ABŞ CƏNUBİ QAFQAZDA SÜLHÜN BƏRQƏRAR OLMASINDA İSRARLI GÖRÜNÜR ...

İyun ayının 29 - da ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun yüksək rütbəli rəsmisi Ceyms Obraynın Ermənistana iki günlük səfəri oldu .
Bu səfərin iyunun 27-29-da Vaşinqtonda aparılan Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov , Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan və ABŞ Dövlət Katibi Entoni Blinken arasında aparılan danışıqlar ilə əlaqəli olduğunu təxmin etmək olar .
Ceyms Obraynın məqsədinin Ermənistanın ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları necə yerinə yetirdiyini öyrənmək olduğu şübhə doğurmur .
Çünki , yayılan məlumatlara görə Obrayn
əməkdaşlıq məsələsini müzakirə etmək üçün Paşinyan da daxil Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşərək sanksiyalar məsələsini müzakirə edib .
ABŞ-ın və digər Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarını İravanın pozması haqqında əvvəllər də məlumatlar yayılırdı .
İndi ABŞ Dəvlət Deıartamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun səlahiyyətli nümayəndəsinin İravana gəlişi bu təzyiqin ( Rusiyaya qarşı sanksiyaların ) daha da artırılmasından xəbər verir .
ABŞ - ın rəsmi nümayəndəsinin sanksiyalarla bağlı Ermənistana gəlişi bu təzyiqin ciddi geosiyasi əhəmiyyət daşıdığını göstərir .
Bu səfərin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Sülh müqaviləsinin şərtlərini müzakirəsi ilə bağlı 27 - 29 Vaşinqton danışıqlarından dərhal sonra olması təsadüfü sayıla bilməz . Siyasətdə təsədüfü heçnə olmur .
Aydın hiss olunur ki , ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ciddi irəliləyiş əldə etməyə çalışır .
Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdan ötrü bu reğionda təşəbbüsü öz əlinə almaq istəyir .
Bu fəaliyyət mahiyyət etibarı ilə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunun ABŞ tərəfindən etirafı anlamına gəlir .
Son zamanlar ABŞ rəsmilərinin Ermənistana səfərlərinin çoxalmasını Cənubi Qafqazda Sülhün əldə olunması məqsədiylə rəsmi İrəvana təzyiqlərin növbəti mərhələsi kimi də dəyərləndirmək olar .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

19:36