DAXİLİ İŞİMİZƏ KƏNARDAN HEÇ KİM QARIŞA BİLMƏZ ....

Məlum olduğu kimi fevralın 17 və 18 də Münxendə təhlükəsizlik məsələləri üzrə konfrans keçirilmişdir . " Dağları aşmaq ? Cənubi Qafqazda təhlükəsizliyin qurulması mövzusu " çərçivəsində təşkil edilmiş tədbirdə ABŞ dövlət katibi Antoni Blinkenin təşıbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ğörüş olmuşdur .
Məlumat üçün bildirək ki , Azərbaycan və Ermənistan rəhbərləri sonuncu dəfə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə ötən ilin oktyabrın 31 - də Soçi şəhərində görüşmüşdülər .
Münxendə tərəflər əsasən reğional nəqliyyat infrastrukturunun açılması və iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi məsələsini müzakirə etmişlər .
Geosiyasi vəziyyyətlə bağlı məsələlərdən danışan İlham Əliyev bildirib ki : Rusiya Ukrayna müharibəsi fonunda Mərkəzi Asiyadan daşınan yüklərin miqdarı çoxalmışdır . Yüklər Azərbaycan üzərindən keçən Orta Dəhliz vasitəsiylə Avropaya yönəldilir . " Özünü yaxşı aparan" qonşu dövlətlər də ORTA DƏHLİZDƏN istifadə edə bilər . Bu real fikrin qabağında Paşinyan susmağa məcbur olub .
Prezidentimiz Laçın dəhlizinin həmişə açıq olduğunu aşağıdakı faktlarla sübut edib :
1 . Ötən ilin dekabr ayınln 12 - dən , yəni ; vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyə kimi 2500 - dən çox nəqliyyat vasitəsi , o cümlədən Rusiya sülhməramlılarının yük maşınları ;
2 . Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinin avtomobilləri Laçın dəhlizindən keçib . 100 - dən çox xəstə müalicə almaq məqsədiylə Laçın dəhlizi vasitəsiylə Qarabağdan Ermənistana aparılıb ;
3 . Vardanyanın Xankəndindən İravana , oradan Moskvaya və yenidən geri qayıtması da sübut edir ki , Laçın dəhlizi bizim ekofəallarımız tərəfindən bağlanmayıb . Yalan məlumatlar yaymaqla ermənilər yenə dünya ictimayyətini aldadır . Bu faktlar qarşısında Erməni baş nazir söz tapmayıb .
Azərbaycan Prezidenti erməni tərəfini faktlar və məntiqli izahları ilə susdurub .
İlham Əliyev Qarabağda yaşayan ermənilərin iddialarına da öz prinsipal mövqeyini bildirib :
Artıq siyasi termin olaraq " Dağlıq Qarabağ " anlayışı yoxdur . Biz , Qarabağda doğulan , orada yaşayan etnik ermənilərlə danışıqlara hazırıq . Çünki onlar bizim vətəndaşlarımızdır . Ancaq " desant " missiyası ilə məşğul olan Ruben Vardanyan kənardan göndərilmişdir . Onun heç heç bir halda Qarabağda yaşayan erməniləri TƏMSİL etmək səlahiyyəti , haqqı və hüququ yoxdur . Qarabağa doldurulmuş cinayətkarlar məhv ediləcək .
KƏNARDAN AZƏRBAYCANIN DAXİLİ İŞİNƏ HEÇ KİM QARIŞA BİLMƏZ deyən prezidentimiz Münxendən bütün dünyaya açıq mesaj göndərdi .

Qəvami Sadlqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

23:32