrma  proqramı işləmişik .
     Ermənilər  heç  vaxt  başa  düşmədilər  ki , özgənin  əli  ilə  görülən  iş  uğur  gətirə  bilməz .
   Əvvəla :
  1.    44  günlük  ll  Qarabağ  müharibəsində   milyard  dollarla  qiymətləndirilən və  ermənilərin  ixtiyarına  verilən   Rusiya  istehsalı  olan  hərbi  silahlar  bir  işə  yaramadı . Azərbaycanın    müasir  texnika  ilı  təchiz  olunmuş  ŞANLI  ORDUSU   rus  silahlarını  darmadağın  etdi .  Cəmi  44  günə   Ermənistana  qalib  gəldi . 
2 .  Azərbaycan  da  yatmaylb . Ermənistandan  fərqli  olaraq  bizim  özümüzün   müasir  silahlar hazırlayan  qüdrətli  Hərbi  Sənaye  Nazirliyimiz  var . Dost - qardaş  ölkələrin  dəsdəyi  də  öz  yerində ...
   Yəni , ermənilər   başa  düşməlidir ki , onlar  heç  bir  sahədə  bizə  çata  bilməzlər .    Hərbi  sahədə  tarazlaşdırma  proqramı  hazırlayıb  vaxt  itirməkdənsə  , bizimlə  SÜLH  MÜQAVİLƏSİ  bağlamağa  tələssinlər .
  Çünki : onlar ( ermənilər )  rusların  əli  ilə  Azərbaycan  torpaqlarında  yerləşdirilən  gündən  məğlubiyyətə  məhkum  idilər .  Ona  görə  ki : 
-  onları  Cənubi  Qafqada  saxlayan   Rusiya  zəifləyir .
- özünün  köməyə  ehtiyacı  var .
-  rusiya  əlini  çəksə  ,   Fransa , İran  və  ya  diğər  dövlətlərin  heç  biri  Ermənistanın  əvəzinə  bizimlə  döyüşməyə  risk  etməzlər . Etsələr  də  məğlub  olarlar .
  Odur  ki ,  dövlətlərini  qoruyub  saxlamaq  üçün  Azərbaycanla   "SÜLH  MÜQAVİLƏSİ " bağlamaq   ermənilərin  yeganə  çıxış  yoludur .
  Ancaq  əmin  amanlıq  şəraitində   onlar  öz   iqtisadi  vəziyyətlərini  yaxşılaşdıra  və  normal  insanlar  kimi  yaşaya  bilərlər .
   Azərbaycan  dövlətinin  yürütdüyü  siyasət  Çindən , Orta  Asiyadan  başlamış  reğion  dövlətləri  də  daxil ,  Avropaya  kimi  çox  ölkələrin  marağına  xidmət  edir . Təbii  ki , ermənilər  özlərini  yaxşı  apara  bilsələr  onlar  da  bu  siyasətdən  bəhrələnə  bilərlər .  Belə  məqamda  mışhur  rus  multfilmi  yada  düşür : 
" Uşaqlar , gəlin  mehriban  yaşayaq " .

 Qəvami  Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

16:56