Azərbaycanda milli mətbuatının yaranmasından 148 il ötür.
Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız çətin və şərəfli yol keçmişdir .
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran
" Əkinçi" qəzetinin naşiri və redaktoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi olmuşdur .
Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani , Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da xidmətləri danılmazdır .
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrına kimi yayımı Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynamışdır .
Lakin “Əkinçi”nin ömrü uzun sürməyib .
Çar Rusiyası qəzetin insanların ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və qəzetin nəşrini dayandırmışdı .
Buna baxmayaraq , o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrlərini keçən Azərbaycan mətbuatı cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb .
Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib .
Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirib .
Mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verib .
Yerli mediadan əlavə mütəfəkkir fikirli ziyalılarımz Azərbaycandan kənarda da mətbuat orqanları yaratmışlar .
Bunların sırasnda böyük vətənpərvər ziyalımız Elman Mustafazadənin 1995 - ci ildə Avropada təsis etdiyi " Xudafərin " jurnalı xüsusi yer tutur .
" Xudafərin " jurnalı iqtidar - müxalifət fərqi qoymadan Azərbaycan həqiqətlərini azərbaycan , ingilis , polyak dillərində bütün dünyaya çatdırır . Jurnalın səhifələrində dünyanın müxtəlif ölkələrindən olan ziyalılar yazıları ilə çıxış edirlər .
Azərbaycan mediası bu gün də işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır .
Jurnalistlərimizin peşəkarlığı fədakarlığı və çevikliyi sayəsində mətbuatımız dünya ictimaiyyətinə müharibə ilə əlaqədar , o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılmasını təmin edir .
Jurnalistlərin fəaliyyətlərində qanunvericiliyin tələblərinə , peşə prinsiplərinə əməl edilməsinə ictimai nəzarəti həyata keçirmək üçün Mətbuat Şurası təsis edilmişdir .
Mətbuat Şurası - Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsinə çalışır .
Söz , fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasına xidmət edir .
Media əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu , öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir .
Mətbuat Şurasının sədri yazıçı , jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi , "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məciddir .
Bütün jurnalist həmkarlarımı 22 iyul Mətbuat Günü münasibətiylə TƏBRİK edirəm .
Hər birinə möhkəm Can sağlığı , fəaliyyətlərində uğurlar arzulayıram .
22 iyul Azərbaycanda Milli MətbuatGünüdür .

Hörmətlə : Qəvami Sadıqbəyli ,
Jurnalust - politoloq .
Xudaferin.eu
14:42