Separatçıların " başçısı " Araik üstümüzə gəlir ...

17 İyul 2023 - cü il tarixində
Separatçıların “başçısı” Araik Arutyunyan bəyanat verərək beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub .
Deyib ki : "" Bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq təşkilatlar tərəfindən müdaxilə edilməsə , biz həm “artsaxda”
həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq "".
Buradan aydın olur ki :
1. Vaşinqton görüşündə ABŞ -ın Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana təqdim etdiyi 7 ( yeddi ) şərt ;
2 . Sülh danışıqlarında ABŞ başda olmaqla Qərbin təşəbbüsü ələ alması Rusiyanı qəzəbləndirib .
Məhz bu səbəbdən separatçılar Kremlin göstərişinə əsasən Araikin dili ilə şantaj kartını işə salmağa çalışır .
Çünki , məsələ erməni əhalisinin bölgədə olub - olmaması yox , onların mövcudluğudur .
Yəni , humanitar yardım daşımalarını ya Ağdamdan qəbul edib Bakıya təslim olmalı , ya da erməni əhalisi Qarabağı tərk etməlidir .
Bu baş verərsə , Rusiya
" Sülhməramlıları " ( hərbiçiləri ) Qarabağdan çıxmalıdlr .
Açıq aydın görünür ki , Araikin çıxışı erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və Rusiyanın dəstəyini saxlamaq məqsədi daşıyır.
Araikin “həm Qarabağda həm də kənarda sərt tədbirlərə əl atacağıq” sözləri isə Moskvanın hələ uzun müddət separatçılardan istifadə etmək niyyətindən xəbər verir .
Ermənilər Azərbaycan ordusu ilə döyüşə bilməycəklərini yaxşı bilirlər .
Lakin onların bizə qarşı savaşı , Qarabağda qala bilmək üçün Rusiyaya lazımdır .
Bu səbəbdən baş separatçı Araiki "üstümüzə" göndərirlər .
Onun sözlərindən təxribat törədəcəkləri , eskalasiyaya gedəcəkləri aydın görünür .
Lakin Araikin bu açıqlaması Azərbaycana da təxribatların qarşısını almaq üçün ciddi tədbirlər görməyə əsas verir .
Çox güman ki , 17 iyul 2023 - il tarixində Azərbaycan Prezidenti
İlham Əliyevin TBMM - nin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi də təsadüfü deyil .
Fuat Oktay çıxışında Şuşa Bəyannaməsi ilə Azərbaycan - Türkiyə münasibətlərinin və müttəfiqlik əlaqələrinin rəsmi səviyyəyə yüksəldiyini bildirib .
Bəyannamədən irəli gələn məqsəd və məramların daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb .
Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin ciddi narahatlığını bildurib .
Dövlətimizin başçısı İlham Əliyev də Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın davam etdiyjni qeyd edib .
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu vurğulayıb .
Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb .
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın
daha da inkişaf etdirilməsinin
vacibliyini qeyd edib .
Göründüyü kimi üzdə dostluqdan danışan Rusiya əl altan baş separatçı Araiki üstümüzə göndərir .
Ancaq xalqımız əmin olsun ki , Azərbaycan və Türkiyə də yatmayıb .

Qəvami Sadıqbəyli . Jurnalist - politoloq .
Xudaferin.eu

12:28